Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əliheydər Əbdüləli oğlu Ələkbərov (26 iyul (8 avqust) 1915, Bakı – 3 mart 1975, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1949).

Əliheydər Ələkbərov

  • Ana Səhifə
  • Vikipediya
  • Əliheydər Ələkbərov

Əliheydər Əbdüləli oğlu Ələkbərov (26 iyul (8 avqust) 1915, Bakı – 3 mart 1975, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1949).

Əliheydər Ələkbərov
Əliheydər Əbdüləli oğlu Ələkbərov
Doğum tarixi 26 iyul (8 avqust) 1915(1915-08-08)
Doğum yeri
  • Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 3 mart 1975(1975-03-03) (59 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Mükafatları
  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1949 Azərbaycan SSR Dövlət mükafatı — 19721972 Üzeyir Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı — 19671967
  • "Qırmızı əmək bayrağı" ordeni — 19721972

Həyatı

Əliheydər Ələkbərov 1915-ci il iyulun 26-ı anadan olmuşdur

Yaradıcılığı əsasən Akademik Milli Dram Teatrı ilə bağlıdır. 1960–1967-ci illərdə Musiqili Komediya Teatrında baş rejissor işləyib. Teatrın repertuar qurumunun formalaşmasında, rejissor sənətinin yeni peşəkarlıq keyfiyyətləri əxz etməsində, aktyor truppasının kamilləşməsində Əliheydər Ələkbərovun böyük xidmətləri var. O, bu teatrda bir sıra uzunömürlü tamaşalara maraqlı quruluşlar verib. Hazırladığı tamaşalara monumental ruh verməyə çalışıb. Xor və baletdən komponent-obraz kimi istifadəyə xüsusi meyil göstərib. Əliheydər Ələkbərovun rejissurası dolğun ifadə vasitələri, dərin realizmi və təbii yumorun obrazlı bədii həlli ilə seçilib.

Bu baxımdan onun teatrda hazırladığı "Bir dəqiqə" (dramaturq Məhərrəm Əlizadə və bəstəkar Hacı Xanməmmədov. 17 oktyabr 1961), "Ulduz" (Sabit Rəhman və Süleyman Ələsgərov. 6 dekabr 1964), "Haradasan, ay subaylıq?" (Salam Qədirzadə və Süleyman Ələsgərov. 16 fevral 1968), Şıxəli Qurbanov və Süleyman Ələsgərovun, "Özümüz bilərik" (5 yanvar 1963), "Olmadı elə, oldu belə" (15 mart 1964) və "Milyonçunun dilənçi oğlu" (20 may 1966) "Hacı Qara" (Mirzə Fətəli Axundzadənin eyni adlı komediyası əsasında, libretto müəllifi Şəmsi Bədəlbəyli. Bəstəkarlar Vasif və Ramiz Mustafayev. 14 oktyabr 1962), "Keçmişin məişət səhnələri" (Mirzə Ələkbər Sabirin şeirləri əsasında, librettonun müəllifi Soltan Dadaşov və bəstəkar Vasif Adıgözəlov) musiqili komediyaları repertuarda daha uzunömürlü olublar.

O, Üzeyir bəy Hacıbəyovun "Məşədi İbad" operettasına 1966-cı ildə Bolqarıstanın Şumen şəhərindəki Türk teatrında quruluş verib. Əliheydər Ələkbərov "Milyonçunun dilənçi oğlu" musiqili komediyasına görə 1967-ci ildə Üzeyir bəy Hacıbəyov adına Dövlət mükafatına layiq görülüb. 1967-ci ildə Filarmoniyada fəaliyyət göstərən "Gəlməli, görməli, gülməli" miniatür satirik teatrının rejissoru olub. Televiziyada bir neçə əsərə quruluş verib. 1965-ci ildən Azərbaycan Dövlət Teatr Institutunda aktyor və rejissor sənətindən dərs deyib.

Əliheydər Ələkbərov 1975-ci il martın 14-ü vəfat edib.

Mükafatları

  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 21 iyul 1949
  • "Qırmızı əmək bayrağı" ordeni — 9 iyun 1959
  • Üzeyir Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı — 1967
  • Azərbaycan SSR Dövlət mükafatı — 1972

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əliheydər Ələkbərov haqqında məlumat. Əliheydər Ələkbərov nədir? Əliheydər Ələkbərov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    1724-cü il

  • Fevral 27, 2026

    Astrey (mifologiya)

  • Fevral 27, 2026

    Hermiona

  • Fevral 27, 2026

    Tənzimat islahatları

  • Fevral 27, 2026

    Hana Poniska

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst