Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şeyx Əhməd Salyani və ya Əhməd Hüseynzadə (tam adı: Əhməd Məhəmmədəli oğlu Hüseynzadə; 1812, Salyan – 1887, Tiflis) — azərbaycanlı ilahiyyatçı alim; Qafqaz müsə

Əhməd Hüseynzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Əhməd Hüseynzadə

Şeyx Əhməd Salyani və ya Əhməd Hüseynzadə (tam adı: Əhməd Məhəmmədəli oğlu Hüseynzadə; 1812, Salyan – 1887, Tiflis) — azərbaycanlı ilahiyyatçı alim; Qafqaz müsəlmanlarının III şeyxülislamı (1862–1884).

Əhməd Hüseynzadə
Əhməd Məhəmmədəli oğlu Hüseynzadə
Qafqaz müsəlmanlarının III şeyxülislamı
1862 – 1884
ƏvvəlkiFazil İrəvani
SonrakıMirzə Həsən Tahirzadə
Şəxsi məlumatlar
Doğum tarixi 1812(1812)
Doğum yeri
  • Salyan
Vəfat tarixi 1887(1887) (74–75 yaşında)
Vəfat yeri
  • Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası
Fəaliyyəti din müəllimi[d], din yazıçısı[d], Şeyxülislam, üləma
Atası Məhəmmədəli Hüseynzadə
Uşağı Xədicə Hüseynzadə
Dini İslam, şiəlik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qafqaz müsəlmanlarının I şeyxülislamı Məhəmmədəli Hüseynzadənin oğlu, mütəfəkkir Əli bəy Hüseynzadənin babasıdır.

Mündəricat

Həyatı

Əhməd Hüseynzadə 1812-ci ildə Salyanda anadan olmuşdur. Sonralar Tiflisə köçən atası Məhəmmədəli onu əvvəlcə Qafqaz Müsəlman Ruhani məktəbinə, sonra isə Şərqin dini mərkəzi olan İraqda ali dini təhsil almağa göndərilmişdir. Yüksək dini rütbələrlə qayıdan Əhməd Hüseynzadə Tiflis və Gəncə qəzalarında dini vəzifələrdə çalışmış, həm də ədəbi-bədii yaradıcılıqda məşğul olmuşdur. Ərəb və fars dillərini mükəmməl bilib.

Şeyxülislamlıq

1862-ci ildə imperator II Aleksandr Axund Əhməd Hüseynzadənin Zaqafqaziya Şeyxülislamı təyin olunması və ona diyarın gəlirləri hesabına ayda 1600 rubl məvacib verilməsi barədə qərarı təsdiq etmişdi.

1872-ci aprelin 5-də Zaqafqaziya Şiə müsəlmanları Ruhani İdarəsi və Zaqafqaziya Sünni müsəlmanları Ruhani İdarəsi yaradıldı və yeni ştat cədvəlləri əsasında idarə aparatları formalaşdırıldı. Bundan sonra Əhməd Hüseynzadənin fəaliyyəti genişləndirildi və vəzifə səlahiyyətləri bir qədər artırıldı.

Axund Əhməd Hüseynzadə yaradıcılığa çox gənc yaşlarında başlamışdır. Dövrünün görkəmli islamşunas alimi olmaqla yanaşı, digər müəyyən elmləri də yaxşı bilmiş və bir neçə fənnə dair dərsliklər yazmışdır. Yazdığı əsərlər rus, fars, ərəb dillərində geniş oxucu kütləsinə malik olmuşdur.

"Şeyxülislamın portreti", Əli bəy Hüseynzadənin çəkdiyi portret

Ölümü

Şeyxülislam Axund Əhməd Hüseynzadə 1884-cü iləcən şeyxülislam olmuş, 1887-ci ildə Tiflisdə vəfat etmişdir. Qızı Xədicə Hüseynzadə Əli bəy Hüseynzadənin anasıdır.

Kitabları

  1. "Ağızdan-ağıza keçmiş hədislər"
  2. "Müəllimul-ətgal-fi-təriqe-təlimi ətfal"
  3. "Bəsaül nas-fi-məmləkətül Qafqaz"
  4. "Tarixi-ədəbiyyati-türk"
  5. "Tərbiətül-ətfal"
  6. "Dilguşə"

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, əhməd hüseynzadə sözünün mənası, əhməd hüseynzadə haqqında məlumat. əhməd hüseynzadə nədir? əhməd hüseynzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Münsö sülaləsi

  • Fevral 25, 2026

    Nəsimi rayonu

  • Fevral 27, 2026

    Feyzabad (Əfqanıstan)

  • Mart 05, 2026

    Kira Naytli

  • Fevral 27, 2026

    Tufanlı Yoxuşlar

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst