Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əfəndi (fars. آفندی‎ ərəb. أفندي‎ türk. efendi, qaz. әпенді, başq. әфәнде, efendi, tatar. әфәнде, әfәnde — ağa, hökmdar, müasir yunancadan αφέντης — hökmdar, rə

Əfəndi

  • Ana Səhifə
  • Vikipediya
  • Əfəndi

Əfəndi (fars. آفندی‎ ərəb. أفندي‎ türk. efendi, qaz. әпенді, başq. әфәнде, efendi, tatar. әфәнде, әfәnde — ağa, hökmdar, müasir yunancadan αφέντης — hökmdar, rəis) — XV-XX əsrlərdə Osmanlı İmperiyasında və bəzi başqa Şərq ölkələrində titul və zabit rütbəsi.

Tarixi

Əvvəlcə sultana qədər zadəganlara nəzakətli müraciət kimi də "əfəndi" forması işlədilmiş və bu mənada "çələbi" ifadəsini əvəz etmişdir. XIX əsrdən etibarən sultan ailəsinin üzvlərinə, ruhani rəhbərlərə və məmurlara əfəndi kimi müraciət edilir — "əfəndi" titulu onların adlarından dərhal sonra istifadə edilirdi (məsələn, Ənvər əfəndi). "Əfəndi" forması qadınlara – "xanım-əfəndi", kişilərə – "bəy-əfəndi" kimi, habelə bəzən əcnəbilərə və qeyri-müsəlmanlara müraciət edərkən də işlənirdi. Osmanlı İmperiyasında savadsız ağalardan fərqli olaraq bütün savadlı vətəndaşlar da əfəndi sayılırdı.

Osmanlı İmperiyasının hərbi iyerarxiyasında əfəndi hərbi rütbəsi Avropada təqribən leytenant rütbəsinə uyğun gəlirdi. Bunun ardınca "ağa", "bəy" və "paşa" titulları gəlirdi. Hökumətin 29 noyabr 1934-cü il tarixli qərarı ilə Türkiyədə, 1953-cü ildə isə Misirdə əfəndi hərbi rütbəsi ləğv edilib. 1918-ci ilə qədər əfəndi titulunu Alman Şərqi Afrikasındakı müstəmləkə qoşunlarının yerli zabitləri də daşıyırdı.

Müasir sufizmdə bəzi təriqətlərin dərvişləri şeyxlərinə müraciət edərkən əfəndi titulundan istifadə edirlər.

Şimali Qafqaz və Bosniya xalqları arasında (məsələn, Rusiyada müsəlmanlar arasında qəbul edilən "Həzrət" xitabına bənzəyən addan sonra qoyulmuşdur) buna molla deyirlər.

Müasir Türkiyədə əfəndi termini ingilis dilindəki "ser" sözünün analoqu kimi nəzakətli müraciət üçün istifadə edilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əfəndi haqqında məlumat. Əfəndi nədir? Əfəndi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Qızıl Ayaq

  • Mart 01, 2026

    Firuzabad (Kövsər)

  • Fevral 25, 2026

    Ketrin Parr

  • Fevral 27, 2026

    Börçiginilər

  • Fevral 27, 2026

    Diodor

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst