Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbül-Muin Meymun ibn Məhəmməd ibn Məhəmməd ibn Mötəmid ən-Nəsəfi (ərəb. أبو المعين النسفي‎; 1027, Mavəraünnəhr – 1115, Qarşi) — Əbu Mənsur əl-Maturidinin qurmuş

Əbül-Muin ən-Nəsəfi

  • Ana Səhifə
  • Vikipediya
  • Əbül-Muin ən-Nəsəfi

Əbül-Muin Meymun ibn Məhəmməd ibn Məhəmməd ibn Mötəmid ən-Nəsəfi (ərəb. أبو المعين النسفي‎; 1027, Mavəraünnəhr – 1115, Qarşi) — Əbu Mənsur əl-Maturidinin qurmuş olduğu sünni kəlam məktəbini inkişaf etdirmiş Hənəfi alim.

Əbül-Muin ən-Nəsəfi
ərəb. ميمون بن محمد بن محمد بن معبد بن مكحول‎
Doğum tarixi 1027(1027)
Doğum yeri
  • Mavəraünnəhr
Vəfat tarixi 1115(1115) (87–88 yaşında)
Vəfat yeri
  • Qarşi, Özbəkistan
Tanınmış yetirməsi əl-Kəsani
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Hicri 438-ci (1047) ildə anadan olmuşdur. Künyəsi bəzi mənbələrdə Əbül-Main şəklində oxunsa da, doğrusu Əbül-Muindir. İkinci babası Mötəmidin də künyəsi Əbül-Muin olduğundan ən-Nəsəfi babası ilə səhv salınmışdır. Müəllimləri haqqında heç bir məlumat yoxdur. Səmərqəndə və Buxaradakı Maturidi-Hənəfi alimlərindən təhsil aldığı güman edilir. Mənbələrdə atası ilə babasının Hənəfiliyə xidmət edən alimlər olduğu qeyd edilmişdir. Əbül-Muin ən-Nəsəfiyə tələbəlik etmiş alimlər isə bunlardır: Əbu Həfs ən-Nəsəfi, Ələddin əs-Səmərqəndi, Əhməd əl-Pəzdəvi, İsmayıl ibn Ədi ət-Tələqani, Əhməd ibn Fərəh əs-Suğdi və Əbül-Həsən əl-Bəlxi. Tələbəsi Əbu Həfs ən-Nəsəfinin bildirdiyinə görə, o, Zilhiccə ayının 25-i hicri 508-ci (22 Mayıs 1115) ildə, (çox güman ki,) Buxarada vəfat etmişdir.

Kəlam elmindəki yeri

Ələddin əs-Səmərqəndiyə görə o, kəlam elmində Sünniliyə, fiqhdə isə Hənəfiliyə böyük xidmətlər göstərmiş bir alimdir. Əbu Həfs ən-Nəsəfinin "əl-Əqaid" əsərinin "Təbsirətül-ədillə"nin bir xülasəsi mahiyyətində olması, Əbül-Muin ən-Nəsəfinin etiqadi-görüşlərinin nə dərəcə təsirli olduğunun əyani sübutudur. Ələddin əs-Səmərqəndi bildirir ki, Əbu Mənsur əl-Maturidinin "Təvilətül-Quran" əsərinə yazdığı şərh əslində onun müəllimi Əbül-Muinin dərslərdə verdiyi izahlardan ibarətdir. O, bu izahların itib-batmasının qarşısını almaq məqsədilə onları "Şərhu Təvilətil-Quran" adlı bir kitabda cəmləyərək öz adına nisbət etmişdir. Əbül-Muin ən-Nəsəfi, Maturidiyyənin ikinci banisidir və Maturidiyyəyə mənsub alimlər onun "Təbsirətül-ədillə" əsərini mühüm bir mənbə hesab edirlər. Bu da onun Sünni kəlamçısı olduğunu sübut edir.

Əsərləri

Müəllifi olduğu bəzi əsərlər bunlardır:

  • Təbsirətül-ədillə.
  • Bəhrül-kəlam.
  • ət-Təmhid. "Təbsirətül-ədillə"nin xülasəsi.
  • əl-İfsəd li-xudəi-əhlil-ilhəd. Batinilərin qarşı tərəfi təsir altına almaq məqsədilə istifadə etdikləri üsulları tənqid edən əsər.
  • İzahul-məhəccə fi kəvnil-əqli hüccə.
  • Mənəhicül-əimmə. Fiqh və üsulu sahələrinə aid əsər.
  • Şərhül-Cəmiil-Kəbir. Məhəmməd ibn Həsən əş-Şeybaninin əsərinin şərhdir.
  • Şərhu Təvilətil-Quran. Əsər Əbül-Muin ən-Nəsəfinin tələbəsi Ələddin əs-Səmərqəndiyə nisbət edilməklə yanaşı, Əbül-Muin ən-Nəsəfinin izahlarından ibarətdir. Əsərin "ət-Təmhid"in bir nüsxəsi olduğu məlumdur.

Həmçinin bax

  • Hənəfilərin siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əbül-Muin ən-Nəsəfi haqqında məlumat. Əbül-Muin ən-Nəsəfi nədir? Əbül-Muin ən-Nəsəfi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Anal qarmaq

  • Fevral 27, 2026

    Yarımfəsilə

  • Mart 01, 2026

    Sevilya bərbəri

  • Fevral 28, 2026

    Şoqun

  • Fevral 27, 2026

    Banjul

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst