Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbdülrəhim Tuncaq (1908 - 10 avqust 1998) — Mustafa Kamal Atatürkün övladlığa götürdüyü oğlu. O, Mustafa Kamal Paşanın ailəsində, anası Zibeydə xanımın himayəsi

Əbdülrəhim Tuncaq

  • Ana Səhifə
  • Vikipediya
  • Əbdülrəhim Tuncaq

Əbdülrəhim Tuncaq (1908 - 10 avqust 1998) — Mustafa Kamal Atatürkün övladlığa götürdüyü oğlu. O, Mustafa Kamal Paşanın ailəsində, anası Zibeydə xanımın himayəsində böyüyüb, təhsil almışdır.

Əbdülrəhim Tuncaq
türk. Abdurrahim Tuncak
Doğum tarixi 1908(1908)
Doğum yeri
  • Van, Van vilayəti, Osmanlı imperiyası
Vəfat tarixi 10 avqust 1998(1998-08-10) (89–90 yaşında)
Atası Mustafa Kamal Atatürk
Təhsili
  • Berlin Texniki Universiteti
Fəaliyyəti dövlət qulluqçusu, bankir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Əbdülrəhim Mustafa Kamal Paşanın Birinci Dünya Müharibəsi zamanı Qafqaz cəbhəsində xidmət edərkən tanış olduğu və özü ilə İstanbula gətirdiyi Vanlı uşaq idi. Doğum şəhadətnaməsində doğum yeri Diyarbəkir göstərilsə də, Diyarbəkirdə doğulduğu dəqiq deyil. Özünün dediyinə görə, Mustafa Kamal onu İstanbulun Akaretler məhəlləsindəki evlərində yaşayan anası Zibeydə xanıma əmanət edib. O, ilk uşaqlıq xatirələrini belə izah edir: "Üç yaşım var idi və Akaretlərdəki evimizdə anam Zibeydənin qucağında idim. Mənə dedilər ki, Mustafa Kamal Paşa bir gün məni evə gətirib, "Bu uşağı böyüdəcəyik" dedi və məni anam Zibeydəyə təhvil verdi. Bundan başqa məndə məlumat yoxdur."

O, əsl valideynlərinin kimliyini heç vaxt öyrənməyib və müsahibələrində deyib: "Eşitdiklərimə görə, atam dövlət işçisi olub. Anam Diyarbəkirdə dünyasını dəyişəndən sonra atam məni İstanbula gətirib və dərhal hərbi xidmətə çağırılaraq cəbhəyə göndərilib. Ondan bir daha xəbər alınmayıb".

İlk uşaqlıq illəri İstanbulda, Zibeyde xanım və Məqbulə xanımın yaşadığı evdə keçib. Mustafa Kamal Sinay və Fələstin cəbhəsində olarkən Zibeydə xanımla birlikdə onu ziyarət etməyə getmişdi.

1919-cu ildə Mustafa Kamal Türkiyə İstiqlaliyyət müharibəsini başlamaq üçün İstanbuldan ayrılaraq Anadoluya getdi.

İstiqlaliyyət müharibəsi davam edərkən Əbdülrəhim Mustafa Kamalın baş müşaviri Salih Bozokun oğluyla birlikdə Ankaraya getdi və ibtidai sonra isə orta təhsilini burada sənaye məktəbində almışdır.

Mustafa Kamal Lətifə xanımla evləndikdən sonra iki il İzmirin Göztəpə səmtində Lətifə xanımın atası Müammer bəyin malikanəsində yaşamış və təhsilini burada davam etdirmişdir.

Liseyi bitirdikdən sonra Əbdülrəhim İstanbula gəlir və burada fransız dili və riyaziyyat dərsləri alır. Dərsdən sonra Silahtarağa Elektrik Zavodunda təcrübə keçirdi. Bir müddət sonra Mustafa Kamalın istəyi ilə fransız dili dərslərini dayandıraraq alman dilini öyrənir və 1929-cu ildə mühəndislik təhsili almaq üçün Berlin Texniki Universitetinə göndərilir. Onun xərclərini Mustafa Kamal Paşa qarşılayırdı.

1934-cü ildə Türkiyədə Soyad Qanunu qəbul ediləndə o, türk sərkərdələrindən biri olan Tunçakın soyadını götürüb.

1981-ci ildə, UNESCO-nun Atatürk ili elan etdiyi vaxt “Milliyet” qəzetində çap etdirdiyi müsahibəsində Atatürklə bağlı xatirələrini ictimaiyyətə çatdırdı.

10 avqust 1998-ci ildə vəfat etmişdir, Ortaköy qəbiristanlığında dəfn edilib.

Muzey

10 noyabr 1986-cı ildə Tunçak Başkənd Universitetinə bağışladığı Atatürkün fotoşəkillərindən ibarət kolleksiyasını sərgilədi. Daha sonra Mustafa Kamal Paşanın bəzi şəxsi əşyalarını universitetə ​​bağışladı. Bu hədiyyələri nümayiş etdirmək üçün universitet rəhbərliyi Atatürk ailəsinin İstanbulun Akaretler qəsəbəsində yaşadığı evin nüsxəsini inşa edir və burada "Əbdürrəhim Tuncaq Atatürk Evi Muzeyi" adlı muzey açır.

  • Mustafa Kamal, Fuad Bulca, Alman artilleriya müşaviri fon Berk və Əbdülrəhim Tuncaq, Hələb, 1917
    Mustafa Kamal, Fuad Bulca, Alman artilleriya müşaviri fon Berk və Əbdülrəhim Tuncaq, Hələb, 1917
  • Əbdülrəhim Tuncaq ve Mustafa Kamal Paşa, Hələb, 1917
    Əbdülrəhim Tuncaq ve Mustafa Kamal Paşa, Hələb, 1917
  • Zibeydə xanım ve Əbdülrəhim Tuncaq
    Zibeydə xanım ve Əbdülrəhim Tuncaq

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əbdülrəhim Tuncaq haqqında məlumat. Əbdülrəhim Tuncaq nədir? Əbdülrəhim Tuncaq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Oriolidae

  • Fevral 27, 2026

    I Faruq

  • Fevral 27, 2026

    Siemens AG

  • Fevral 27, 2026

    Sumuq qala

  • Fevral 24, 2026

    Yanma

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst