Şəkərabad — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kənd inzibati ərazi dairəsində kənd. 30 sentyabr 2003-cü il tarixli 500-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kəndi Yarımca kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Hacıvar kəndi mərkəz olmaqla, Hacıvar kənd inzibati ərazi dairəsi yaradılmışdır. 29 mart 2005-ci il tarixli 874-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kəndi Hacıvar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Şəkərabad kənd inzibati ərazi dairəsi yaradılmışdır.
| Şəkərabad | |
|---|---|
| 39°11′23″ şm. e. 45°26′12″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 852 m |
| Saat qurşağı |
|
![]() Şəkərabad | |
Toponimikası
Sak türklərinin (İşqız Dövlətinin e.ə VII-V əsrlər) adı ilə əlaqədardır. Sakasena, Saki, Saktala, Balasakan, Ərsak, Şakabad və s.
Tarixi
Tarixi abidələri
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi
Əhalisi
| İl | Daimi əhali | Kişilər | Qadınlar |
|---|---|---|---|
| 1999 | 1138 | 559 | 579 |
| 2009 | ↗1233 | ↗598 | ↗635 |
Tanınmış şəxsləri
- İslam Səfərli — şair-dramaturq, tərcüməçi, Azərbaycan SSR Əməkdar incəsənət xadimi.
- Ülviyyə Həmzəyeva — Azərbaycan Respublikasının Əməkdar rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, Naxçıvan Rəssamlar Birliyinin sədri, Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı.
- Abbas Quliyev – Sovet İttifaqı Qəhrəmanı.
İqtisadiyyatı
2014-cü ildə otuz bir min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılmışdır.
Mədəniyyəti
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Təhsil
Kənddə Şəkərabad kənd tam orta məktəbi fəaliyyət göstərir.
Din
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şəkərabad haqqında məlumat. Şəkərabad nədir? Şəkərabad nə deməkdir?
