Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şıxlar — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Sirik kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfin

Şıxlar (Cəbrayıl)

  • Ana Səhifə
  • Vikipediya
  • Şıxlar (Cəbrayıl)

Şıxlar — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Sirik kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

Şıxlar
39°26′35″ şm. e. 46°51′50″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Cəbrayıl rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.042 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Şıxlar xəritədə
Şıxlar
Şıxlar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Kəndin qərb tərəfində sıldırım qayalarla əhatə olunmuş "Qala yeri" adlanan qədim qalanın qalıqları və qalanın arxasındakı qayalarda yonulmuş "Küfüllər" adlanan mağaralar bu ərazilərdə qədim insanların ən azı IX əsrdən əvvəl yaşadıqlarını göstərir. Qalanın qalıqlarına diqqətlə baxdıqda, burada müxtəlif 2 qalanın nə vaxtsa mövcud olduğuna asanlıqla əmin oluruq ki, bu da qala tarixinin daha qədim olduğuna işarədir Şıxlar kəndində XIII əsrdə inşa olunmuş Şıx Baba türbəsi 1993-cü il erməni işğalına qədər qorunub saxlanmışdı. Bəzi mənbələrdə kəndin XVII əsrdə ermənilər tərəfindən yandırıldığı bildirilir. [mənbə göstərilməlidir] 2 dekabr 1918-ci ildə Azərbaycan-Ermənistan müharibəsi dövründə ermənilərin silahlı dəstəsi Şıxlar kəndini yandırmış, əhalinin əmlakını talan etmiş, heyvanlarını aparmışlar. 1919-cu ilin qışında Dalanlar kəndinin erməniləri yenidən Şıxlar kəndini yandırmış və əhalinin əmlakını qarət etmişlər

2020-ci ilin 22 oktyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Toponimikası

Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Şıxlar Əhmədli olmuşdur. Kəndin yaxınlığında təqr. 10 ha sahəni əhatə edən şəhər xarabalığı və XIII-XIV əsrlərə aid türbələri olan Şıxlar adlı qəbristan mövcuddur.

Mədəniyyəti

Kəndin ərazisində eramızdan əvvəlki dövrə aid mağaralar, eramızın ilk dövrlərinə aid qala və orta əsrlərə aid şəhər ("şəhərgə") xarabalıqları mövcuddur. 1972-ci ildə nəşr olunmuş Azərbaycan Sovet Ensiklopediyasında Şıxlar kəndinin tarixi abidələrindən Şıx Baba türbəsi, Xudafərin körpüləri və İmanqazan təpələri göstərilmişdi. Kəndin şimalında "Dulusxana" karxanasının xarabalığı mövcuddur.

==Coğrafiyası və iqlimi== Qarabağ silsiləsinin ətəyindədir. Kənd Cəbrayıl rayonunun şimal-qərb sərhəddində, dağlıq ərazidə yerləşir. Quru mülayim iqlimə malik olub, vulkanik mənşəli təpələrlə əhatə olunmuşdur. Ərazisində endemik bitkilərdən ağ yemişan, mərmərik (qaragilə), çağala (yabanı ərik) və bir çox ot bitkiləri yetişir

Əhalisi

1993-cü ilin avqustunda kənd əhalisinin sayı 360 nəfərə yaxın olmuşdu.

İqtisadiyyatı

Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq, dulusçuluq, toxuculuq və əkinçilik olmuş, son dövrlərdə üzümçülük inkişaf etmişdi.

Həmçinin bax

  • Cəbrayıl rayonu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şıxlar (Cəbrayıl) haqqında məlumat. Şıxlar (Cəbrayıl) nədir? Şıxlar (Cəbrayıl) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Zilhiccə

  • Fevral 27, 2026

    Arrojadoa

  • Fevral 27, 2026

    Testament

  • Mart 01, 2026

    Miralem Pyaniç

  • Fevral 27, 2026

    Sərbədarlar üsyanı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst