Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şüalılar — plankton həyat tərzi keçirən dəniz sarkodinləridir. Onlar yüksək duzluluğa malik isti dənizlərdə daha çox üstünlük təşkil edirlər. Əksər şüalıların b

Şüalılar

  • Ana Səhifə
  • Vikipediya
  • Şüalılar

Şüalılar(lat. Radiolaria ) protozoylar aləminə daxil olan yarımtip.

Şüalılar
Elmi təsnifat
Domen:
Eukariotlar
Aləm:
Protozoylar
???:
Şüalılar
Beynəlxalq elmi adı
  • Radiolaria Caval.-Sm., 1987
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  46088
EOL  13073315
FW  4

Mündəricat

Haqqında

Şüalılar — plankton həyat tərzi keçirən dəniz sarkodinləridir. Onlar yüksək duzluluğa malik isti dənizlərdə daha çox üstünlük təşkil edirlər. Əksər şüalıların bədəni şar şəklində olub, yalançı ayaqları şüa şəklində yerləşmişdir. Şüalıların bədəninin endoplazma və ektoplazma ilə əhatə olunmuş mərkəzi hissəsi bir və ya bir neçə nüvəyə malikdir. Bu hissə şüalılar üçün xarakterik olan xitinli mərkəzi kapsulanı əmələ gətirir . Mərkəzi kapsulanın daxili hissəsi kapsuladaxili sitoplazma, xarici hissəsi isə kapsuladankənar sitoplazma adlanır. Bəzən kapsuladankənar sitoplazmanın tərkibində müxtəlif piqment və şirələr olur. Mərkəzi kapsula çoxlu dəliklərə malikdir. Bu dəliklər vasitəsilə kapsuladaxili sitoplazma kapsuladankənar sitoplazma ilə əlaqədardır. Kapsuladankənar sitoplazma qalın plazma qatı ilə mərkəzi kapsulanı əhatə edir və burada olan çoxlu vakuolların hesabına bədənin ümumi səthinin azalmasına səbəb olur. Ona görə də şüalılar plankton həyat tərzi keçirirlər. Kapsuladankənar sitoplazma, bəzən mərkəzi kapsulada şüalılara simbioz həyat tərzi keçirən birhüceyrəli zooxlorella yosunları yaşayır. Yosunlar şüalıların əmələ gətirdikləri karbon qazını mənimsəyir, şüalılar isə onların fotosintez prosesi nəticəsində əmələ gətirdikləri oksigendən istifadə edirlər. Şüalılar — öz başlanğıcını kapsuladaxili sitoplazmadan götürən , mərkəzi kapsuladan və kapsuladankənar sitoplazmadan müxtəlif istiqamətlərdə keçən yalançı ayaqlara malikdir. Bu ayaqlar radial şəkildə yerləşir, nazik , uzun olur və foraminiferlərin tipik torşəkilli yalançı ayaqlarına oxşayır. Şüalılar qamçılılarla, infüzorlarla, kiçik yosunlarla qidalanırlar. Həzm vakuolları yalançı ayaqlarda və ya kapsuladankənar sitoplazma əmələ gətirir. Şüalılarda yumulan vakuollar olmur. Bəzi şüalılarda mərkəzi kapsuladan başqa skelet yoxdur. Şüalıların əksəriyyəti silisium-oksid və stronsium-sulfatdan ibarət mürəkkəb quruluşlu daxili skeletə malikdir. Belə formalarda kapsuladankənar plazmada sıx silisiumlu iynəciklərdən ibarətdir. Bir çox şüalıların skeleti düzgün quruluşlu radial iynəciklərdən ibarətdir. Digər formalarda skelet iynəcikləri bədəni əhatə edən mürəkkəb tor əmələ gətirir. Əksər şüalılarda skelet daha mürəkkəb olub, çox qəribə formalar əmələ gətirir. Radiolariyalar müxtəlif dərinliklərində yaşayırlar, onların əksəriyyətində suyun üst qatlarına qalxmasına və enməsinə yardım edən xüxusi uyğunlaşmalar vardır. Acanthometra pellucida növünün skeleti radial yerləşən iynəciklərdən ibarətdir. Bu iynəciklər miofriska adlanan əzələ liflərindən ibarət olur ki, onların digər ucu plazmanın üst səthinə birləşir. Əzələ lifləri yığıldıqda ektoplazmanın üst səthi gərilir, bu zaman şüalının bədəninin həcmi artaraq , sıxlığı azalır və şüalı suyun üst qatlarına qalxa bilir. Miofrisklər açıldıqda bədən həcmi kiçilir, ümumi səthi böyüyür və şüalı yavaş-yavaş suyun alt qatına enməyə başlayır. Şüalılar əsasən qeyri-cinsi yolla çoxalırlar. Qeyri-cinsi çoxalma zamanı mitoz yolla əvvəlcə nüvə, sonra mərkəzi kapsula və mineral skelet, daha sonra kapsuladankənar plazma bölünür. Kapsuladankənar plazmanın bölünməsi gecikdikdə mərkəzi kapsuladan ibarət olan çoxlu koloniyalar əmələ gəlir. Kaloniyalar qeyri-cinsi çoxalmanın başa çatması nəticəsində əmələ gəlir. Bir çox şüalılar iki qamçılı kiçik qametlər əmələ gətirirlər . Onlar qametlərin kopulyasiyası və ziqotanın formalaşması müşahidə olunmuşdur. Lakin qeyr-cinsi çoxalma ilə cinsi çoxalmanın növbələşməsi prosesi aşkar edilməmişdir.

Radiolaria

Həmçinin bax

  • Foraminiferlər
  • Günəşkimilər

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şüalılar haqqında məlumat. Şüalılar nədir? Şüalılar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qarabağlar (Samux)

  • Mart 01, 2026

    Sooronbay Jeenbekov

  • Fevral 27, 2026

    Flaminqo

  • Fevral 27, 2026

    Zeynal Cabbarzadə

  • Fevral 27, 2026

    Maseru

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst