Şuşa kurqanı — Azərbaycanın Şuşa şəhərinin şimal-qərbində yerləşən və tunc dövrünə aid arxeoloji abidə. Ölkə əhəmiyyətli arxeoloji abidə statusunu daşıyır. Kurqanda 1892-1893-cü illərdə E. Resler tərəfindən aparılmış arxeoloji qazıntılar zamanı tapılmış eksponatlar Sankt-Peterburqun Ermitaj muzeyində sərgilənir. № 1770. Şuşa ətrafında Daşaltı, Çanaxçı, Mehdikənd, Ağdam rayonunun Gülablı kəndi yaxınlığında, Xaçınçay hövzəsinin orta axarında, Dovşanlı, Ballıqaya-Sırxavənd, Axmaxı, Xocalı nekropolunda qazıntı işləri aparmışdır. Zerti, Səngər və Kətti-təpə kurqanlarını da tədqiq edilmişdir. Sadalanan bu abidələrin böyük əksəriyyəti son tunc və ilk dəmir dövrünə aiddir.
| Qəbiristanlıq | |
| Şuşa kurqanı | |
|---|---|
| Ölkə | Azərbaycan, Şuşa |
| Yerləşdiyi yer | Şuşa şəhərinin şimal-qərbində |
| Status | Ölkə əhəmiyyətli |
| Əsası qoyulub | Tunc dövrü |
| Vəziyyəti | Məlum deyil |
![]() | ![]() | |||||||||
Kurqanda 1892-1893-cü illərdə E. Resler tərəfindən aparılmış arxeoloji qazıntılar zamanı tapılmış eksponatlar. Sankt-Peterburqun Ermitaj muzeyi | ||||||||||
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, şuşa kurqanı sözünün mənası, şuşa kurqanı haqqında məlumat. şuşa kurqanı nədir? şuşa kurqanı nə deməkdir?
