Şotta yukkası (lat. Yucca × schottii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü.
| Şotta yukkası | ||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||
| Elmi təsnifat | ||||||||||
| Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Şotta yukkası | ||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||
| ||||||||||
| ||||||||||
Təbii yayılması
Kanada, Amerikanın Arizona ştatının cənubunda qumlu torpaqlarda bitir.
Botaniki xarakteristikası
Hündürlüyü 3-5 m-ə, diametri 1-3 m-ə çatan həmişəyaşıl kol bitkisidir. Budaqları düz və ya bir az əyilmışdir. Göyümtül, düz yarpaqlarının uzunluğu 0,2-0,5 m, eni 4 sm-dək olub coddur, kənarları dişciksizdir, bünövrəsində bir az daralır. Yarpağın kənarları nazik saplarla örtülmüşdür. Budaqları və çiçəksaplağı əyilmışdir. Çiçəkləri ağ olub, süpürgə çiçək qrupunda toplanmışdır. Abşeron şəraitində çiçəkləməsi iki dəfə: 1-ci çiçəkləmə aprel-may ayında, 2-ci çiçəkləmə isə avqust-sentyabr aylarında müşahidə edilir. Bol çiçəkləməsinə baxmayaraq, meyvə əmələ gətirmə tam başa çatmır. Toxumla, əsasən kök və gövdə pöhrələri ilə çoxaldılır. Bu məqsədlə gövdədə mişarla bir neçə yerdə yarıq açılır. Növbəti ildə həmin hissədən yeni cücərti əmələ gəlir. Toxumla çoxaldılmanın yazda aparılması məqsədyönlüdür.
Ekologiyası
Həyat müddəti 50 ilə qədərdir. İşıqsevədir, küləyə və zərərvericilərə qaqrşı davamlıdır. Kasıb torpaqlarda da yaxşı bitir.
Azərbaycanda yayılması
Lənkəran, Abşeron və Qobustanda mədəni şəraitdə becərilir.
İstifadəsi
Yaşıllaşdırmada tək və qrup əkinlərində, canlı çəpərlərin salınmasında, müxtəlif kompozisiyaların qurulmasında genış istifadə edilir.
Sinonimləri
Homotipik sinonimləri
- Sarcoyucca schottii (Engelm.) Linding.
Heterotipik sinonimləri
- Yucca × brasiliensis Sprenger
- Yucca × macrocarpa Engelm.
- Yucca × puberula Torr.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, şotta yukkası sözünün mənası, şotta yukkası haqqında məlumat. şotta yukkası nədir? şotta yukkası nə deməkdir?
