Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şirvan (əvvəlki adları Zubovka (1938-ci ilədək); Əli-Bayramlı (1938–2008)) — Azərbaycan Respublikasında Şirvan şəhər ərazi vahidi. Azərbaycanda şəhər. 25 aprel

Şirvan (şəhər)

  • Ana Səhifə
  • Vikipediya
  • Şirvan (şəhər)

Şirvan (əvvəlki adları Zubovka (1938-ci ilədək); Əli-Bayramlı (1938–2008)) — Azərbaycan Respublikasında Şirvan şəhər ərazi vahidi. Azərbaycanda şəhər. 25 aprel 2008-ci il tarixli 594-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə şəhər Şirvan adlandırılmışdır.

Respublika tabeli şəhər
Şirvan
39°55′55″ şm. e. 48°55′13″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Şirvan-Salyan iqtisadi rayonu
Başçı İlqar Abbasov
Tarixi və coğrafiyası
Sahəsi 70
Mərkəzin hündürlüyü 12 ± 1 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 87.946 nəfər
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ1800
Nəqliyyat kodu 18
Digər
shirvan-ih.gov.az
Şirvan xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şirvan 1938–1954-cü illərdə qəsəbə, 28 iyul 1954-cü ildə rayon tabeli şəhər statusu almışdır. 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. Onun ərazisi 72.7 km², əhalisinin sayı 87946 nəfər, əhalinin sıxlığı isə hər 1 kv. km-də 2457 nəfər təşkil edir. Şəhərə həmçinin Hacıqəhrəmanlı və Bayramlı qəsəbələri də aiddir. Şəhər əhalisinin 98,5%-ni azərbaycanlılar, yerdə qalanlarını isə ruslar, ukraynalılar, tatarlar, türklər və digər xalqların nümayəndələri təşkil edir.

Mündəricat

Tarixi

Azərbaycanda Şirvan işıq adası, nur şəhəri sayılır. Küçələrin genişliyi, səkilər boyunca sıralanan ağaclar bu aran şəhərinin istisini azaldır. Şəhər ətrafından tapılmış arxeoloji nümunələr isə bu yerlərdə yaşayışın mövcudluğu haqqında fikirləri insanlığın ilkin çağlarına qədər aparıb çıxarır.

Azərbaycanı istila edən rus generalı Valeriyan Zubovun şərəfinə Kür çayının üstündəki " Zubovka " adlandırılmışdır.

1796-cı ildə general Zubovun başçılığı altında xüsusi hərbi dəstə Azərbaycana daxil oldu. II Yekaterina bu yürüşə çox böyük maraq göstərirdi. General Zubovun ixtiyarına 30 minlik qoşun verilmişdi. Yürüş Peterburqda kilsədən başlandı, keşişlər ali baş komandana və rus-kazak qüvvələrinə xeyir-dua verdilər.

Azərbaycanda müvəffəqiyyətlə irəliləyən general Zubov əlverişli mövqedə yerləşən bu kəndin adını Yekaterinaserd qoydu. İlk tədbir olaraq bura iki min rus kazakı köçürüldü. Onlar hərbi və eləcə də kənd təsərrüfatı alətləri ilə təchiz edilmişdilər. Belə ki, şəraitə görə oraq və kətmənlə məhsul əkib-biçəcək, ya da istəyəndə silaha əl atacaqdılar. Azərbaycana girən rusların nəzərincə Xəzərdən Kür çayına daxil olan gəmilər üçün bura əlverişli liman olacaq idi.. Qəsəbədəki rusların sayı sonrakı illərdə artaraq 3 min nəfərə çatdı. Onlar bura əsasən sənaye müəssəsisələrinin tikintisi üçün köçürdülər.

1938-ci ildə Zubovka adı Əli Bayramovun şərəfinə Əli Bayramlı adı ilə əvəz edilir. 2008-ci ildə şəhərin adı tarixi vilayətin adıyla Şirvan adlandırılmışdı. Şirvan şəhəri tarixi boyunca çayın yaxınlığında yerləşməsi və şəhərin əksəriyyətinin nisbətən aşağıda olmasından ötəri daşqınlardan əziyyət çəkirdi.

28 iyul 1954-cü ildə rayonun mərkəzi olan Əli Bayramlıya rayon tabeliyində şəhər statusu verilmişdir. 1950-ci illərin əvvəllərindən başlayaraq bu ərazilərdə aparılan kəşfiyyat-qazma işləri 1955-ci il iyulun 18-də Kürovdağ yatağında 2 saylı qazma quyusunun fontan vurması ilə nəticələndi. O vaxt həmin quyunun hasilatı sutka ərzində 40 ton idi. Neft mədəninin kəşf edilməsi ilə şəhərin iqtisadi əhəmiyyəti artmağa başladı və 1963-cü ildə Şirvan respublika tabeli şəhər statusunu aldı. 1956–1968-ci illərdə indiki Şirvan şəhərində Avropada ilk açıq tipli Dövlət Rayon Elektrik Stansiyası tikilib istifadəyə verildi. 1962-ci ildə Kür çayının üzərində ikinci körpü tikildi.

#Bələdiyyələrin adıHər bələdiyyə üzrə əhalinin sayı
1Şirvan şəhər bələdiyyəsi69861
2Hacıqəhrəmanlı qəsəbə bələdiyyəsi2600
3Cəmi72461

Təbiəti

məməlilər: adi tülkü, boz dovşan,ev iti, ərəbdovşanı, şərqi avropa kirpisi,ev pişiyi, adi çaqqal, adi canavar,safsar,qamışlıq pişiyi,gəlincik,yarasa,boz siçovul,ev siçanı,hindistan tirəndazı və ceyran.

quşlar: dam xarabaçılı,çöl göyərçin, ev sərçəsi, quzğun, adi sağsağan, yaxalıqlı qurqur və daha çox növlər.

sürünənlər:gürzə,su ilanı,xəzər gekkonu,cəld kərtənkələcik,koramal,aralıq dənizi tısbağası,,bataqlıq tısbağası,xəzər tısbağası

suda-quruda yaşayanlar: göl qurbağası və yaşıl quru qurbağası

böcəklər:arı,milçək,qarışqa,çəyirtkə və.s

balıqlar: çəki,ilanbalığı,naqqa və.s

flora: kol, qamış, yulğun, böyürtkən, iti cığ, adi durnaotu, mamır, dovşankələmi və.s

İqlimi

Fəsil Payız Qış Bahar Yay
Ay Sen Okt Noy Dek Yan Fev Mar Apr May İyn İyl Avq ildə
Orta maksimum °C 26 19 13 8 6 7 11 18 23 28 31 30 18
Orta temperatur °C 22 16 12 6 4 4 7 14 19 24 27 26 15
Orta minimum °C 17 11 6 2 -3 -4 3 9 13 18 21 20 10
Dumanlı Günlər 0 0 1 0 9 7 2 0 0 0 0 0 19
Yağıntı mm. 17 37 33 25 23 40 32 33 28 20 5 8 302
Rütubətlilik % 69 77 68 76 78 80 74 70 66 61 57 62 70
Küləyin Sürəti Km/s 8 8 8 8 9 9 9 9 9 8 8 8 9
İşıqlı Vaxt Müddəti saat 13 12 11 10 10 11 12 12 15 16 15 14 13
Çiy nöqtəsi temperaturu °C 16 12 6 2 0 1 3 8 13 16 18 18 113
Aktiv temperatur cəmi °C 369 186 66 0 0 0 0 117 279 417 521 493 2448
Günəş radiasiyası Mj/m2 15 10 7 6 7 10 13 17 20 22 22 19 14

Əhalisi

İlSayı
1939 3.066
1959 13.427
İlSayı
1970 33.828
1979 41.583
İlSayı
1989 58.253
1999 69.500
İlSayı
2009 77.060
2019 86.500

İqtisadi xarakteristikası

Şəhərdə 17 sənaye müəssisəsi, o cümlədən, Avropada ilk ən böyük açıq tipli Şirvan DRES-i, yağ-piy zavodu, dəmir-beton məmulatları, saxsı boru, süni dəri zavodları və neft-qaz hasil edən müəssisələr fəaliyyət göstərir.

Foto məlumatlar

Şirvan şəhəri 2012 2016-08-30 at the Wayback Machine

İncəsənət

Şirvan şəhərinin musiqi məktəbi indiyə qədər ölkədə musiqi kadrlarının yetişdirilməsində, uşaq və gənclərin musiqi tərbiyəsində, insanlara mədəni xidmət göstərilməsində çox dəyərli işlər görmüşdür. Şirvan uşaq musiqi məktəbi 40 illik fəaliyyəti ərzində yalnız şəhərin deyil, ümumən respublikanın musiqi-mədəni tərəqqisinə xidmət etmişdir.

Təhsil

Son vaxtlar şəhərdə təhsilə xüsusi diqqət ayrılmışdır. Bunun məntiqi nəticəsidir ki, 2008-ci ildə ali məktəblərə qəbul zamanı imtahanlardan maksimum 700 bal toplamış 6 abituriyentdən biri də bu şəhərdəndir. 3 abituriyent isə prezident təqaüdünə layiq görülmüşdür.

İdman

Energetik Əlibayramlı Fk (indiki Şirvan fk) Şirvanda yaranmışdır. 1 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir. 1992-ci ildə keçirilən ilk turnirə qatılan "Energetik" 17 xal ilə 24-cü yeri tutmuşdur.

Hal-hazırda şəhərin ən böyük futbol klubu Şirvan FK-dır (Şirvan Futbol Klubu). Klub 2025/26 mövsümündə II Liqada mübarizə aparacaq.

Şirvan Olimpiya İdman Kompleksi (rəsmi adı: "Şirvan Olimpiya İdman Kompleksi" MMC) — Azərbaycan Respublikasının Şirvan şəhərində yerləşən olimpiya idman qurğusu. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki təsərrüfat hesablı qurumdur


Qardaşlaşmış şəhərlər

  • Qazaxıstan Qazaxıstan, Atırau, Qazaxıstan
  • Türkiyə Türkiyə, Manisa, Türkiyə

Tanınmış şəxsləri

  • İlqar Məmmədov---Azərbaycan Respublikası Daxili Qoşunları Ali Hərbi Məktəbinin rəisi.
  • Şirin Şükürov — Sovet İttifaqı qəhrəmanı
  • Ənvər Bariyev — 2005–2011-ci illərdə Belarus Respublikasının Fövqəladə Hallar naziri
  • Anatoli Kuleşov — 2009–2012-ci illərdə Belarus Respublikasının Daxili İşlər naziri
  • Nofəl Quliyev — Azərbaycanın Milli Qəhrəmanı
  • Rəfael Həbibov — Azərbaycanın Milli Qəhrəmanı
  • Rasim Qaraca — azərbaycanlı yazıçı, jurnalist
  • Fəridə Məmmədova — Azərbaycan alimi, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü
  • Qan Turalı — Azərbaycan yazıçısı, jurnalist.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şirvan (şəhər) haqqında məlumat. Şirvan (şəhər) nədir? Şirvan (şəhər) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    12 oktyabr

  • Fevral 23, 2026

    Memarlıq

  • Fevral 25, 2026

    Beşiktaş

  • Fevral 25, 2026

    Beynəlxalq münasibətlər

  • Fevral 25, 2026

    Sarcopterygii

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst