Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şinçay başlanğıcını Böyük Qafqazın cənub yamaclarından, 3000 m yüksəklikdən götürür. Sol sahilində Qaraqaya dağı, sağ sahilində isə Seyidyurd dağı yerləşir. Çay

Şinçay

  • Ana Səhifə
  • Vikipediya
  • Şinçay

Şinçay - Şəki rayonunda çay.

Şinçay
Xəritə
Ölkə
  •  Azərbaycan
Uzunluğu
  • 36 km

Mündəricat

Ümumi məlumat

Şinçay

Şinçay başlanğıcını Böyük Qafqazın cənub yamaclarından, 3000 m yüksəklikdən götürür. Sol sahilində Qaraqaya dağı, sağ sahilində isə Seyidyurd dağı yerləşir. Çayın əsas qolları Qaraqaya və Dəvəlyan dağlarının yamaclarından başlayan Qaflan çayı və Qozludərə çaylarıdır. Qaflançay Şinçayın ən selli qollarından biridir. Bu çay 1100–1200 m mütləq yüksəkliyə qədər çayın dərəsi dar olub, bəzi yerlərdə kanyonlar əmələ gətirir. Qozludərə çayı isə iki qoldan ibarətdir. Çayın sağ qolu Seyidyurd dağının şimal-qərb yamacından, sol qolu isə Çaxıl dağının qərb yamacından başlayır. Çayın dərəsinin dərinliyi 1000 m olub, yamacları sərt və sıldırımlıdır.

Şinçayın orta axınında sol sahildə ona Çaxıl dağının qərb yamacından başlayan Lerux çayı tökülür. Bu çayın dərəsinin yamacları 1700–1800 m mütləq yüksəklikdən etibarən çılpaqlanmış vəziyyətdədir.

Tarixi

1920-ci ilə qədər Şinçay Baş Layısqı kəndinin sahilindən axırdı. 1920-ci ildə güclü sel nəticəsində çay öz məcrasını dəyişərək Baş Göynük kəndinin sahilindən axmağa başlamışdır. Bu güclü seldən sonra kəndin sahilində yerləşən Ağalar kəndi tamamilə silinmişdir. Tez-tez çay öz məcrasından çıxdığına görə və bu zaman Baş Göynük kəndinin rayon mərkəzi ilə əlaqəsinin kəsildiyinə görə Şinçay üzərində körpü inşa edildi. Uzunluğu 169 metr, qabariti 4.5 metr, 40-50 ton yükə hesablanmış bu körpünün inşası 2005-ci ildə tamamlandı. 2010-cu il 8 dekabr tarixində isə Şinçayın Şəki rayonunun Zunud kəndindən keçən hissəsində Azərbaycanın ən uzun körpüsünün (1300 m) inşası tamamlandı.

Həmçinin bax

  • Şin
 Çay ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şinçay haqqında məlumat. Şinçay nədir? Şinçay nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Türkmən atı

  • Fevral 27, 2026

    Məclisi-fəramuşan

  • Fevral 27, 2026

    Mayk Conson

  • Fevral 27, 2026

    Girdimançay

  • Mart 01, 2026

    Dyoqonlar

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst