Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şeyxülislam ordeni — Qafqaz Müsəlmanları İdarəsinin təsis etdiyi ən ali dini mükafatdır, 2005-ci ildə təsis edilib. Ordenin layihəsinin müəllifi Eldar Mikayılza

Şeyxülislam ordeni

  • Ana Səhifə
  • Vikipediya
  • Şeyxülislam ordeni

Şeyxülislam ordeni — Qafqaz Müsəlmanları İdarəsinin təsis etdiyi ən ali dini mükafatdır, 2005-ci ildə təsis edilib. Ordenin layihəsinin müəllifi Eldar Mikayılzadədir. Bu orden əsasən Azərbaycan xalqının milli və mənəvi dəyərlərinin qorunması və inkişafı sahəsində xidmət göstərmiş şəxslərə təqdim edilir. Ordenin ilk laureatı Heydər Əliyev olmuşdur. O, bu mükafatla vəfatından sonra — 21 oktyabr 2005-ci ildə təltif olunmuşdur.

Şeyxülislam ordeni

Ölkə Azərbaycan Azərbaycan
Tip orden
Təltif edir
  • Qafqaz Müsəlmanları İdarəsi
Status təqdim olunur
Statistika
Parametrlər 27 mm x 47,5 mm
Təsis tarixi 2005
İlk təltif
  • Heydər Əliyev

Mündəricat

Ordenin əsası

131, 45 qram 18 ǝyarlı qızıldan və "Venesiya" örtüylü minadan, hər biri 1.72 karat olan 8 və hər biri 0.32 karat olan 84 brilyantlardan ibarətdir.

Bədii quruluşu

Orden 8 guşəli gül formasında həll edilib.

Guşələrin araları 8 ləçəklə tamamlanıb. Qızıl ləçəklərin üzərində yaşıl mina ilə şimmetrik olaraq 16 dəfə "Allah" sözü yazılıb. 8 zolaqlı guşələrin üzərində 8 ədəd brilyant daşın ətrafında 8 dəfə "Əli" sözü yazılıb. Sürməyi mina üzərində dairəvi formada "La İlahə İllallah, Mühəmmədən Rəsul Allah" kəlamı yazılıb. Ordenin ətrafında xəttatlıq sənətində yeni forma ilə İslamın rəmzi sülh olan ağ göyərçin və iki qızıl gül təsvir olunmuşdur. Göyərçinin və qızıl güllərin kəsişməsində "Allah" kəlməsi oxunur. Göyərçin sülhün, iki qızıl gül isə Peyğəmbərin (s) iki övladı, cənnət gülləri adlandırdığı İmam Həsən (ə) və İmam Hüseynin (ə) rəmzi təsvirləridir. Ordenin əsas hissəsiylə silsiləsini birləşdirən halqa Sufiliyin nişanəsi olan "Hu" (yəni "O") kəlamı şəkilində verilib. Silsilə dünya xalqlarının BMT tərəfindən rəsmi qəbul olunmuş dillərində "Allah" sözü yazılmışdır. Ordenin daşıdığı rəmzi mənalar həm İslamın bütün əsas təriqətlərini, həm də bütün dünya xalqlarının mənəvi dəyərlərini özündə əks etdirən sənət əsəridir.

Əsas xüsusiyyətləri və məqsədi


Adı:

"Şeyxülislam ordeni" İslam dinində yüksək dini məqam olan Şeyxülislamlıq institutunun adını daşıyır.

Təsis məqsədi:

•Milli mənəvi dəyərlərin təbliği, İslam həmrəyliyinin möhkəmləndirilməsi;

•Din və dövlət arasında harmoniya yaradılmasında xüsusi xidmətləri olan şəxslərin təltif edilməsi.

Kimlərə verilir:

•Azərbaycan xalqının milli-mənəvi irsinə töhfə verən;

•Dini fəaliyyətlərdə yüksək uğurlar qazanan;

•İslam dünyasında əməkdaşlığın inkişafına dəstək olan;

•Dinlər və millətlər arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi sahəsində səmərəli fəaliyyət göstərən dövlət başçıları, dini və beynəlxalq təşkilatların rəhbərlərinə təqdim olunur.

Bütün laureatlar

Vladimir Putinə "Şeyxülislam" ordeninin təqdim edilməsi (21.02.2006).
  1. Azərbaycan 21.10.2005 — Heydər Əliyev
  2. Azərbaycan 20.12.2005 — İlham Əliyev
  3. Rusiya 20.02.2006 — Vladimir Putin
  4. Rusiya 04.07.2006 — II Aleksi
  5. Türkiyə 11.09.2006 — Əkmələddin Ehsanoğlu
  6. Türkiyə 21.02.2008 — Rəcəb Tayyib Ərdoğan
  7. Özbəkistan 21.05.2011 — İslam Kərimov
  8. Rusiya 20.11.2011 — Kiril
  9. Gürcüstan 04.01.2013 — II İlya
  10. Türkmənistan 14.01.2014 — Qurbanqulu Berdiməhəmmədov

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, şeyxülislam ordeni sözünün mənası, şeyxülislam ordeni haqqında məlumat. şeyxülislam ordeni nədir? şeyxülislam ordeni nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Gümüşlü

  • Fevral 27, 2026

    Abay (roman)

  • Fevral 27, 2026

    29 fevral

  • Fevral 27, 2026

    Tofiq Bakıxanov

  • Mart 01, 2026

    Baldoy

Trend Mahnılar
  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst