Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şengen — Lüksemburqun cənub-şərqində Mozel çayının qərb sahilində yerləşən kiçik şərabçılıq qəsəbəsi və kommunası. Kommuna Almaniya və Fransa ilə sərhəddə yerlə

Şengen

  • Ana Səhifə
  • Vikipediya
  • Şengen

Şengen — Lüksemburqun cənub-şərqində Mozel çayının qərb sahilində yerləşən kiçik şərabçılıq qəsəbəsi və kommunası. Kommuna Almaniya və Fransa ilə sərhəddə yerləşir. Remerşen and Vintranj kommunaya daxil olan digər qəsəbələrdir. 2011-ci ildə Burmeranj və Vellenşteyn ilə birləşdikdən sonra kommunanın əhalisi 4,223 nəfərə çatmış, ərazisi isə 31,42km2 təşkil etmişdir.

Şengen
Gerb
Gerb
49°28′12″ şm. e. 6°21′36″ ş. u.HGYO
Ölkə
  •  Lüksemburq
Tarixi və coğrafiyası
Sahəsi
  • 31,42 km² (2018)
Mərkəzin hündürlüyü 302 m
Əhalisi
Əhalisi
  • 5.163 nəf. (2024)
Digər
schengen.lu
Xəritəni göstər/gizlə
Şengen xəritədə
Şengen
Şengen
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kommuna əvvəllər ona daxil olan ən böyük qəsəbə olan Remerşenin adı ilə adlandırılmışdır. 1985-ci il Şengen razılaşmasının imzalanmasından sonra Şengen ifadəsinin məşhurlaşması səbəbindən 2006-cı ildə kommunanın adı dəyişdirilmişdir.

Kommunanın ərazisində tarixi abidələrdən Şengen qəsri mövcuddur. Qəsrin yaranma tarixi 1390-cı ilə gedib çıxsa da, XIX əsrdə, demək olar ki, tamamilə yenidən qurulmuşdur. Hazırda otel və konfrans zalı kimi fəaliyyət göstərir.

Məhz bu şəhərdə 1985-ci ilin iyun ayında beş Avropa ölkəsi öz ölkələri arasında sərhəddə yoxlama və nəzarətə son qoyan bir saziş imzalayıblar. Sonrakı illərdə bir çox ölkə bu sazişə qoşulub.

Şengen razılaşması Avropa Birliyinə üzv olmayan ölkələrlə nəzarətin uyğunlaşdırılması sahəsində proqressiv əməkdaşlığı inkişaf etdirir. Polis və hüquqi əməkdaşlıq Şengen sisteminin əsaslarından biridir.

Avropa muzeyi

Şengen razılaşmasının imzalanmasından 25 il sonra 13 iyun 2010-cu ildə Şengendə Avropa muzeyi açılmışdır.

Muzeydə 200 m2 -lik sərgi zalında daimi olaraq Şengen müqavilələrinin tarixi və əhəmiyyəti barədə üç dildə sərgi nümayiş etdirilir. Burada sərgini ziyarət edənlər daxili sərhədlərdəki şəxslərə nəzarətinin aradan qaldırılmasını, 1957-ci il Roma müqaviləsini nümayiş etdirən məlumatlarla, o cümlədən tarixi şəkillər, videolar və audio-yazılarla tanış olurlar.

Həmçinin bax

  • Şengen razılaşması
  • Avropa Birliyi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şengen haqqında məlumat. Şengen nədir? Şengen nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qoçu

  • Fevral 27, 2026

    Ranunculaceae

  • Fevral 27, 2026

    Tavr dağları

  • Fevral 27, 2026

    Hamburger

  • Fevral 28, 2026

    Qvardafuy burnu

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst