Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şahzadə Nukata (額田王?, təq. 630 – təq. 690) və ya Nukata no Okimi – Asuka dövründə yaşamış Yaponiya şairəsi.

Şahzadə Nukata

  • Ana Səhifə
  • Vikipediya
  • Şahzadə Nukata

Şahzadə Nukata (額田王?, təq. 630 – təq. 690) və ya Nukata no Okimi – Asuka dövründə yaşamış Yaponiya şairəsi.

Şahzadə Nukata
yap. 額田王
Doğum tarixi təq. 630(0630)
Vəfat tarixi təq. 690(0690) (59–60 yaşında)
Fəaliyyəti şair, yazıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Orii məbədində Şahzadə Nukataya qoyulmuş abidə.

Mündəricat

Həyatı

Şahzadə Kaqaminin qızı və İmperator Tenmunun həyat yoldaşı olmuşdur. Yamato əyalətində yerləşən Nukata kəndində doğulduğu və Fucivara no Kamatarinin həyat yoldaşının bacısı olduğu güman olunur. Ana tərəfdən ailəsi İzumo qrupunun üzvü olmuş güclü bir klana mənsub olmuşdur. Ailəsi miflər və şifahi ənənələrlə zəngin olduğu üçün sarayda ədəbi bacarıqlarına görə fərqlənmişdir.

Əvvəlcə Şahzadə Oama (gələcək imperator Tenmu) ilə evlənsə də, təxminən 658-ci ildə Şahzadə Naka no Oe (gələcək imperator Tenci) ilə evlənmişdir. Heç vaxt rəsmi saray imperatriçası statusu daşımamasının səbəbi yüksək rütbəli şinto rahibəsi olması ilə əlaqələndirilir. İmperator Tenmu üçün bir qız doğmuşdur. Ömrünün sonlarına qədər əhəmiyyətli şəxs kimi qalmış, imperatorluq ailəsi ilə poeziya mübadiləsində olmuşdur.

Şeirləri

Şahzadə Nukata dövrünün ən görkəmli qadın şairi hesab olunur. O, şifahi ədəbiyyatın ibtidai mühiti ilə inkişaf etmiş ədəbi cəmiyyət arasındakı keçiddə vacib rol oynamışdır. Müasir dövrə qədər gəlib çatmış şeirləri azdır: 3 çoka və 9 tankadan ibarət 12 şeiri "Manyoşu" antologiyasında qorunub saxlanmışdır. Bəzi şeirləri həmin antologiyanın ən vacib şeirləri hesab olunur. Ən məşhur şeiri baharla payızın zidd gözəlliklərindən bəhs edən bir çokadır. Yaradıcılığında Çin poeziyasının təsiri olmuşdur.

Qeydlər

  1. Bəzən Nukada kimi yazılır.
  2. Nukudahime kimi də tanınmışdır.

Ədəbiyyat

  • The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh. 1095. İstifadə tarixi: 1 iyun 2024.
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VI cild (Niju–Saka). Tokio: Kodansha. 1983. səh. 45. ISBN 0-87011-626-6. İstifadə tarixi: 1 iyun 2024.
  • Frédéric, Louis. Japan Encyclopedia (ingiliscə). Harvard University Press. 2002. səh. 729. ISBN 9780674017535. İstifadə tarixi: 1 iyun 2024.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, şahzadə nukata sözünün mənası, şahzadə nukata haqqında məlumat. şahzadə nukata nədir? şahzadə nukata nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ununtrium

  • Mart 01, 2026

    Silmarillion

  • Fevral 27, 2026

    Məhtimqulu

  • Fevral 26, 2026

    Mamont

  • Fevral 27, 2026

    Monqoloid

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst