Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mançester şahmat klubunun üzvü Tomas Brayt Uilsonun kəşf etdiyi şahmat saatlarından ilk dəfə 1883-cü ildə keçirilmiş beynəlxalq şahmat turnirində istifadə olunm

Şahmat saatı

  • Ana Səhifə
  • Vikipediya
  • Şahmat saatı

Şahmat saatı — şahmat yarışlarında vaxtı ölçən cihaz.

Mexaniki şahmat saatı

Tarixi

Mançester şahmat klubunun üzvü Tomas Brayt Uilsonun kəşf etdiyi şahmat saatlarından ilk dəfə 1883-cü ildə keçirilmiş beynəlxalq şahmat turnirində istifadə olunmuşdur. Bu, şahmat görüşlərinin daha maraqlı və gərgin mübarizə şəraitində keçməsinə səbəb olmuşdur.

Əvvəllər görüşlər saatın nəzarəti olmadan keçirildiyi üçün çox çəkirdi. Bəzi şahmatçılar rəqiblərinin saatlarla fikirləşməsinə tab gətirmirdilər. Hətta ingilis şahmatçısı Staunton həmvətənlisi Vilyamla görüşərkən hesabda irəli çıxsa da (6:2), hər bir gediş üzərində rəqibin saatlarla fikirləşməsinə dözməyərək, matçda təslim olduğunu bildirmişdir.

1851-ci ildə Londonda keçirilmiş birinci beynəlxalq turnirin qaydalarında dəyişikliklər edildi. Belə ki, şahmat stollarının yanında xüsusi nəzarətçilər əyləşərək, görüş zamanı baş verən hadisələri qeydə alırdılar. Bəzən rəqiblər yuxuya getdikləri üçün görüşlər yarımçıq qalırdı.

Sonralar Nürnberqdə keçirilmiş beynəlxalq turnirdə çox fikirləşən şahmatçıları cərimə etmək qərara alındı. Lakin iştirakçılardan alınan cərimə böyük məbləğə çatmışdır. Bu da şahmatçıları müflis olmaq təhlükəsi qarşısında qoymuşdur.

Şahmat oyunlarının çox çəkməməsi üçün qum saatlarından istifadə olunmağa başladı. Uilsonun kəşfindən sonra isə görüşlərdə hazırkı saatlar işə düşdü. Qrossmeyster və ustalara 40 gediş üçün 2,5 saat verilir.

Neçə-neçə qiymətli görüşlərin seytnotun qurbanı olduğuna baxmayaraq, şahmat yarışlarını saatlar olmadan təsəvvür etmək olmaz.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şahmat saatı haqqında məlumat. Şahmat saatı nədir? Şahmat saatı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İbn Xordadbeh

  • Fevral 27, 2026

    Pikardiya

  • Fevral 27, 2026

    Doymuş yağlar

  • Fevral 27, 2026

    Koma

  • Fevral 23, 2026

    6 oktyabr

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst