Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şahin Abdulla oğlu Mustafayev (13 iyun 1965, Cucevan, Noyemberyan rayonu) — Azərbaycan iqtisadçısı və siyasi xadimi, Azərbaycan Respublikası Baş nazirinin müavi

Şahin Mustafayev

  • Ana Səhifə
  • Vikipediya
  • Şahin Mustafayev

Şahin Abdulla oğlu Mustafayev (13 iyun 1965, Cucevan, Noyemberyan rayonu) — Azərbaycan iqtisadçısı və siyasi xadimi, Azərbaycan Respublikası Baş nazirinin müavini (2019-cu ildən), Azərbaycan Respublikasının iqtisadiyyat naziri (2008–2019), Tarif Şurasının sabiq sədri, Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti.

Şahin Mustafayev
Azərbaycan Respublikası Baş nazirinin müavini
Vəzifədədir
22 oktyabr 2019-cu ildən
    Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti
    Vəzifədədir
    2013-cü ildən
      Əvvəlkiİsmət Abbasov
      Azərbaycan Respublikasının iqtisadiyyat naziri
      15 yanvar 2016 – 22 oktyabr 2019
      Əvvəlkivəzifə təsis edilib
      SonrakıMikayıl Cabbarov
      Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri
      22 oktyabr 2013 – 15 yanvar 2016
      Əvvəlkivəzifə təsis edilib
      Sonrakıvəzifə ləğv edilib
      Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri
      31 oktyabr 2008 – 2013
      ƏvvəlkiHeydər Babayev
      Sonrakıvəzifə ləğv edilib
      Şəxsi məlumatlar
      Doğum tarixi 13 iyun 1965(1965-06-13) (60 yaş)
      Doğum yeri
      • Cucevan, Noyemberyan rayonu, Ermənistan SSR, SSRİ
      Partiya
      • Yeni Azərbaycan Partiyası
      Təhsili
      • Ermənistan Dövlət İqtisad Universiteti,
      • Azərbaycan Dövlət İqtisad Universiteti
      Fəaliyyəti siyasətçi
      Təltifləri "Şöhrət" ordeni — 2020 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2024 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı — 2019 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2025 Macarıstanın "Xidmətlərə görə" ordeninin ulduzlu komandor dərəcəsi — 2021
      Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

      Həyatı və fəaliyyəti

      Şahin Abdulla oğlu Mustafayev 1965-ci ildə Ermənistan SSR Barana (Noyemberyan) rayonunun Cucevan kəndində anadan olub. 1989-cu ildə M. Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib. 1990–1991-ci illərdə Bakı Baş Tikinti İdarəsində baş mühasib işləyib.

      1991–1992-ci illərdə "Spektr" kiçik müəssisəsində baş mühasib, 1992–1999-cu illərdə Nəsimi rayonu üzrə Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi və şöbə rəisi olub.

      1999–2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyində İqtisadi Təhlil, Uçot, Hesabat və Vergi Daxilolmalarının Proqnozlaşdırma İdarəsində şöbə rəisi, 2000–2003-cü illərdə AR Vergilər Nazirliyinin İqdisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəis müavini, rəisi, 2003–2005-ci illərdə AR Dövlət Neft Şirkətində mərkəzi mühasibatlığın baş mühasibi, İqtisadiyyat və Uçot İdarəsinin, 2005–2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti, 2006–2008-ci illərdə Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini vəzifələrində işləyib.

      2008–2013-cü illərdə Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri, 2013–2016-cı illərdə isə Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri vəzifələrində çalışmışdır.

      Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat naziri təyin edilmişdir.

      Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilmişdir.

      2020-ci ildə Azərbaycan Respublikasının iqtisadi inkişafında xüsusi xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

      Azərbaycan Respublikası Prezidentinin 12 iyun 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

      Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidentidir. Yeni Azərbaycan Partiyasının üzvüdür.

      Ailəlidir, 3 övladı var.

      vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, şahin mustafayev sözünün mənası, şahin mustafayev haqqında məlumat. şahin mustafayev nədir? şahin mustafayev nə deməkdir?

      ←Növbəti YazıƏvvəlki Yazı→
      Ən Oxunanlar - Vikipediya
      • Mart 01, 2026

        Suy sülaləsi

      • Fevral 27, 2026

        Cek Sərçə

      • Fevral 27, 2026

        Tacəddin Mehdiyev

      • Mart 03, 2026

        Dübrar dağı

      • Fevral 27, 2026

        Dielektriklər

      Trend Mahnılar
      • Fevral 21, 2026

        Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

      • Fevral 22, 2026

        Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

      • Fevral 17, 2026

        Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

      • Fevral 21, 2026

        Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

      • Fevral 17, 2026

        Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

      Studia

      • Vikipediya
      • Musiqi

      Xəbər Bülleteni Abunəliyi

      Əlaqə Saxlayın
      Bizimlə Əlaqə
      © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
      Müəllif hüquqları: Dadash Mammadov
      Üst