Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İzzət Cəfərqulu qızı Əliyeva (1895, Zəngəzur, Comardlı kəndi - 20 oktyabr 1957, Bakı) — Azərbaycanın Ümümmilli lideri, siyasi və dövlət xadimi, Azərbaycan Kommu

İzzət Əliyeva

  • Ana Səhifə
  • Vikipediya
  • İzzət Əliyeva

İzzət Cəfərqulu qızı Əliyeva (1895, Zəngəzur, Comardlı kəndi - 20 oktyabr 1957, Bakı) — Azərbaycanın Ümümmilli lideri, siyasi və dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Azərbaycan Respublikasının üçüncü Prezidenti Heydər Əliyevin anası.

İzzət Cəfərqulu qızı Əliyeva
Doğum tarixi 1895
Doğum yeri Qərbi Azərbaycan, Zəngəzur mahalı, Comardlı kəndi
Vəfat tarixi 20 oktyabr, 1957
Vəfat yeri Bakı şəhəri
Dini İslam

Mündəricat

Həyatı

Əliyevlər ailəsi. Soldan: Surə xanım, Heydər Əliyev, Əlirza Əliyev və qucağında Aqil Əliyev, İzzət xanım və qucağında Cəlal Əliyev, Hüseyn Əliyev 1930 il.

İzzət xanım 1895-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalındakı Comərdlı kəndində anadan olub. Kəndin Ağsaqqalı İzzət xanımın babası Comərd kişi olub. İzzət xanım sayılıb-seçilən, böyük hörmət və nüfuz sahibi olan Comərdin nəslinin törəməsidir.

Ermənilərin Zəngəzura təcavüzü İzzət xanımı və ailəsini o torpaqlardan didərgin salır. Ermənilərin hücumu zamanı İzzət xanım, demək olar ki, bütün yaxınlarını itirir. Həmin zaman o, öz ailəsiylə, Naxçıvana köçür. Köç zamanı çox sevdiyi erməni qəsbkarları tərəfindən öldürülən kiçik qardaşının meydini görür və heç bir zaman bu günü unutmur. Qardaşının vaxtsız ölümü daha sonra doğulacaq körpəsinə onun adının, Heydər adını verməsinə səbəb olacaq. Heydər Əliyevin bacısı Şəfiqə Əliyeva anasına həsr etdiyi "Mənim anam" kitabından: "Ermənilərin Zəngəzur torpağına olan təcavüzü anamın ömür kitabında gənclik xatirələrinin ən acı səhifələridir". On beş il İzzət xanım bacı-qardaşlarının sağ olub-olmamasından xəbər tuta bilməyib. Özü deyirdi ki, "qardaşlarımın ətrini yenicə tapdığım övladlarımdan alanda elə bil dünyaya təzədən gəldim".

İzzət xanımın kiçik qızı Rəfiqə Əliyeva öz xatirələrində deyir: "Atamızı tez itirmişik. Uşaqların bütün dərdi-səri, qayğısı anamın üzərinə düşmüşdü. Bizim ilk müəllimimiz də elə anamız İzzət xanım olub", "çörək qazanmaq, yəni evə ruzi gətirmək, əslində atanın vəzifəsi sayılıb. Uşaqları tərbiyə etmək, onları gələcək, millət üçün ləyaqətli övlad kimi böyütmək anaya bağlıdır. - Bu mənada mənə elə gəlir ki, əsil məktəb elə bizim öz evimizdə olub. Bu məktəbin də əvvəldən-axıra qədər bir müəllimi var idi, o da öz anamız idi." İzzət xanım Əliyeva çox yumşaq, həddən artıq mehriban qadın idi, amma o mehribanlığın daxilində hamını öz həddində saxlayan qəribə bir zabitəsi vardı.

Öz övladları ilə bərabər erməni daşnaklarının vəhşicəsinə qətlə yetirdikləri qardaşlarının da balalarını İzzət xanım böyüdüb.

Ailəsi

  • Əlirza Əliyev — həyat yoldaşı

Övladları

  • Həsən Əliyev — 15 dekabr 1907 - 2 fevral 1993
  • Hüseyn Əliyev — 22 aprel 1911 - 21 may, 1991
  • Heydər Əliyev — 10 may 1923 – 12 dekabr 2003
  • Aqil Əliyev — 10 dekabr 1926 – 7 mart 2006
  • Cəlal Əliyev — 30 iyun 1928 – 1 fevral 2016
  • Surə Əliyeva —
  • Şəfiqə Əliyeva — 1 dekabr 1930 – 24 noyabr 2008
  • Rəfiqə Əliyeva — 20 sentyabr 1932 – 6 may 2017

İzzət xanım Əliyeva 20 oktyabr 1957-ci ildə 62 yaşında Bakı şəhərində vəfat etdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i̇zzət əliyeva sözünün mənası, i̇zzət əliyeva haqqında məlumat. i̇zzət əliyeva nədir? i̇zzət əliyeva nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    II Nektanebo

  • Fevral 23, 2026

    Novruz Məmmədov

  • Mart 01, 2026

    Zeynəb Hümmətova

  • Mart 01, 2026

    MediaWiki

  • Fevral 27, 2026

    Sahib Alıyev

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst