Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İslam Əbdül oğlu Abdullayev və ya Segah İslam (dekabr 1876, Şuşa – 22 sentyabr 1964, Bakı) — Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndələrindən bi

İslam Abdullayev

  • Ana Səhifə
  • Vikipediya
  • İslam Abdullayev

İslam Əbdül oğlu Abdullayev və ya Segah İslam (dekabr 1876, Şuşa – 22 sentyabr 1964, Bakı) — Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndələrindən biri, Azərbaycan SSR əməkdar artisti (1949).

İslam Abdullayev
Ümumi məlumatlar
Doğum adı İslam Əbdül oğlu Abdullayev
Ləqəbi Segah İslam
Doğum tarixi dekabr 1876(1876-12)
Doğum yeri Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 22 sentyabr 1964(1964-09-22) (87 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti→
SSRİ SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti xanəndə
Janr muğam
Musiqi aləti dəf
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1949
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Abdullayev İslam Əbdül oğlu 1876-cı ilin dekabr ayında Şuşa şəhərində anadan olmuş, Şuşa şəhər məktəbində təhsil almışdır. Azərbaycanın musiqi tarixində İslam Abdullayev "Segah" muğamının təkrarsız ifaçısı kimi tanınmışdır.

1883-cü ildə Şuşada "Xanəndələr məclisi" yaratmış musiqişünas alim Mir Möhsün Nəvvab İ. Abdullayevi bu məclisə dəvət edir. Beləliklə, o, Mir Möhsün Nəvvab, Hacı Hüsü, Məşədi İsi, Mirzə Muxtar Məmmədov, Dəli İsmayıl, Keştazlı Həşim kimi sənətkarlardan dərs almış, Sadıqcanın müşayiəti ilə ifalar etmişdir. İslam Abdullayevin ilk "Segah" ifası Sadıqcanın oğlunun toyunda olmuş, həmin ifadan sonra şöhrəti yayılmışdır. 1901–1905-ci illərdə tarzən Qurban Pirimovla birlikdə Qarabağ və Gəncə məclislərində çıxış etmişdir.

Xanəndə uzun illər Azərbaycan Dövlət Estradasının solisti olur.

"Segah" muğamını və onun bütün variantlarını – "Zabul-Segah", "Mirzə Hüseyn segahı", "Orta Segah"," Xaric Segah" muğamlarını xüsusi bir şövq və məharətlə oxuduğuna görə xalq tərəfindən "Segah İslam" adlandırılmışdır. 1910–1915-ci illərdə "Sport-Rekord" və "Ekstrafon" səsyazma şirkətləri tərəfindən "Segah", "Bayatı-Qacar", "Şahnaz", "Şüştər" muğamları və bir sıra təsniflər İslam Abdullayevin ifasında qramofon vallarına yazılmışdır.

İslam Abdullayev eyni zamanda pedoqoq olmuşdur. Xan Şuşinski, Yaqub Məmmədov, Sahib Şükürov kimi xanəndələrin yetişməsində böyük rol oynamışdır. Şuşada musiqi məktəbində direktor vəzifəsində işləmiş, Gəncədə xalq çalğı alətləri orkestri təşkil etmişdir. Ömrünün sonuna yaxın Ağdama köçmüş, musiqi məktəbində muğamdan dərs demiş, bir çox xanəndələrin ustadı olmuşdur.

İ. Abdullayev 22 sentyabr 1964-cü ildə Bakıda vəfat etmişdir.

Mükafatları

  • Azərbaycan SSR əməkdar artisti — 1949

Ədəbiyyat

  • Hüseynoğlu, Sərvaz. Segah İslam (İslam Abdullayev) (az.). Bakı: "Şərq-Qərb". 2017. 136.

Həmçinin bax

  • Ələsgər Abdullayev
  • Ağabala Abdullayev
  • Qasım Abdullayev

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İslam Abdullayev haqqında məlumat. İslam Abdullayev nədir? İslam Abdullayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Cünk

  • Fevral 27, 2026

    Mehranilər

  • Fevral 27, 2026

    Viktor Qutırya

  • Fevral 24, 2026

    Sileziya

  • Fevral 27, 2026

    Maks Teyler

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst