Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İsgəndər Coşqun (ilk adı:İsgəndər Məhəmməd oğlu Hümmətov; 1927, Göyçay – 10 dekabr 1996) — şair, dramaturq, Əməkdar incəsənət xadimi.

İsgəndər Coşqun

  • Ana Səhifə
  • Vikipediya
  • İsgəndər Coşqun

İsgəndər Coşqun (ilk adı:İsgəndər Məhəmməd oğlu Hümmətov; 1927, Göyçay – 10 dekabr 1996) — şair, dramaturq, Əməkdar incəsənət xadimi.

İsgəndər Coşqun
Doğum adı İsgəndər Məhəmməd oğlu Hümmətov
Doğum tarixi 1927
Doğum yeri Göyçay, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 10 dekabr 1996 (68–69 yaşında)
Fəaliyyəti Şair, dramaturq

Həyatı

1927-ci ildə Göyçay şəhərində fəhlə ailəsində doğulmuşdur. Burada orta təhsil alandan sonra Bakıda M.A.Əliyev adına Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə daxil olmuşdur. Həmin il "Mavzoleydə" adlı ilk mətbu şeri "Ədəbiyyat və incəsənət" qəzetində çapdan çıxmışdır.

1952-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsinə daxil olmuş, 1955-ci ildə oranı bitirmişdir. 1962-ci ildən M.Qorki adına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ədəbi hissə müdiri işləmişdir.

22 may 1991-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" adına layiq görülüb.

Dramaturq, naşir, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan İsgəndər Coşqun 1996-cı il dekabr ayının 10-da vəfat edib.

Yaradıcılığı

Müxtəlif illərdə "Gəmidə söhbət", "Qığılcımlar", "Mən atamı düşünərkən", "Nəğmə dolu ürək" və s. adlı kitabları çap olunub. "Bakı Komissarları" pyesi 1986-cı ildə tamaşaya qoyulub. Tamaşaya görə ona Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı verilib. S.Vurğunun "Komsomol poeması" əsasında yazdığı pyesinə görə Respublika Lenin Komsomolu mükafatına layiq görülüb.

2024-cü ildə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) "Göyçay Ensiklopediyası"nın davamı olaraq İsgəndər Coşqunun əsərlərinin külliyyatından ibarət yeni "Nəğmə dolu ürək" kitabını təqdim edilib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İsgəndər Coşqun haqqında məlumat. İsgəndər Coşqun nədir? İsgəndər Coşqun nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    .km

  • Fevral 27, 2026

    Dəkkə

  • Fevral 27, 2026

    Maykl

  • Fevral 27, 2026

    Əsgəran qalası

  • Fevral 27, 2026

    Qaz kamerası

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst