Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İrqi ayrı-seçkilik — irq əsasında şəxslərə qarşı ayrı-seçkilik. İrqi seqreqasiya siyasəti irqi ayrı-seçkiliyi bir növ "qanuniləşdirsə" də, dünya dövlətlərinin q

İrqi ayrıseçkilik

  • Ana Səhifə
  • Vikipediya
  • İrqi ayrıseçkilik

İrqi ayrı-seçkilik — irq əsasında şəxslərə qarşı ayrı-seçkilik. İrqi seqreqasiya siyasəti irqi ayrı-seçkiliyi bir növ "qanuniləşdirsə" də, dünya dövlətlərinin qanunvericiliyində belə fəaliyyət qadağan olunur və onun dəstəklənməsi ədalətsizliyə səbəb olur.

Mündəricat

Dünya üzrə

Dünya Dəyərləri Sorğusunun məlumatlarına əsasən, The Washington Post qəzetinin təhlil etdiyi kimi, dünyada irqçiliyə qarşı ən az tolerantlıq nümayiş etdirən ölkə İordaniyadır. Tədqiqata əsasən, irqi tolerantlıq etnik müxtəlifliyin olduğu Asiya ölkələrində də aşağı səviyyədədir, bununla belə Qərbi və Mərkəzi Avropa ölkələri və ABŞ nisbətən irqi tolerant dövlətlər hesab olunurlar.

Bu sahədə 30 ildən çox müddətdə aparılmış tədqiqatlar 10 fərqli ölkədə əmək, mənzil və məhsul bazarlarında qeyri-ağlara qarşı əhəmiyyətli dərəcədə ayrı-seçkilik olduğunu aşkar etmişdir.

Hindistan

Dünya Dəyərləri Sorğusuna əsasən, ikinci ən irqçi dövlət Hindistandır. Burada Hindistan əhalisi tərəfindən digər dövlətlərin vətəndaşlarına qarşı həm dərisinin rəngi, həm də mənsub olduğu ölkəyə görə fərqli münasibət göstərilir. Hindistanda xüsusilə afrikalılar irqçilikdən əziyyət çəkirlər, hətta onlar hücuma məruz qalır və öldürülürlər.

Niderland

Niderlandda aparılmış və 2013-cü ildə yayımlanmış bir tədqiqat nəticəsində aşkar edilmişdir ki, ərəb dilində səslənən adları olan iş axtaranlara qarşı əhəmiyyətli dərəcədə ayrı-seçkilik edilir.

Liberiya

Liberiyanın Konstitusiyası qeyri-qaraların vətəndaşlıq üçün qeyri-məqbul olduğunu müəyyən edir.

ABŞ

Çoxsaylı audit tədqiqatları ABŞ-nin əmək bazarında irqi ayrı-seçkiliklə bağlı ciddi sübutlar aşkar etmişlər. Belə ki, tədqiqatlar zamanı işəgötürənlərin ağdərili iş axtaranlara üstünlük vermə dərəcəsi 50% ilə 240% arasında dəyişib. Digər tədqiqatlar zamanı avtomobil bazarında, mənzil sığortası, tibbi xidmət və taksi xidmətindən istifadə məsələlərində irqi ayrı-seçkiliklə bağlı əhəmiyyətli sübutlar aşkar edilmişdi.

Məşğulluq məsələləri zamanı ayrı-seçkilik iki başlıca kateqoriyaya ayrılır:

  • Fərqli rəftar: İşəgötürən dəri, saç və ya göz rəngi və bəzi üz cizgiləri kimi dəyişməz irqi xüsusiyyətlərə əsaslanaraq ayrı-seçkilik edir;
  • Fərqli təsir: Hətta işəgötürənin irqi xüsusiyyətlərə görə ayrı-seçkilik etmək niyyəti olmasa da, onun hərəkətləri irqçiliyə əsaslanan mənfi təsirlərə malik olur.

Ayrı-seçkilik əmək prosesinin istənilən mərhələsində, eləcə də işə götürülərkən müsahibə zamanı, kompensasiya, iş tapşırığı verilərkən, əmək şəraiti yaradılarkən, işçilərə imtiyazlar verilərkən, vəzifədə irəli çəkərkən, intizam məsuliyyətinə cəlb edərkən və işinə xitam verərkən mövcud ola bilər.

Tədqiqatçılar Marianna Bertrand və Sendhil Mullainathan 2004-cü ildə Çikaqo Universiteti və Massaçusets Texnologiya İnstitutunda aparılmış araşdırma zamanı iş yerlərində geniş yayılmış irqi ayrı-seçkilik olduğunu aşkar etmişdilər. Araşdırmada müsahibə üçün geri çağırışlar almaq üçün "ağdərili səslənən adlar" kimi qəbul edilən namizədlərin sayı, adları "qaradərili kimi səslənən"lərdən 50% çox idi. Tədqiqatçılar bu nəticələri ABŞ-nin ayrı-seçkilik tarixindən qaynaqlanan şüursuz yanaşmaların güclü sübutu kimi görürlər (məsələn, Cim Krou qanunları).

Prinston Universitetinin sosioloqu Devah Peycer Miluoki və Nyu-York şəhərində iş üçün müraciət edən şəxsləri tədqiqata cəlb etmiş və aşkar edilmişdir ki, eyni keyfiyyətlərə malik olan qaradərililər ağlarla müqayisədə iki dəfə az işə dəvət almışdılar. Los-Anceles Kaliforniya Universitetinin sosioloqu S. Maykl Geddis tərəfindən aparılmış digər tədqiqatda isə elit özəl və yüksək keyfiyyətli dövlət ali təhsil müəssisələrinin qara və ağdərili məzunlarının iş perspektivləri müqayisə edilmişdi. Tədqiqatın nəticələrinə görə Harvard kimi elit universitetin qaradərili məzunları Massaçusets Amherst Universiteti kimi dövlət ali təhsil müəssisəsinin ağdərili məzunları ilə müsahibəyə çağırılma zamanı eyni perspektivlərə malik olmuşlar.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İrqi ayrıseçkilik haqqında məlumat. İrqi ayrıseçkilik nədir? İrqi ayrıseçkilik nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Siyavuş Novruzov

  • Fevral 23, 2026

    Təbii qaz

  • Mart 01, 2026

    Bərcan

  • Fevral 27, 2026

    Kadetlər

  • Mart 01, 2026

    II Qutluq

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst