Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

In vitro (lat. vitrum — "şüşə", azərb. şüşənin içində‎) — eksperimental biologiyada canlı orqanizmlərdən kənarda, sınaq şüşəsində təcrübələrin aparılması texnol

İn vitro

  • Ana Səhifə
  • Vikipediya
  • İn vitro

In vitro (lat. vitrum — "şüşə", azərb. şüşənin içində‎) — eksperimental biologiyada canlı orqanizmlərdən kənarda, sınaq şüşəsində təcrübələrin aparılması texnologiyası. Təcrübələrin canlı orqanizmlər, insan və ya heyvanlar üzərində aparıldığı In vivo terminin əksidir.

Molekulyar biologiya, biokimya, farmakologiya, tibb, genetika və digər sahələrə aid olan bir çox eksperimentlər in vitro, canlı hüceyrələrin və ya hüceyrəsiz modellərin üzərində aparılır.

Mündəricat

Üstünlükləri

Canlı orqanizmlər həddən artıq mürəkkəb funksional sistem olub, on minlərlə gendən, zülal və RNT molekullarından, kiçik üzvi birləşmələrdən, qeyri-üzvi ionlardan, çoxhüceyrəli orqanizmlərdə isə orqanlar sistemindən ibarətdirlər. Canlı orqanizmin yaşaması üçün bu saysız-hesabsız komponentlər bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqədə olmaqla qida əldə etmək, tullantıları çölə atmaq, başqa orqanizmlərə, işığa, səsə, istiyə və s. reaksiya vermək bacarığına sahib olmalıdır.

Canlı orqanizmlərin belə xüsusi mürəkkəbliyə sahib olması onların müxtəlif komponentlərinin təyin edilməsi və əsas bioloji funksiyalarının öyrənilməsində çətinliklər yaradır. In vitro təcrübənin əsas üstünlüyü isə tədqiq olunan sistemin istənilən səviyyədə sadələşdirilməsinin mümkünlüyü və tədqiqatçının çox kiçik komponentlər üzərində işləməsinə şərait yaratmasındadır.

Çatışmazlıqları

Bu metodun əsas çatışmazlığı əldə olunan nəticələrin canlılar üzərinə ekstrapolyasiyasının bəzən həddən artıq çətin olmasındadır. In vitro tədqiqat aparan mütəxəssislər əldə etdikləri nəticələrin izah olunmasında çox diqqətli olmalıdırlar, çünki bu bəzən yanlış təsəvvür formalaşmasına səbəb ola bilər. Çünki bir çox hallarda in vitro müsbət nəticə verən hər hansı dərman vasitəsi in vivo mənfi nəticələr doğura bilər, belə ki, in vitro təcrübələr zamanı canlı orqanizmin həmin dərmana əks reaksiyasını, qarşılıqlı təsirini öyrənmək mümkün olmur.

Həmçinin bax

  • ex vivo

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İn vitro haqqında məlumat. İn vitro nədir? İn vitro nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İştaha

  • Fevral 25, 2026

    Aruba

  • Fevral 27, 2026

    Yamaha

  • Fevral 27, 2026

    Servi Tulli

  • Fevral 27, 2026

    Erida

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst