Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İmamyar Həsənov Bakıda Mərdəkan qəsəbəsində musiqiçi ailəsində anadan olub. Atası Fikrət Həsənovun musiqiyə olan sevgisi bacısı Qəməri, qardaşı Rüfəti və İmamya

İmamyar Həsənov

  • Ana Səhifə
  • Vikipediya
  • İmamyar Həsənov

İmamyar Həsənov (tam adı: İmamyar Fikrət oğlu Həsənov) — Azərbaycanlı kamança ifaçısı və müəllimi.

İmamyar Həsənov
İmamyar Fikrət oğlu Həsənov
Ümumi məlumatlar
Doğum tarixi 7 noyabr 1975(1975-11-07) (50 yaş)
Doğum yeri
  • Mərdəkan
Vətəndaşlığı Azərbaycan Azərbaycan ABŞ ABŞ
Musiqiçi məlumatları
Fəaliyyəti kamança ifaçısı, müəllimi
Musiqi aləti kamança
Mükafatları "Tərəqqi" medalı

Mündəricat

Haqqında

İmamyar Həsənov Bakıda Mərdəkan qəsəbəsində musiqiçi ailəsində anadan olub. Atası Fikrət Həsənovun musiqiyə olan sevgisi bacısı Qəməri, qardaşı Rüfəti və İmamyar Həsənovu musiqiyə gətirib.

Təhsili

İmamyar Həsənov Mərdəkan qəsəbəsində yerləşən – birinci sinifdən səkkizinci sinfə qədər Hacı Zeynalabdin Tağıyev adına 123 saylı orta məktəbdə təhsil alıb. Habelə Mərdəkanda yerləşən 17 saylı musiqi məktəbinin kamança sinfində, daha sonra 1990-cı ildə Asəf Zeynallı adına Musiqi Kollecində təhsilini davam etdirib. O, burada Mütəllim Novruzov və Arif Əsədullayev kimi tanınmış kamança ustadlarından dərs alıb. 1995–2000-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Ağacəbrayıl Abasəliyevin sinfində təhsilini davam etdirib.

Həsənov 2000-ci ildə Bakı Musiqi Akademiyasında təhsilini bitirdikdən sonra ABŞ-yə köçüb. Hal-hazırda ABŞ-nin San-Fransisko şəhərində yaşayır.

Fəaliyyəti

İmamyar Həsənov 2012-ci ildən San-Fransisko Dünya Musiqi Festivalının Musiqi Direktoru vəzifəsində fəaliyyətini davam etdirir. 2013-cü ildə Festival "Dünya Həcmli Siniflər" layihəsinə başladı. Bu layihənin məqsədi dünya xalqlarının milli musiqi sənətçilərini Amerikanın orta məktəblərinə dəvət etmək və şagirdlərə milli musiqiləri öyrətməkdir. Həsənov dahi bəstəkar Fikrət Əmirovun "Göy-Göl" mahnısını ikinci sinifdən on ikinci sinfə qədər olan şagirdlərə Azərbaycan dilində çalıb oxumağı öyrədib. Bununla yanaşı, San-Fransiskoda beş orta məktəbdə Azərbaycan musiqisindən dərs deyib.

2013-cü ilin aprel ayında Stanford universitetinin Musiqi fakültəsində "Azərbaycan musiqisi və mədəniyyəti" adlı tədris kursu yaradılıb. İlk dəfə olaraq Amerikanın ən nüfuzlu universitetlərindən birində yaradılan, Azərbaycan musiqisi haqda mühazirələr və musiqi dərslərindən ibarət olan tədris kursunun 2009-cu ildə Stanford Universitetini bitirmiş amerikalı-azərbaycanlı Kristal Bargeleme və İmamyar Həsənov aparır. Tələbələr təhsil aldıqları müddətdə Azərbaycan musiqisi və mədəni irsi ilə yanaşı, Azərbaycan musiqi alətlərində musiqi ifa etməyi də öyrənirlər.

İ. Həsənov Amerikanın tanınmış universitetlərində ustad dərsləri keçir və konsertlər verir. Azərbaycan musiqisini və kamança alətini təbliğ edən Həsənov Stanford, Juliyard, İndiana, Corc Vaşinqton, Corctaun universitetlərində və San-Fransiskodakı orta məktəblərdə bu işlə məşğuldu.

ABŞ-dən əlavə, İmamyar Həsənov bir çox ölkələrdə, o cümlədən Türkiyədə, Yunanıstanda, İranda, İsraildə Azərbaycan xalq mahnılarını ("Küçələrə su səpmişəm", "Girdim yarın bağçasına", "Laçın", "Sarı Gəlin" və s.) və bəstəkar mahnılarını (S. Rüstəmovun "Getmə-getmə", T. Quliyevin "İlk bahar", F. Əmirovun "Gözəlim sənsən" və s.) ustalıqla tanıtmışdır. Həmçinin İsrailin cənub regionunda yerləşən Şaharut qəsəbəsində 2012-ci ildə "Laçın" adlı xalq mahnımız, ANNA RF qrupu ilə birlikdə İmamyar Həsənov tərəfindən kamançada səsləndirilmişdir.

Albomları

İmamyar Həsənovun mərhum xalq artisti Çingiz Sadığov ilə bir neçə mükəmməl səsyazmaları var. Belə ki 2015-ci ilin Sentyabr ayında hər iki sənətkara məxsus "Sonsuz Məhəbbətim" adlı albomla yanaşı, 2006-cı ildə "Undiscovered Treasure Kamancha of Azerbaijan", 2008-ci ildə "Hayran" və "Shams", 2011-ci ildə "Sound of My Soul" və "Passage to Dawn", 2017-ci ildə "Then", 2018-ci ildə "Bozlak/Segah/Chargah" albomları da işıq üzü görmüşdür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i̇mamyar həsənov sözünün mənası, i̇mamyar həsənov haqqında məlumat. i̇mamyar həsənov nədir? i̇mamyar həsənov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Ariya

  • Mart 01, 2026

    Batavia

  • Fevral 27, 2026

    Əhməd Triniç

  • Mart 04, 2026

    Yonava

  • Fevral 27, 2026

    Tula-Buqa

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst