Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İmamqulu məktəb-məscidi və ya sadəcə məktəb-məscid — İçərişəhərdə yerləşən ölkə əhəmiyyətli tarixi-dini abidə.

İmamqulu məktəb-məscidi

  • Ana Səhifə
  • Vikipediya
  • İmamqulu məktəb-məscidi

İmamqulu məktəb-məscidi və ya sadəcə məktəb-məscid — İçərişəhərdə yerləşən ölkə əhəmiyyətli tarixi-dini abidə.

İmamqulu məktəb-məscidi
Məktəb-məscid
Ölkə  Azərbaycan
Şəhər Bakı
Rayon Səbail
Yerləşir İçərişəhər, A.Zeynallı küçəsi, 63a
Aidiyyəti İçərişəhər DTMQİ
Tikilmə tarixi 1646-47
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Vəziyyəti Əntiq dükanı olaraq fəaliyyət göstərir.
UNESCO Ümumdünya İrsi
Rəsmi adı: Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower
TipiMədəni
Kriteriyavi
Təyin edilib2000
Hissəsiİçərişəhər
İstinad nöm.958
DövlətAzərbaycan
RegionAvropa və Şimali Amerika
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.93-12
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
40°21′57″ şm. e. 49°50′12″ ş. u.HGYO
Xəritə
Məktəb-məscid (İçərişəhər)
Nöqtə
Məktəb-məscid
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Kitabəsi

1646-ci ildə inşa edilmiş məktəb-məscid kvadrat formalı kiçik ibadət zalından və bir qədər irəli çıxan dördbucaqlı otaqdan ibarətdir. Məktəb-məscid ibtidai təhsil ocağı kimi fəaliyyət göstərmişdir. Ölkə əhəmiyyətli abidədir.

20 aprel 2015-ci il tarixli 113 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nın “Memarlıq abidələri” bölməsinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu” hissəsinə əlavə edilmişdir.

Burada Azərbaycanın dekorativ tətbiqi sənət nümunələri və xalça məmulatları dükanı fəaliyyət göstərir.

Mündəricat

Təmir-bərpası

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi abidənin bərpa və konservasiyası üzrə gedən bərpa işlərini YUNESKO-nun təşkilati dəstəyi ilə beynəlxalq ekspertlər qrupu tərəfindən hazırlanmış “Master Plan”a əsasən həyata keçirib.

2010-cu ildə müasir texnologiyaların köməyi ilə yerli mütəxəssislər tərəfindən aparılmış bərpa işləri başa çatmışdır. Abidənin günbəzindəki çatlar aradan qaldırılaraq dam hissəsi möhkəmləndirilmiş, daxilində isə təmir-bərpa işləri aparılaraq, fasadı tarixi görkəminə qaytarılmışdır.

Populyar mədəniyyətdə

Layihənin aşağı hissəsi

"YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə 2012-ci ildə bu abidədə rəssam Niyaz Nəcəfovun "Qırçılar" layihəsinin təqdimatı olub. "012 Baku Public Art Festival" çərçivəsində təşkil olunan tədbirdə N. Nəcəfovun "Qırçılar" heykəltəraşlıq kompozisiyası ev damını kubşəkilli dəmir çəndə "bişən" xüsusi qara məhlulla örtmək vəzifəsindən ibarət olan və demək olar ki, yoxa çıxmış qırçı peşəsinə həsr olunur.

Həmçinin bax

  • Mədrəsə-məscid
  • Təkiyə

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i̇mamqulu məktəb-məscidi sözünün mənası, i̇mamqulu məktəb-məscidi haqqında məlumat. i̇mamqulu məktəb-məscidi nədir? i̇mamqulu məktəb-məscidi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    E.ə. 36

  • Fevral 27, 2026

    Qənimət Zahid

  • Fevral 27, 2026

    Mirxond

  • Fevral 27, 2026

    Qusar (hərb)

  • Mart 02, 2026

    Aşağı Yemişcan

Trend Mahnılar
  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst