İbrahim İsa oğlu İsmayılov (1921, Naxçıvan, Naxçıvan İŞC – 12 fevral 2014) — 1980–1986-cı illərdə Azərbaycan SSR Ali Məhkəməsinin üzvü.
| İbrahim İsmayılov | |
|---|---|
| 24 fevral 1980 – 1986 | |
| Əvvəlki | Abdulla İbrahimov |
| Sonrakı | Hüseyn Talıbov |
| 1978 – 1980 | |
| 1962 – 1978 | |
| 1943 – 1948 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1921 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 12 fevral 2014 (92–93 yaşında) |
| Partiya |
|
| Fəaliyyəti | prokuror |
| Elmi fəaliyyəti | |
| Elmi dərəcəsi |
|
| | |
| Təltifləri | |
Həyatı
1921-ci ildə Naxçıvan şəhərində anadan olub. 1942-ci ildə qiyabi Ümumittifaq Ali Hüquq İnstituna daxil olmuş və 1948-ci ildə oranı bitirib.
İbrahim İsmayılov 1939–1941-ci illərdə Naxçıvan MSSR prokurorluğunda işlər idarəsinin katibi, 1943–1948-ci illərdə Naxçıvan MSSR prokurorluğunda prokuror köməkçisi və Muxtar Respublika prokurorunun müavini olub. 1948–1962-ci illərdə Azərbaycan SSR prokurorluğunun sistemində İstintaq şöbəsinin rəisi, Gəncə vilayət prokuroru, Respublika prokuroru, Respublika prokurorunun köməkçisi, Azərbaycan SSR prokurorunun müavini və Bakı şəhəri Nərimanov rayon prokuroru vəzifələrində işləyib.
1962–1980-ci illərdə Azərbaycan SSR Ali Məhkəməsinin üzvü, Respublika Ədliyyə Nazirliyi məhkəmə orqanları idarəsinin rəisi, Bakı Şəhər Məhkəməsinin sədri vəzifələrində çalışıb. 1980-ci ildən 1986-cı ilədək Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsində işləyib. 1987–1989-cu illərdə Dövlət Aqrar-Sənaye birliyində hüquq idarəsinin rəisi olub.
1989–1992-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinin dosenti işləyib. 1992-ci ildən Azərbaycan Pedaqoji Universitetinin professorudur. Həm də hüquq tədris mərkəzində tədris işləri üzrə direktor müavini işləyib. Hüquq elmləri doktorudur. 1976-cı ildə Azərbaycan SSR Ali Sovetinin Fərmanı ilə "Əməkdar hüquqşünas" fəxri adına layiq görülüb. I və II dərəcəli "Böyük Vətən müharibəsi" və "Xalqlar dostluğu" ordenləri, həmçinin bir çox medallarla təltif olunub.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İbrahim İsmayılov haqqında məlumat. İbrahim İsmayılov nədir? İbrahim İsmayılov nə deməkdir?