Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Səfheyi-aləmdə bir dürri-nihandır Üştibin, Vəznə gəlməz, çəkmək olmaz, çox girandır Üştibin. Baş çəkib ərşi-bərinə dörd tərəfdən dağlər, Filhəqiqət ləngəri-kövn

Üştibin

  • Ana Səhifə
  • Vikipediya
  • Üştibin

Üştibin (fars. اوشتبين‎) — Şərqi Azərbaycan ostanının Culfa şəhristanında kənd.

Üştibin
38°53′ şm. e. 46°29′ ş. u.HGYO
Ölkə
  •  İran
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 3.620 m
Xəritəni göstər/gizlə
Üştibin xəritədə
Üştibin
Üştibin
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Üştibin kəndi Cənubi Azərbaycanın tarixi kəndlərindən biridir.

Kəndin məşhur şəxslərindən Seyid Əbülqasım Nəbati yazırdı:

Səfheyi-aləmdə bir dürri-nihandır Üştibin,
Vəznə gəlməz, çəkmək olmaz, çox girandır Üştibin.

Baş çəkib ərşi-bərinə dörd tərəfdən dağlər,
Filhəqiqət ləngəri-kövnü məkandır Üştibin.

Səddi-İsgəndər kimi hər bürcü bir hisni-həsin,
Dideyi-bədxahə bir tiri-kəmandır Üştibin.

Xoşsəliqə hər yeri, xəlqi sərasər mehriban,
Dilləri tati, vəli, şirinzəbandır Üştibin.

Allah abad eyləsin, abü havası canfəza,
Qalibi-insanə bir ruhi-rəvandır Üştibin.

Hakim olmuş onda ta Mirzə Səlimi-kamikar,
Ol səbəbdən xəlqə bir darül-əmandır Üştibin.

Maşaallah, gör nə yaxşı boy çəkmiş sərvlər,
Cənnəti-Şəddad ya baği-cinandır Üştibin.

Narının hər danəsi yaqut, ya lə’li-Yəmən,
Müxtəsər, bir gənc ya bir bəlli kandır Üştibin.

Suyunu hər kimsə içsə, istəməz abi-həyat,
Ondan ötrü Xizr tək gözdən nihandır Üştibin.

Görmüşəm həm Əsgəranı, Qırçını, Ağdamları,
Onların yanında bir sultanü xandır Üştibin.

Gəzmişəm Hindarxını, həm Bərdəni seyr etmişəm,
Hər biri bir çöl, vəli, bir busitandır Üştibin.

Vermərəm külli-cahanə bir Hərasın seyrini,
Qıl təmaşa, gör nə göyçək, xoş məkandır Üştibin!

Doğrusu, yaylağının vəsfində aciz qalmışam,
Bilmərəm, baği-Irəm, ya gülsitandır Üştibin.

Bir-biri üstündə damlar, yaxşı ali köşklər,
Bəs deyərsən Lənkəran, ya Salyandır Üştibin.

Verginən dildarımı, et ahü zarımdan həzər,
Rəhmə gəl, insafə gəl, bəsdir, amandır, Üştibin!

Bir qonaq-nisbət Nəbati səndə beş gün əyləşib,
Hörmətin saxla ki, o bir Xançobandır, Üştibin.

Əhalisi

2006-cı il məlumatına görə kənddə 653 nəfər yaşayır (145 ailə).

Məşhur şəxsiyyətləri

  • Əbülqasım Nəbati
  • Əmir Heşmət Nisari
  • Həsən Göhvər Haeri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Üştibin haqqında məlumat. Üştibin nədir? Üştibin nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İppolit Romalı

  • Fevral 27, 2026

    Pol Makkartni

  • Fevral 27, 2026

    Canet Yellen

  • Fevral 27, 2026

    Encyclopædia Iranica

  • Fevral 27, 2026

    Teqh Bahadur

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst