Üçoğlan bələdiyyəsi — Azərbaycan Respublikasının Ağdam rayonunda 1999-2024-cü illərdə fəaliyyət göstərmiş bələdiyyə.
| Bələdiyyə | |
| Üçoğlan bələdiyyəsi | |
|---|---|
| Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan bələdiyyəsi | |
| Ölkə | |
| Daxildir | Ağdam rayonu |
| İnzibati mərkəz | Üçoğlan |
| Bələdiyyə sədri (sonuncu) | Məmmədov Mirsiyab Məhiş oğlu |
| Tarixi və coğrafiyası | |
| Yaradılıb | 1999 |
| Ləğv edilib | 2024 |
| Əhalisi | |
| Rəsmi dili | Azərbaycan dili |
| Rəqəmsal identifikatorlar | |
| Statistik kodu | 60919007 |
| Bələdiyyə ödənişləri üçün vergi kodu | 3213 |
| VÖEN | 3200011321 |
| Telefon kodu | +994 26 |
| Avtomobil nömrəsi | 02 |
| İnzibati nəzarət orqanı: Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi, habelə 2000-2020-ci illərdə Bərdə Regional Ədliyyə İdarəsi, 2020-2024-cü illərdə Qarabağ Regional Ədliyyə İdarəsi | |
Tarixi
07.12.1999-cu il tarxili 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun ilkin redaksiyasının "Ağdam rayonu" bölməsində nəzərdə tutulmuş 8 bələdiyyədən bir də Ağdam rayonunun Üçoğlan bələdiyyəsi olumuşdur.
14.12.2000-ci il tarixli 02 nömrəli Protokolunda təsbit edilmiş Qərarı ilə Üçoğlan bələdiyyəsinin ilk Nizamnaməsi qəbul edilmiş, 20.10.2016-ci il tarixli 10 nömrəli Protokolunda təsbit edilmiş 3-cü Qərarı ilə isə ləğv edilib.
18.04.2000-ci il tarixli 864-IQ nömrəli Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə uyğun olaraq bu Bələdiyyə Quzanlı qəsəbəsində yaradılmış "Ağdam Bələdiyyələrinin Əlaqələndirmə Şurası"nın üzvülüyünə qəbul edilib.
2003-2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (Bələdiyyələrlə iş baş idarəsi) və Bərdə Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirilib.
03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.
9.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunla Ağdam bələdiyyələrində aşağıdakı dəyişikliklər edilib: "Üçoğlan bələdiyyəsinin əhatə etdiyi Alıbəyli, Böyükbəyli və Kiçikli kəndlərində Alıbəyli bələdiyyəsi" yaradılıb.
01.04.2008-ci il tarixli 587-IIIQD nömrəli Qanunun 2-ci hissəsində "Azərbaycan Respublikasında bələdiyyələrin Siyahısı"nin "2. Ağdam rayonu bölməsində: 6) 13-cü sırada "Üçoğlan bələdiyyəsi" sözlərinin qarşısındakı "və Yusifli kəndləri" sözləri ", Yusifli kəndləri və Birinci Baharlı, İkinci Baharlı, Səfərli qəsəbələri" sözləri ilə əvəz" edilib.
20.10.2016-ci il tarixli 10 nömrəli Protokolunda təsbit edilmiş Qərarı ilə bu Bələdiyyənin sonuncu Nizamnaməsi qəbul edilib.
2020-ci ildən "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə işmərkəzi (Bələdiyyələrlə iş baş idarəsi), habelə Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirilib.
18.11.2024-cü il tarixli 50-VIIQ və 51-VIIQD nömrəli qanunlarla aşağıdakı dəyişikliklər edilib: "7.1. Alıbəyli və Üçoğlan bələdiyyələrinin əhatə etdiyi Birinci Alıbəyli, Birinci Baharlı, İkinci Alıbəyli, İkinci Baharlı, Səfərli qəsəbələrində və Alıbəyli, Ballar, Böyükbəyli, Gül Baharlı, Kiçikli, Orta Qışlaq, Üçoğlan, Yusifli kəndlərində Üçoğlan-Alıbəyli bələdiyyəsi;" yaradılıb.
Ağdam rayonu Üçoğlan-Alıbəyli bələdiyyəsinin 14.04.2025-ci il tarixli 04 nömrəli Protokolu ilə təsbit edilmiş 3-cü Qərarı ilə Ağdam rayonunun Ümoğlan bələdiyyənin Nizamnaməsi ləğv edilib.
Mərkəzi və ərazisi
"Bələdiyyə əraziləri tə torpaqları haqqında" Qanuna əsasən Ağdam rayonunun Üçoğlan bələdiyyəsinin mərkəzi Ağdamın Üçoğlan kəndi olub. Bu Bələdiyyənin ofisi Üçoğlan kəndində keçmiş kolxoz binasında yerləşib.
Bu Bələdiyyənin ərazisinə aşağıkılar aid edilib:
| Bələdiyyənin tam adı | VÖEN | Bələdiyyə ödəyiciləri üçün vergi kodu | Bələdiyyənin statistik kodu | İnzibati ərazi dairəsinin adı | İƏD statistik kodu | İnzibati ərazi vahidinin adı | İƏV statistik kodu |
|---|---|---|---|---|---|---|---|
| Ağdam rayonunun Üçoğlan bələdiyyəsi | 3200011321 | 3213 | 60919007 | Üçoğlan kənd iəd | 60919005 | Üçoğlan kəndi | 60919018 |
| Gül Baharlı kəndi | 60919058 | ||||||
| Ballar kəndi | 60919088 | ||||||
| Böyükbəyli kəndi | 60919028 | ||||||
| Orta Qışlaq kəndi | 60919038 | ||||||
| Yusifli kəndi | 60919068 | ||||||
| Alıbəyli kəndi | 60919048 | ||||||
| Kiçikli kəndi | 60919078 |
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Üçoğlan bələdiyyəsi haqqında məlumat. Üçoğlan bələdiyyəsi nədir? Üçoğlan bələdiyyəsi nə deməkdir?