Ümmü Ruman bint Amir ibn Uveymir ibn Əbdişəms əl-Kinaniyyə (ərəb. زينب بنت عامر الكنانية; v. 628, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri, Əbu Bəkrin həyat yoldaşı, Aişənin anasıdır. Qureyş qəbiləsindəndir.
| Ümmü Ruman | |
|---|---|
| ərəb. أم رومان | |
| Vəfat tarixi | 628 |
| Vəfat yeri | |
| Həyat yoldaşı | |
| Uşaqları |
|
Bioqrafiyası
Adının Zeynəb olduğu rəvayət edilsə də, künyəsi ilə tanındığı üçün adı unutulmuşdur. O, Kinanə qəbiləsinin əl-Haris qolunun Duhman nəslindən olan Amir ibn Uveymirin qızı idi. O, Əzd qəbiləsindən olan əl-Haris ibn Səhbarə ilə evlənir və onların Tufeyl adlı bir oğlu doğulur.
Ailə əs-Saradan Məkkəyə köçür və burada əl-Haris Əbu Bəkrlə ittifaq qurur. Bu zaman Əbu Bəkr artıq Quteylə binti Əbdüluzza ilə evli idi.
Qısa müddət sonra Ümmü Ruman dul və dəstəksiz qalır. Əbu Bəkr onunla evlənir və onların iki övladı olur: Əbdürrəhman və Aişə.
Ümmü Ruman 622-ci ildə Aişə, Əsma və Abdullahın müşayiəti ilə Mədinəyə hicrət edir.
İbn Səd Ümmü Rumanın 628-ci ilin aprel-may ayında Mədinədə vəfat etdiyini iddia edir. İbn Həcər əl-Əsqəlani onun 630-cu ildə vəfat etdiyinə inanırdı. Onun cənazəsi qəbrə qoyulan zaman Məhəmməd peyğəmbər belə demişdir:
| Hurilərin necə olduğunu bilmək istəyən Ümmü Rumanın necə göründüyünü xatırlasın. |
Hədis elmindəki yeri
Ümmü Ruman Məhəmməd peyğəmbərdən bir hədis rəvayət etmişdir. Tabiindən Məsruq ibn Əcdənin ondan nəql etdiyi rəvayətinin isə mürsəl olduğu qeyd olunur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ümmü Ruman haqqında məlumat. Ümmü Ruman nədir? Ümmü Ruman nə deməkdir?