Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çərəkən — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Çərəkən kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il t

Çərəkən

  • Ana Səhifə
  • Vikipediya
  • Çərəkən

Çərəkən — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Çərəkən kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Çərəkən kəndi Horovlu kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Çərəkən kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 4 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Çərəkən
39°24′57″ şm. e. 47°03′59″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 500 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Çərəkən xəritədə
Çərəkən
Çərəkən

Mündəricat

Tarixi

Kənd Çere adlanan ərazidə salınmışdır. Rusiya imperiyası illərində Çərəkanlu (Çarakən) kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının (sonralar - Qaryagin) tərkibində olub. Sovet hakimiyyəti illərində kənd Azərbaycan SSR-in Cəbrayıl rayonunun tərkibində olub.

Birinci Qarabağ müharibəsi nəticəsində 1993-cü ilin avqustunda Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 2020-ci il oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib ki, Azərbaycan ordusu Cəbrayıl rayonunun 9 yaşayış məntəqəsini: Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı- Maralyan və Dəjəl. BBC xəbər verir ki, peykdən çəkilmiş görüntülərə görə Azərbaycanın cənubda tutduğu bütün kəndlər xarabalıqdadır və 1990-cı illərin əvvəllərində azərbaycanlı əhali irəliləyən ermənilərdən xilas olmaq üçün kəndləri tamamilə və ya qismən tərk edilmişdir. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Müdafiə Nazirliyi Çərəkən kəndinin Azərbaycanın nəzarəti altında olduğunu iddia etdiyi videogörüntülər yayıb..

Toponimikası

Kənd Çərə adlı sahədə salınmışdır. Çərə (örüş yeri) və kənd (d səsi sonralar düşmüşdür) komponentlərindən düzəlmiş bu oykonim "örüş yerində salınmış kənd" mənasındadır. 1933-cü ildə kəndin adı Çərəkənt variantında qeydə alınmışdır.

Coğrafiyası və iqlimi

Kənd düzənlikdə yerləşir.

Əhalisi

“1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya bölgəsinin əhalisinin sayına dair statistik məlumatlar məcəlləsi”nə əsasən, Hacılı kənd dairəsinin Çərəkanlu kəndində 38 tüstü və məzhəbinə görə sünni və kəndli olan 165 azərbaycanlı ("tatarlar" kimi qeyd olunur) yaşayırdı.

1912-ci il “Qafqaz təqvimi”nə əsasən, Qaryagin qəzasının Çərəkən kəndində 309 nəfər, əsasən təqvimdə “tatar” kimi göstərilən azərbaycanlılar yaşayırdı.

Tanınmış şəxsləri

  • Rauf Vəliyev — "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri.

İqtisadiyyatı

Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çərəkən haqqında məlumat. Çərəkən nədir? Çərəkən nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Lita Qrey

  • Fevral 27, 2026

    Dialekt kontinuumu

  • Fevral 24, 2026

    Spirtlər

  • Fevral 27, 2026

    Nəhrəvan döyüşü

  • Fevral 27, 2026

    Syerra-Nevada (ABŞ)

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst