Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çəmənli — Azərbaycan Respublikasının Ağdam rayonunun Çəmənli kənd inzibati ərazi dairəsində kənd (statistika kodu: 60922018).

Çəmənli (Ağdam)

  • Ana Səhifə
  • Vikipediya
  • Çəmənli (Ağdam)

Çəmənli — Azərbaycan Respublikasının Ağdam rayonunun Çəmənli kənd inzibati ərazi dairəsində kənd (statistika kodu: 60922018).

Çəmənli
Seyid Lazım Ağa türbəsi
Seyid Lazım Ağa türbəsi
40°04′26″ şm. e. 47°02′28″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Ağdam rayonu
Bələdiyyə Çəmənli bələdiyyəsi
Tarixi və coğrafiyası
Yaşayış məntəqəsi statuslu Kənd
Mərkəzin hündürlüyü 216 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 5625 (2009) nəfər
Dini tərkibi Şiyə müsəlmanları
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 26
Poçt indeksi AZ0216
Nəqliyyat kodu 02
Çəmənli xəritədə
Çəmənli
Çəmənli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Qarabağ xanlığının qurucusu Pənahəli xanın rəqiblərinə qarşı apardığı mübarizədə inandığı, etibar etdiyi tayfalar, oymaqlar sırasında Kəbirli tayfasının Çəmənli oymağı da var idi.

Çəmənli oymağı hər zaman görkəmli şəxsiyyətlər yetirmiş nəsilləri ilə tanınmışdır. Hatəmxan ağa nəsli Çəmənli oymağının əsasını təşkil edir. Nəsil öz adını Hatəmxan ağanın adından almışdır.

Çəmənlidə Orduqayalı, Nurular, Balağışlaq, Sarı hüseynli, Böyük qışlaq, Sarı hacılı, Zülfülər, Çuxur məhlə adlı 8 məhlə bu günə kimi öz adını qoruyub saxlamaqdadır.

Çəmənli hər zaman görkəmli şəxsiyyətlər yetirmiş nəsilləri ilə tanınmışdır. Hatəmxan ağa nəsli Çəmənlinin əsasını təşkil edir. Nəsil öz adını Hatəmxan ağanın adından almışdır.

Hatəmxan ağanın nəslindən sonra Hacı Tahirin köç yerinin əhalisi Çəmənlinin sakinlərindəndir.

Yaşayış məntəqəsi türkdilli xələclərin çəmənli tirəsinin adını əks etdirir. Etnotoponimdir. XIX əsrin ortalarında 59 ailədən ibarət, Mil-Qarabağ düzlərində maldarlıqla məşğul olmuş çəmənlilər sonralar oturaq həyat keçirərək bu ərazidə Qara Çəmənli, Aşağı Çəmənli, Yuxarı Çəmənli kəndlərinin əsasını qoymuşlar. Çar Rusiyası zamanında Çəmənli Yelizavetpol quberniyasının, Şuşa qəzasının, Kəbirli mahalının kəndi idi.

Çəmənlidə Orduqayalı, Nurular, Balağışlaq, Sarı hüseynli, Böyük qışlaq, Sarı hacılı, Zülfülər, Çuxur məhlə adlı 8 məhlə bu günə kimi öz adını qoruyub saxlamaqdadır.

1823–1848-ci illərdə Çəmənlinin yüzbaşısı Hatəmxan ağanın oğlu Nadirqulu bəy idi. Nadirqulu bəydən sonra kiçik oğlu Kazım bəy Çəmənliyə yüzbaşı təyin edilmişdir.

XX əsrin əvvəllərində Çəmənli kəndinin yüzbaşısı Alı bəy (…-1926) idi.

Azərbaycan keçmiş SSRİ-nin tərkibində olduğu illərdə Çəmənli 1930-cu ildə yaradılan Ağdam rayonunun kəndi olmuşdur.

"Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla 1999-cu ildə kənd ərazisində Ağdam rayonunun Çəmənli bələdiyyəsi təşkil edilmişdir.

Mədəniyyəti

Seyid Lazım Ağa bu kənddə dəfn olunmuşdur. Hazırda burada Seyid Lazım Ağanın məqbərəsi ucalır.

Çəmənli kəndində şəhidlər abidəsi mövcuddur.

Təhsili

Kənddə tam orta məktəb fəaliyyət göstərir.

Coğrafiyası və iqlimi

Kənd Ağdam şəhərindən 11–12km şərqdə yerləşir. Dağətəyi düzənlikdədir. Məhsuldar torpaqlara malikdir. Torpaqlar əsasən artezian quyuları vasitəsilə suvarılır. Cənubda Zəngişalı, şərqdə Üçoğlan, şimalda Sarıcalı (ona Çəmənli Sarıcalısı da deyilir), qərbdə isə Seyidli kəndləri yerləşir. Ağdamın ərazicə ən böyük torpaqlara malik olan kəndlərindən biridir. Əslində Çəmənli kəndi irili-xırdalı obalardan təşkil olunmuşdur. Bu obalar Böyük Qışlaq, Sarısöyünlü, Bala Qışlaq, Zilfilər, Orduqali, Sarı Hacılı, Nurular adlanır. İqlimi mülayimdir. Yayda havanın hərarəti 33–38 dərəcəyədək yüksəlir. Qışda çox az hallarda isə −5 dərəcəyədək şaxta olduğu müşahidə edilir.

Əhalisi

Çəmənli Şəhidlər Abidəsi, 23.07.2023

Çar hökuməti tərəfindən müxtəlif illərdə Azərbaycanda əhalinin siyahıya alınması aparılmışdır. Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində Çəmənli Hatəm xanın, Çəmənli Hacı Tahirin köç yerləri adlı 1844-cü ilə aid əhalinin siyahıya alınması sənədləri saxlanılır. Həmin sənədə görə Çəmənli Hatəmxanın köç yeri 68 evdən ibarət olub, 237 nəfər sakini var imiş. Çəmənli Hacı Tahirin köç yeri isə 40 evdən ibarət idi. Köç yerinin 126 sakini olmuşdur.

1848, 1863-cü illərdə yalnız kişilərin siyahısı aparılmışdı. 1848-ci ildə kişilərin sayı təxminən 102 nəfər idi. 1863-cü ildə isə 59 evdən ibarət Çəmənlidə 185 kişi sakini yaşamışdır. 1873-cü ildə aparılmış siyahıya alınmaya əsasən 329 kişi, 297 qadından ibarət Çəmənlinin 626 sakini olmuşdur. 1886-cı ildə 682 nəfər sakini olmuş Çəmənli 46 evdən ibarət idi. Həmin ildə Çəmənlidə 412 kişi, 270 qadın sakin yaşamışdır.

1986-cı ilin məlumatına görə Çəmənli kəndinin 2219 nəfər əhalisi olmuşdur.

2009-cu ildə keçirilən siyahıya almaya görə Çəmənli kəndində 5625 nəfər yaşayır ki, bu da Ağdam rayonu əhalisinin 3 faizini təşkil edir.

Görkəmli şəxsləri

  • Hatəmxan ağa
  • Nadirqulu bəy
  • Yusif bəy
  • Məşədi Hatəmxan bəy
  • Kazım bəy
  • Məmməd bəy
  • Nəcəfqulu bəy
  • Murtuza bəy Yusifbəyov
  • Kərim bəy Yusifbəyov
  • Mahmud bəy Yusifbəyov
  • Hüseyn bəy Kazım bəy oğlu
  • Şükür bəy Kazımbəyov
  • Baxış bəy Kazımbəyov
  • Bəhram bəy Kazımbəyov
  • Kərbəlayı Şirin bəy Çəmənli
  • Məmməd Abdulla oğlu Həkimxanov
  • Cümşüd Rüstəm oğlu Həkimxanov
  • Səməd Cavad oğlu Həkimxanov
  • Şahmar Əkbərzadə
  • Mustafa Çəmənli

Şəkillər

  • Kəndin şəxsiyyətlərinin şəkilləri
  • Şahmar Əkbərzadə (1941-2000)— şair, jurnalist
    Şahmar Əkbərzadə (1941-2000)— şair, jurnalist

İqtisadiyyatı

Əhali bitkiçilik və maldarlıqla məşğul olur. Pambıq, taxıl, üzüm və bostan bitkiləri əkilib-becərilir.

Həmçinin bax

  • Ağdam rayonu
  • Çəmənli oymağı
  • Ağdam rayonunun Çəmənli bələdiyyəsi
  • Məmmədbəyli soyu
  • Nəcəfqulubəylilər
  • Kazımbəyovlar
  • Həkimxanlılar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çəmənli (Ağdam) haqqında məlumat. Çəmənli (Ağdam) nədir? Çəmənli (Ağdam) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Paris Konservatoriyası

  • Fevral 27, 2026

    Ulduz xan

  • Fevral 27, 2026

    Bosniya əyaləti

  • Fevral 27, 2026

    I Aleksandr

  • Fevral 28, 2026

    Çaypara şəhristanı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst