Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çılpaq dorema (lat. Dorema glabrum) — bitkilər aləminin kərəvizçiçəklilər dəstəsinin kərəvizkimilər fəsiləsinin dorema cinsinə aid bitki növü. IUCN Qırmızı Siya

Çılpaq dorema

  • Ana Səhifə
  • Vikipediya
  • Çılpaq dorema

Çılpaq dorema (lat. Dorema glabrum) — bitkilər aləminin kərəvizçiçəklilər dəstəsinin kərəvizkimilər fəsiləsinin dorema cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna göre növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN A2c+cd(i)b. Qafqazın nadir, endemik növüdür. Regional IUCN Statusu - VU B1ab (I,ii, iii,iv,v) +2ab (i,ii,iii,iv,v).

Çılpaq dorema
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superasteridlər
Klad:
Asteridlər
Klad:
Kampanulidlər
Dəstə:
Kərəvizçiçəklilər
Fəsilə:
Kərəvizkimilər
Yarımfəsilə:
Kərəvizkimilər
Triba:
Scandiceae
Yarımtriba:
Scandicinae
Cins:
Dorema
Növ:
Çılpaq dorema
Beynəlxalq elmi adı
  • Dorema glabrum
Vikianbarın loqotipi
Vikianbarda şəkil
axtarışı

Mündəricat

Qısa morfoloji təsviri

Çoxillik ot bitkisidir, qalın gövdəli, 6 sm diametrli kökə malikdir. Yarpaqları üçər bölünmüş lələklidir, 6 sm uzunluğunda seqmentləri uzunsov-lansetvaridir, demək olar ki, bütövdür, oturaq və ya ucu aşağı istiqamətlənmişdir. Çətirləri kiçik və sadədir, ayaqcığı 1 sm uzunluğundadır. Ləçəkləri ağımtıl-sarıdır. Meyvələri ellipsvaridir, uzunluğu 5-8 mm-dir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çiçəkləmə iyun, meyvəvermə iyul-avqust aylarında müşahidə edilmişdir. Toxumla çoxalır. Kserofitdir. Aşağı dağ qurşağına kimi quru dərələrdə rats gəlinir. Tərəvəz və dərman bitkisi kimi, əhali tərəfindən istifadə edilir.

Yayılması

Naxçıvan düzənliyi (Duzdağın cənub yamacında çox kiçik bir sahədə bitir) və Naxçıvanın dağlıq hissəsi (Vəlidağ, Dəhnədağ, Dərəşam və Darıdağ ətrafı).

Sayı və tendensiyası

Populyasiyanın təbii bərpası azalır. Keçən 10 il ərzində 70% azalma müşahidə edilmişdir. Antropogen təsirlər növün itmə təhlükəsini yaradır.

Məhdudlaşdırıcı amillər

Tərəvəz və dərman bitkisi kimi intensiv istifadəsidir.

Mühafizə tədbirləri

Öncədən yayıldığı Darıdağ ərazisində yasaqlıq yaradılması təklif edilmişdir. Bərpası üçün uyğun ərazilərdə introduksiya edilmişdir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, çılpaq dorema sözünün mənası, çılpaq dorema haqqında məlumat. çılpaq dorema nədir? çılpaq dorema nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 04, 2026

    Qala bələdiyyəsi

  • Fevral 27, 2026

    Sicherheitspolizei

  • Fevral 27, 2026

    Cnidaria

  • Mart 01, 2026

    İnverness

  • Mart 06, 2026

    Süleyman Təkinər

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst