Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çovdar (lat. Secale) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi.

Çovdar (bitki)

  • Ana Səhifə
  • Vikipediya
  • Çovdar (bitki)

Çovdar (lat. Secale) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi.

Çovdar
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Birləpəlilər
Klad:
Kommelinidlər
Dəstə:
Qırtıcçiçəklilər
Fəsilə:
Qırtıckimilər
Yarımfəsilə:
Qırtıckimilər
Triba:
Buğdakimilər
Cins:
Çovdar
Beynəlxalq elmi adı
  • Secale L., 1753
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  42089
NCBI  4549
EOL  108213

Çovdarın vətəni Qafqazın, Kiçik və Orta Asiyanın dağətəyi rayonlarıdır. Çovdar payızlıq buğda və arpanın əkinlərində bitən alaq otları növündən yaranıb. Çovdar e.ə. I–II minillikdə Dnepr, Dnestr, Oka çaylarının hövzələrində, İsveçrənin, Macarıstanın, Danimarkanın ərazilərində becərilirdi. Çovdarın əkin sahələri barədə məlumata ilk dəfə XI-XII əsrlərin əlyazmalarında rast gəlmək mümkündür. O bir sıra Avropa ölkələrində geniş yayılmışdır.

Mündəricat

İstifadəsi

Çovdar unundan çörək bişirilir. O, buğdanın məhdudiyyətli istehsalı olan rayonlarda əsas çörək bitkisidir. Çovdar çörəyi spesifik dadı və qoxusu ilə seçilir. Xüsusilə də o ələnmiş undan daha yaxşı alınır. Dad və həzm edilmə keyfiyyətlərinə görə yalnız buğda çörəyindən geri qalır. Fiziki iş zamanı çovdar çörəyinin həzm edilməsi daha sürətlənir. Çovdar çorəyi tərkibinə və xüsusiyyətlərinə görə buğdadan istehsal edilən məmulatları tamamlayır. Çovdarın dəni həmçinin qarışıq yem, spirt və nişasta-patoka sənayesində istifadə edilir.

Xüsusiyyətləri

Çovdar payızlıq bitkidir. O buğda ilə müqayisədə becərilmə şəraitinə daha az tələbkardır və buğdanın bitmədiyi bölgələrdə də becərilə bilər. Zülalın orta miqdarı (10 faiz) buğdadan azdır və dəyişmə həddi daha kiçikdir. Bununla yanaşı, dənli bitkilər üçün əvəzedilməz amin turşurarı (lizin və treonin) çovdar ununda buğda unu ilə müqayisədə 1,5 dəfə artıqdır. Zülallı maddələrin suda həll olunması keyfiyyətləri yüksəkdir (təxminən 30 faiz). Adi testaparılma şəraitində çovdarın zülalının tərkibində olan xəmirə yapışqanlıq xassəsi verən zülali maddə əmələ gətirmir. Buğda ununda çörəyin keyfiyyəti üçün müəyyənedici rolu zülali-proteinaz kompleks oynayırsa, çovdar ununda amilolitik fermentlərin fəallığı, əsasən də α-amilazlarilə səciyyələnən karbohidrat-amilaz kompleksi əhəmiyyət kəsb edir.

Sinonimləri

Homotipik sinonimləri

  • Gramen Ség.

Növləri

  • Secale africanum Stapf
  • Secale anatolicum Boiss.
  • Əkin çovdarı (Secale cereale L.)
  • Secale ciliatoglume (Boiss.) Grossh.
  • Secale iranicum Kobyl.
  • Secale segetale (Zhuk.) Roshev.
  • Secale strictum (C.Presl) C.Presl
  • Secale sylvestre Host
  • Secale vavilovii Grossh.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çovdar (bitki) haqqında məlumat. Çovdar (bitki) nədir? Çovdar (bitki) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Gülxətmi

  • Fevral 27, 2026

    Alın

  • Fevral 27, 2026

    Emboliya

  • Fevral 27, 2026

    Tsvana dili

  • Fevral 27, 2026

    Əbu Cəhl

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst