Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ələkbərzadə Çingiz Əbülhəsən oğlu (17 oktyabr 1936, Bakı – 7 yanvar 1999, Bakı) — nasir, ssenarist, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.[mənbə gö

Çingiz Ələkbərzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Çingiz Ələkbərzadə

Ələkbərzadə Çingiz Əbülhəsən oğlu (17 oktyabr 1936, Bakı – 7 yanvar 1999, Bakı) — nasir, ssenarist, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.[mənbə göstərilməlidir]

Çingiz Ələkbərzadə
Çingiz Əbülhəsən oğlu Ələkbərzadə
Doğum tarixi 17 oktyabr 1936(1936-10-17)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 7 yanvar 1999(1999-01-07) (62 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Milliyyəti azərbaycanlı
Uşaqları Sevda Ələkbərzadə
Elmira Ələkbərzadə
Atası Əbülhəsən Ələkbərzadə
Fəaliyyəti aktyor, yazıçı
Təhsili
  • Azərbaycan Dillər Universiteti

Mündəricat

Həyatı

Çingiz Ələkbərzadə 1936-cı il oktyabrın 17-də Bakı şəhərində anadan olmuşdur. Tovuz şəhərindəki A.S.Puşkin adına şəhər orta məktəbini bitirmişdir (1955). ADU-nun filologiya fakültəsində təhsil almışdır (1955-1960).

Tələbəlik dövründə "Kökəlməyin sirri" hekayəsi almanaxda dərc olunmuşdur (1958). Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əmək fəaliyyətinə Əli Bayramlı rayonundakı 2 saylı orta məktəbdə müəllim kimi başlamışdır (1960).

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri komitəsində son xəbərlər redaksiyasında işləmişdir (1961-1966). İsmayıllı rayonundakı İvanovka kəndində müəllim (1966-1968), Əli Bayramlı rayonunda "İşıq" qəzeti redaksiyasında məktublar şöbəsinin müdiri (1968-1971), İsmayıllı rayonunda "Zəhmətkeş" qəzeti redaksiyasında məktublar şöbəsinin müdiri (1971-1972), Azərbaycan SSR Televiziya və Radio Verilişləri komitəsində "Günün səsi" xəbərlər baş redaksiyasında müxbir (1972-1973), "Azərbaycanfılm" kinostudiyasında ssenarist (1973-1975), "Kirpi" satirik jurnalında ədəbi işçi (1976-1979), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində "Günün ekranı" redaksiyasında ştatdankənar müxbir (1979-1984), Şirvan bölgəsi üzrə xüsusi müxbir (1984-1989) olmuşdur. Özbəkistanda keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak etmişdir (1980). Durğunluq dövründə ictimai qüsurları kəskin tənqid etdiyinə görə həbs edilmişdir (1986-1988). Sonra bəraət almış, bədii yaradıcılıqla məşğul olmuşdur. 1999-cu il yanvarın 7-də vəfat etmişdir.

Əsərləri

  1. Yarpaqlar töküləndə. Bakı: Uşaqgəncnəşr, 1964, 120 səh.
  2. Güllələr dənizdə sönür. Bakı: Gənclik, 1973, 138 səh.
  3. Qızıl yəhərli at. Bakı: Gənclik, 1976, 135 səh.
  4. Çılpaqlı (roman). Bakı: Gənclik, 1979, 176 səh.
  5. Vulkan (povest və hekayələr). Bakı: Yazıçı, 1983, 181 səh.
  6. Öndən. Bakı: Yazıçı, 1992, 214 səh.
  7. Qumarbaz. Bakı: Azərnəşr, 1993, 295 səh.
  8. Türmə mənim ahımdı. Bakı: Gənclik, 1993, 78 səh.

Filmoqrafiya

  1. Günlərin bir günü... (film, 1976)
  2. Vulkana doğru (film, 1977)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çingiz Ələkbərzadə haqqında məlumat. Çingiz Ələkbərzadə nədir? Çingiz Ələkbərzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İzzəddin Həsənoğlu

  • Fevral 27, 2026

    Kazaklar

  • Fevral 27, 2026

    Ağsuçay

  • Fevral 27, 2026

    Endirmək

  • Fevral 27, 2026

    Trikster

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst