Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əliyev Çingiz Əli oğlu (29 iyun 1944, Qaryagin) — Azərbaycan şairi, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1977), Azərbaycan Respublikasının Əməkdar m

Çingiz Əlioğlu

  • Ana Səhifə
  • Vikipediya
  • Çingiz Əlioğlu

Əliyev Çingiz Əli oğlu (29 iyun 1944, Qaryagin) — Azərbaycan şairi, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1977), Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi (1991), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (2005)

Çingiz Əlioğlu
Çingiz Əli oğlu Əliyev
Doğum tarixi 29 iyun 1944(1944-06-29) (81 yaş)
Doğum yeri
  • Qaryagin, Qaryagin rayonu, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Uşağı
  • Orman Əliyev
Təhsili
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Fəaliyyəti şair
Üzvlüyü
  • Azərbaycan Yazıçılar Birliyi
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 19911991"Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 20052005
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Çingiz Əlioğlu 1944-cü il iyunun 29-da Füzuli şəhərində anadan olmuşdur. Burada B.Sərdarov adına orta məktəbi bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun istehsalat proseslərinin avtomatlaşdırılması və texnologiyası fakültəsində təhsil almışdır (1961-1965). Vətəndaş Həmrəyliyi Partiyasının ilk qurucularından və VHP Ali Məclisinin (Ali Şurasının) ilk üzvlərindən biri olub.

Yaradıcılığı

Bədii yaradıcılığa "Gənc qələmlər" (1967) toplusunda çıxan "Xatirələr" şerilə başlamışdır. Elə o vaxtdan da fəal ədəbi yaradıcılıqla məşğul olur, dövri mətbuatda şeir, hekayə, ədəbi-bədii tərcümələr və publisistik məqalələrlə müntəzəm çıxış edir.

Əmək fəaliyyətinə "Gənclik" nəşriyyatında redaktor kimi başlamışdır. Orada böyük redaktor (1977-1988), redaksiya müdiri (1988-1991), Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor (1991-1992), Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində nəşriyyatlar idarəsinin rəisi vəzifəsində çalışmışdır (1992-.). Gənc şairlərin Ümumittifaq poeziya festivallarında (IV, V, VI) gənc yazıçıların yeddinci Ümumittifaq müşavirəsində və birinci Ümumittifaq toplanışında, Şuşenskoyedə keçirilən yazıçı və tənqidçilərin Ümmuittifaq nəzəri konfranslarında, Krasnoyarsk diyarında, İvanovo-Frankovsk vilayətlərində, Latviya SSR-də keçirilən Sovet ədəbiyyatı günlərində, bir neçə dəfə Moskvada keçirilən Azərbaycan şeiri günlərində, Riqada və Vilnüsdə keçirilən latış, Tilva tərcüməçilərinin beynəlxalq müşavirəsində iştirak etmişdir. Əsərləri keçmiş SSRİ və bir çox Avropa xalqlarının dillərinə tərcümə olunmuşdur. Azərbaycan Yazıçılar İttifaqında gənclərlə iş üzrə komissiyanın üzvüdür.

Beynəlxalq "Kalevala" cəmiyyətinin üzvüdür.

Təltifləri

  • "Fransisk Skorina" medalı (Belarus), 2015.

Ümumittifaq poeziya müsabiqəsinin üç qalibindən biri kimi "Yunost" jurnalının "Yaşıl yarpaq" mükafatına, Azərbaycan LKGİ MK-nın və Ukrayna KP İvanovo-Frankovsk vilayət komitəsinin fəxri fərmanlarına layiq görülmüşdür. Finlandiya Respublikası Maarif Nazirliyinin təqaüdçüsü (1990).

Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 1991-ci ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi və 2005-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb

Əsərləri

  • 1.Nikbinlik. Bakı: Gənclik, 1969, 28 səh.
  • 2.Vağzallar...Yollar... Bakı: Gənclik, 1974, 72 səh.
  • 3.Soraqlar sevgi məni. Bakı: Gənclik, 1978, 128 səh.
  • 4.Ömür ağacı. Bakı: Yazıçı, 1980, 144 səh.
  • 5.Alnından ay doğan adam. Bakı: Yazıçı, 1983, 152 səh.
  • 6.Günəşli dayanacaqlar, Bakı: Gənclik, 1984, 200 səh.
  • 7.Görüşdən ayrılığa. Bakı: Yazıçı, 1988, 176 səh.
  • 8.Tanrını tanı (şeirlər və lirik poemalar). Bakı: Yazıçı, 1991, 336 səh.

Tərcümələri

(ruscadan)

  • 1.İ.Şklyarevski. Quş kölgəsi (povest). Bakı: Gənclik, 1979, 152 səh.
  • 2.L.T.Tatyaniçeva. Bir budaq şimşək (Xəlil Rza ilə birgə). Bakı: Gənclik, 1980, 28 səh.
  • 3.R.Babloyan. İzsiz bahar (povest və hekayələr). Bakı: Gənclik, 1981, 136 səh.
  • 4.Ayven Soutoll. Bəs sabah necə? Bakı: Gənclik, 1986, 250 səh.

Filmoqrafiya

  1. Gün keçdi (film, 1971)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, çingiz əlioğlu sözünün mənası, çingiz əlioğlu haqqında məlumat. çingiz əlioğlu nədir? çingiz əlioğlu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Səfixanlar

  • Fevral 27, 2026

    İsgəndər

  • Fevral 27, 2026

    Lansarote

  • Fevral 27, 2026

    E.ə. 681

  • Fevral 27, 2026

    Cennifer Lourens

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst