Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çimnaz Qafar qızı Salmanova — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Spektroskopik analizi" laboratoriyasının

Çimnaz Salmanova

  • Ana Səhifə
  • Vikipediya
  • Çimnaz Salmanova

Çimnaz Qafar qızı Salmanova — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Spektroskopik analizi" laboratoriyasının baş elmi işçisi, kimya üzrə elmlər doktoru.

Çimnaz Salmanova
Çimnaz Qafar qızı Salmanova
Doğum tarixi 20 fevral 1948 (78 yaş)
Doğum yeri Göyçay, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi kimya
Elmi dərəcəsi kimya üzrə elmlər doktoru
Elmi adı Baş elmi işçi
İş yeri AMEA Neft-Kimya Prosesləri İnstitutu
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, Kimya fakültəsi

Mündəricat

Ümumi məlumatlar

Salmanova Çimnaz Qafar qızı, 1948-ci il fevral ayının 20-də Göyçay şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1955-ci ildə Göyçay şəhərindəki 1 saylı orta məktəbə daxil olmuş və 1966-cı ildə həmin məktəbi medalla bitirmişdir. Həmin ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş və 1971-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.

1971-ci ildən 1975-ci ilə qədər Göyçay şəhərindəki 7 saylı orta məktəbdə kimya müəllimi vəzifəsində çalışmışdır.

1975-ci ildən hal-hazırkı dövrə qədər Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi vəzifəsindən baş elmi işçi vəzifəsinə qədər yüksəlmişdir. 1985-ci ildə Azərbaycan MEA-nın NKPİ-in nəzdində aspiranturaya qəbul olmuş, 1990-cı ildə "Neft kimyası" ixtisası üzrə "Katalitik krekinqin ağır qazoylu fraksiyasından alınmış lüminoforların fotooksidləşmə çevrilmələri və stabilləşməsi" mövzusunda namizədlik dissertasiyasınını müdafiə etmişdir.

2002-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə böyük elmi işçi adını almışdır.

2011-ci ildə "Ağır neft qalıqları komponentlərinin fotooksidləşməsi və onların antioksidləşdirici xassələri" mövzusunda "Neft kimyası" və "Fiziki kimya"ixtisasları üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir.

Əsas elmi nailiyyətləri

Neftin təkrar emal proseslərinin qalıq məhsulları əsasında sənaye miqyasında tətbiqini tapmış, iqtisadi cəhətdən səmərəli olan fotostabil neft lüminoforlarının, fotosensibilizator və antioksidantların alınması prosesinin işlənib hazırlanması, müasir fiziki cihazların köməyilə neft və neft emalı məhsullarında fotoşüaların təsiri ilə gedən proseslərin öyrənilməsi, ətraf mühiti çirkləndirən neftli torpaqların ekoloji əlverişli təmizlənmə üsullarının müəyyən edilməsi və bu torpaqlarda baş verən fotokimyəvi proseslərin tədqiqi, günəş şüalarının və neft mənşəli fotosensibilizatorların suya təsiri nəticəsində hidrogenin alınması və bu prosesin mexanizminin öyrənilməsi.

İQ-spektroskopiya üsulu ilə sintez olunmuş müxtəlif birləşmələrin molekul quruluşlarının, spektral-qrup tərkiblərinin təyin edilməsi.

Yuxarıda göstərilən istiqamətləri özündə əks etdirən 200-dən artıq elmi əsərin, 7 müəlliflik şəhadətnaməsi və 6 patentin və 1 kitabın müəllifidir.

Əsas elmi əsərlərin adları

  1. Салманова Ч.К. Фотоокислительные превращения нефтяного люминофора, полученного из тяжелой смолы пиролиза // Нефтехимия, 2005, Т.45, № 2, с.151–156.
  2. Салманова Ч.К., Ахмедбекова С.Ф., Мамедов А.П. и др. Превращения смолисто-асфальтеновых веществ при фотооблучении // Химия и технология топлив и масел, 2007, № 5, с.39–42.
  3. Ахмедбекова С.Ф., Салманова Ч.К., Зейналов Э.Б. Влияние фотооблучения на антиокислительные свойства вторичных смол и асфальтенов // Нефтехимия, 2009, Т.49, № 3, с.253–257.
  4. Салманова Ч.К., Джафарова Р.А., Мусаев Дж Дж. и др. // Термолюминесценция фотооблученных нефтяных люминофоров пиролизного происхождения // Химия высоких энергий, 2009, Т.43, № 5, с.465–472.
  5. Салманова Ч.К., Мусаев Дж.Дж., Джафарова Р.А., Мамедов А.П. Нефтяные люминофоры пиролизного происхождения и передача энергии между их компонентами // Журнал прикладной химии, 2010, Т.83, Вып.6, c.978–982.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, çimnaz salmanova sözünün mənası, çimnaz salmanova haqqında məlumat. çimnaz salmanova nədir? çimnaz salmanova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əliabbas Müznib

  • Mart 06, 2026

    Rakim

  • Fevral 25, 2026

    Cəlal Bayar

  • Mart 07, 2026

    Biva gölü

  • Fevral 27, 2026

    Cəbr

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst