Çaxırlı — İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Basarkeçər (Vardenis) rayonunda, indi Geğarkunik vilayətində kənd.
| Çaxırlı | |
|---|---|
| |
| 40°10′20″ şm. e. 45°41′19″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Geğarkunik mərzi |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 1.950 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəsmi dili | |
![]() Çaxırlı ![]() Çaxırlı | |
Coğrafiyası
Rayon mərkəzindən 3 km cənub-qərbdə, Göyçə gölünün cənub-şərq sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Toponimikası
Toponim çaxırlı türk etnonimi əsasında əmələ gəlmişdir. F. Sümər qaraqoyunlu türk tayfasının da əsas boylarından birinin çəkürlü olduğunu göstərir. Deməli, Çaxırlı toponimi çaxırlı//çəkürlü etnonimi əsasında əmələ gəlmişdir və çaxırlı çakırlı//çəkürlü etnoniminin fonetik formasıdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Erm. SSR AS RH-in 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Sovetakert, Ermənistan prezidentinin 19. IV.1991-ci il fərmanı iləyenidən dəyişdirilib Xaçaxbuyr (Xaçbulaq) qoyulmuşdur.
Əhalisi
Kənddə 1831-ci ildə 212 nəfər, 1873-cü ildə 770 nəfər, 1886-cı ildə 1020 nəfər, 1897-ci ildə 1204 nəfər, 1908-ci ildə 1349 nəfər, 1914-cü ildə 1653 nəfər, 1916-cı ildə 1501 nəfər, 1919-cu ildə 85 nəfər yalnız azərbaycanlı yaşamışdır.
1918-ci ilin yazmda azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq yaşayış yerlərindən perik düşmüşlər. 1919-cu ilin sentyabr-oktyabr aylarında kənddə yaşayan azərbaycanlılar axır nəfərinə kimi atäbaba torpaqlarından deportasiya olunmuşdur. İran və Türkiyədən köçürülən ermənilər 1919-cu ilin axırlarında burada yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edən azərbaycanlılardan sağ qalanları öz doğma torpaqlarına dönə bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 679 nəfər, 1926-cı ildə 763 nəfər, 1931-ci ildə 975 nəfər, 1987-ci ildə 1500 nəfər azəfbaycanlı yaşamışdır.
1988-ci ilin noyabr-dekabr aylarında kənddə yaşayan azərbaycanlılar Ermənistan dövlətinin yeritdiyi siyasət nəticəsində tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi burada təkcə ermənilər yaşayır.
| |||||||||||||||||||||||||||||||||||||||
Tanınmışları
- Abbas Çayxorski
- Zaman Abdulla
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çaxırlı (Göyçə) haqqında məlumat. Çaxırlı (Göyçə) nədir? Çaxırlı (Göyçə) nə deməkdir?


