Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çarıq kişi ayaq geyiminin ən qədim və ən çox istifadə edilən növlərindən biridir. XIX əsrdə, qədim dövrlərdə olduğu kimi, çarıqlar həm xam, həm də işlənmiş iri

Çarıq

  • Ana Səhifə
  • Vikipediya
  • Çarıq

Çarıq — ayaq üçün nəzərdə tutulan geyim növü. Ayağı fiziki zədələnmələrdən və soyuqdan qoruyur.

Mündəricat

Haqqında

Çarıq kişi ayaq geyiminin ən qədim və ən çox istifadə edilən növlərindən biridir. XIX əsrdə, qədim dövrlərdə olduğu kimi, çarıqlar həm xam, həm də işlənmiş iri buynuzlu heyvan dərisindən hazırlanırdı. Çarıq istehsalında ən çox sığır (inək) dərisindən istifadə olunurdu; incə olmasına baxmayaraq, möhkəm və dözümlü olduğu üçün bu materiala üstünlük verilirdi. Aşağı təbəqədən olan insanlar adətən çarıqları xam yundan düzəldirdilər. Xam və ya müxtəlif üsullarla emal edilmiş dəridən hazırlanan çarıqları ustalar tikirdilər.

Yüngül və ucuz başa gəlməsi, eləcə də çöl və təsərrüfat işləri zamanı rahat olması, çarığı əhalinin böyük əksəriyyətinin əsas ayaq geyiminə çevirmişdir. Əhalinin gündəlik geyindiyi sadə çarıqlardan başqa, peşəkar çarıqçılar tərəfindən tikilən və rəngli bağları olan 1–2 cüt çarığı da olurdu ki, bunları adətən bayram və məişət şənlikləri zamanı, eləcə də şəhərə və bazara gedərkən geyinirdilər.

Əhali, xüsusilə də kənd yerlərində yaşayanlar, qış aylarında daha çox xam çarıqlar geyinirdilər. Bataqlıqlarda və yağışlı havalarda su keçirmədiyi üçün işlənməmiş çarıqlar üstün tutulurdu. İl ərzində bir nəfərin 6–12 cüt çarığa ehtiyacı olurdu. Bəzən imkansız adamlar çarıq dağıldıqda, onun altına göndən və ya qalın parçadan “döşəmə” salaraq geyinirdilər.

Azərbaycanda kişi çarıqlarının "kotuğu", "quşburnu", "qızqaytaran", "kalmanı", "xəlbirqırağı", "quşgözü", "təkburun" əcəmi, "üçburun", "qarabağı" və s. kiçik biçim tərzinə və tikiş texnikasına görə fərqlənən müxtəlif növləri olmuşdur. Bəzi etnoqrafik bölgələrdə (Naxçıvan Lənkəran-Astara və s.) qismən də olsa həsirdən hazırlanan "həsir çarıq"lara da təsadüf olunurdu.

Təsərrüfat işləri zamanı qadınlar corab və badışın üstündən çarıq da geyirdilər. Qadın və kişi çarıqlarının tikilmə tərzi və materialları arasında heç bir fərq olmasa da, qadın çarığı ölçüsünün kiçikliyinə görə seçilirdi.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çarıq haqqında məlumat. Çarıq nədir? Çarıq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Növləşmə

  • Fevral 27, 2026

    Viktoriya İvleva

  • Fevral 27, 2026

    Quercus acuta

  • Fevral 24, 2026

    Koquryo

  • Fevral 27, 2026

    Rentgen şüaları

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst