Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kvarklar fermiyonlar ailəsindən olan elementar (subatomik) hissəciklərdir. Fermionlar ailəsinin digər üzvü leptonlardır. Kvarklar atomun nüvəsini təşkil edən pr

Kvark

  • Ana Səhifə
  • Vikipediya
  • Kvark

Kvark — elementar (fundamental) hissəcik. Materiya daşıyıcısı.

Proton: iki yuxarı kvark, bir aşağı kvark və onları birləşdirən qluonlar

Kvarklar fermiyonlar ailəsindən olan elementar (subatomik) hissəciklərdir. Fermionlar ailəsinin digər üzvü leptonlardır. Kvarklar atomun nüvəsini təşkil edən protonların və neytronların tərkib hissələridir. Proton iki yuxarı kvarkdan və bir aşağı kvarkdan ibarətdir. Neytron bir yuxarı kvarkdan və iki aşağı kvarkdan ibarətdir.

Təbiətdə ayrıca kvarka hələ rast gəlinməmişdir. Kvarklar mezonların və barionların (proton və neytronun aid olduğu hissəciklər qrupu) tərkib hissələridir. Kvarklar birbirinə qlüonlar vasitəsilə bağlı olurlar.

Mündəricat

Kvarkların tarixi

1964-cü ildə fiziklər Murray Gell-Mann və George Zweig bir birindən aslı olmadan kvark hipotezini irəli sürdülər. Bu hipotezə görə müxtəlif kvark növləri və onların antihissəcikləri o vaxta qədər məlum olan hadronları (protonların və neytronların aid olduqları mürəkkəb hissəciklər qrupu) təşkil edə bilərdilər. 1967-ci ildə Stanford Universitetində quraşdırılmış akselerator bu hipotezi yoxlamaq imkanı verdi. Fiziklər apardıqları təcrübələrdə protonları və neytronları yüksək enerjili leptonlarla atəşə tutdular. 1974-cü ilə qədər davam edən təcrübələrin nəticəsində protonu, neytronu və başqa hissəcikləri təşkil edən kvark növləri aşkar edildi.

Bu hissəciklər üçün kvark adını (ingiliscə: quark) Murray Gell-Mann təklif etmişdir. O bu sözü bir bədii ədəbiyyat əsərindən götürmüşdür. Elementar hissəciklər sahəsindəki xidmətlərinə görə Murray Gell-Mann 1969-cu ildə Nobel mükafatı almışdır.

1947-ci ildə Manchester Universitetində kosmik şüaların təsirini araşdıran təcrübə zamanı tədqiqatçılar G. Rochester və C. Butler yeni hadron (kaon) aşkarladılar və bu hadronun gözlənildiyindən (10−23 saniyə) daha gec(10−10 saniyə) parçalandığını müşahidə etdilər. Başqa laboratoriyada (Kaliforniya) aparılan təcrübələr göstərdi ki, bu tip hadronların (kaonlar və lambdalar) yaranma sürəti yüksək, parçalanma sürəti zəif olur. Kvarklar kəşf edildikdən sonra həmin hadronun üç kvark növündən ibarət olduğu aydınlaşdı. Bu kvarklardan ikisi yuxarı və aşağı kvarklar idi. Həmin hadron o vaxta qədər elementar hissəciklər üçün aşkarlanmış qanunauyğunluqlara tabe olmadığı üçün Üçüncü növ kvarkı tədqiqatçılar "qəribə" adlandırdılar.

1974-cü ildə tədqiqatçı fiziklər B. Richter (Kaliforniya) və S. Ting (Nyu York) ayrı laboratoriyalarda eyni hissəcik - yeni hadron kəşf etdilər. Yeni hadronun kütləsi protonun kütləsindən üç dəfə çox idi. onun tərkib hissələri ona qədər məlum olan yuxarı, aşağı, qəribə kvarklara bənzəmirdi. Məlum oldu ki bu hadron yeni kvark və antikvark birləşməsindən ibarətdir. Yeni kvarklar uyğun olaraq ovsun (charm) və ovsun antikvark adlandırıldılar. Bu kəşfə görə B. Richter və S. Ting 1976-cıdə il Nobel mükafatı aldılar.

Kvarkların növləri və xüsusiyyətləri

Elementar hissəciklər fizikasında indiyə qədər altı növ kvark kəşf edilmişdir. Bu növlər həm də kvark dadları (flavor) adlanır: yuxarı, aşağı, ovsun, qəribə, alt, üst.

Kvark növləri (dadları) fərqli kütləyə və yükə, eyni spinə malikdirlər.

Kvarkların xüsusiyyətləri
Ad Simvol Kütlə Yük Spin
Birinci nəsil
yuxarı (up) u 1.7 - 3.1 MeV/c2 +2⁄3 1⁄2
aşağı (down) d 4.1 - 5.7 MeV/c2 −1⁄3 1⁄2
İkinci nəsil
ovsun (charm) c 1.29 GeV/c2 +2⁄3 1⁄2
qəribə (strange) s 104 MeV/c2 −1⁄3 1⁄2
Üçüncü nəsil
üst (top) t 172.9 GeV/c2 +2⁄3 1⁄2
alt (bottom) b 4.19 GeV/c2 −1⁄3 1⁄2

Kvarklar dad indeksindən başqa həm də rəng indeksinə malikdirlər. Fərziyyəyə görə hər bir kvark dadı üç əsas rəng alır - qırmızı, yaşıl və göy. Kvarklara aid olaraq həm dad həm də rəng anlayışı məcazi məna daşıyır.

Hər kvark dadına (növünə) uyğun anti kvark var. Məsələn, qəribə kvarka uyğun qəribə antikvark, ovsun kvarka uyğun ovsun antikvark var. Antikvarklar uyğun kvark işarəsinin üstündə xətt qoymaqla işarə olunur.

Kvarkların elektrik yükü

Kvark və onun antikvarkı eyni miqdarda lakin əks işarəli yük daşıyırlar. Məsələn, üst kvark +2⁄3, üst antikvark -2⁄3 yük daşıyır.

Kvarkların və antikvarkların daşıdıqları elektrik yükləri bu hissəciklərdən təşkil olunmuş mürəkkəb hissəciklərin elektrik yükünü təyin edir. Məsələn, proton +1 yükünə malikdir. Protonu təşkil edən iki yuxarı və bir aşağı kvarkın yüklərini cəmləsək eyni nəticə alınar. Neytronun tərkib hissələri olan bir yuxarı və iki aşağı kvarkın elektrik yüklərinin cəmi neytronun yükə malik olmadığını göstərir.

Spin

Spin hissəciklər fizikasında hissəciyin malik olduğu daxili bucaq impulsudur (intrinsic angular momentum).

Spin (ingilis: dönmə, fırlanma) obyektin öz oxu ətrafında dönməsini bildirsə də hissəciklər aləmində öz oxu ətrafında dönmə real həyatdakından bir qədər fərqlidir.

Materiya daşıyıcıları olan fermionlar və qarşılıqlı təsir qüvvəsi daşıyıcıları olan bosonlar fərqli spinlərə malikdirlər. Fermionların spini kəsrlə, bosonların spinləri tam ədədlə ifadə olunur. Fermionlar qrupunun üzvü olan kvarklar 1⁄2 spinə malikdirlər. Məsələn, bosonların nümayəndəsi olan foton 1 spinə malikdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kvark haqqında məlumat. Kvark nədir? Kvark nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Terra Amata

  • Fevral 27, 2026

    Portu

  • Fevral 27, 2026

    Şahvəlli

  • Fevral 27, 2026

    Tessa Tompson

  • Fevral 27, 2026

    Lətif Feyzullayev

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst