Hərb işi — sülh və müharibə şəraitində dövlətin silahlı qüvvələrinin quruculuğu, təlimi və fəaliyyəti, habelə mülki əhalinin müharibə vəziyyətində hazırlanması ilə bağlı nəzəri və praktiki məsələləri əhatə edən kollektiv hərbi termin.

Dar mənada hərbi qulluqçuların və hərbi xidmətə cəlb olunanların hərbi borcunu uğurla yerinə yetirmələri üçün zəruri olan xüsusi bilik, bacarıq və vərdişlər sistemidir. Bu bilik və bacarıqlara yiyələnmək üçün çağırışçılar və çağırışaqədər yaşlı şəxslərdən ibarət kontingent hərbi hazırlıq kurslarından keçir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hərbi iş haqqında məlumat. Hərbi iş nədir? Hərbi iş nə deməkdir?