Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ministerium für Staatssicherheit (MfS/Dövlət Təhlükəsizlik Nazirliyi) xüsusilə Ştasi (Ştaatssicherheit mürəkkəb sözünə görə) adı ilə tanınır, bu Almaniya Demokr

Ştazi

  • Ana Səhifə
  • Vikipediya
  • Ştazi

Ministerium für Staatssicherheit (MfS/Dövlət Təhlükəsizlik Nazirliyi) xüsusilə Ştasi (Ştaatssicherheit mürəkkəb sözünə görə) adı ilə tanınır, bu Almaniya Demokratik Respublikasının təhlükəsizlik və kəşfiyyat təşkilatıdır. Stasi Şərqi Berlindən idarə edilirdi. Lichtenberg şəhərində genişmiqyaslı bir kompleksə, eyni zamanda şəhərin müxtəlif yerlərində müxtəlif komplekslərə sahib idi. Stasi dünyada fəal kəşfiyyat təşkilatlarından biri hesab olunurdu. Təşkilatın şüarı "Schild und Schwert der Partei" ("Partiyanın Qalxanı və Qılıncı") idi. Əvvəlki dövrlərdə Stasi üçün istifadə edilən başqa bir termin Dövlət Təhlükəsizliyi Xidməti yəni Staatssicherheitsdienst idi.

Ştazi
Ministerium für Staatssicherheit
Loqonun şəkli
Yaranma tarixi 8 fevral 1950
Ləğvolma tarixi 1990
Mərkəzi
  • Şərqi Berlin
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Stasi 1950-ci il fevralın 8-də təsis edilmişdir. Quruluşunda Sovetlərin kəşfiyyat təşkilatı olan KQB modeli əsas götürülmüşdür. KQB tərəfindən Varşava Paktına üzv ölkələrin kəşfiyyat idarələri içərisində ən təsirli və sadiq tərəfdaş olaraq qəbul edilirdi.

Wilhelm Zaisser Stasinin ilk prezidentidir, Wilhelm Zaisserin köməkçisi isə Erich Mielke olmuşdur. Vilhelm Zaisser 1957-ci ildə Almaniya Demokratik Respublikasının prezidenti Walter Ulbricht tərəfindən vəzifəsindən azad edildi. Ernst Wollweber onun yerinə bu vəzifəyə təyin edildi. Ernst Wollweber dövlət liderləri Walter Ulbricht və Erich Mielke ilə qarşıdurmalar səbəbiylə istefa etdi. Vəzifəyə köməkçisi Erich Mielke təyin edildi. Ayrıca 1957-ci ildə Markus Wolf HVA (Kəşfiyyat Mərkəzi İdarəsi — Hauptverwaltung Aufklärung) xarici kəşfiyyat bölməsinin rəhbəri təyin edildi. Wolf, Almaniya Federativ Respublikasının dövlət mexanizminə, siyasətinə və iş dünyasına nüfuz etməkdə böyük bir müvəffəqiyyət əldə etdi.

1970-ci illərdə Stasi, xüsusən Latın Amerikasında bir çox fəal və siyasətçinin həyatını xilas edərək fərqli bir rol almışdır. Məsələn, 1973-cü ilin sentyabrında Çilidəki Pinochet çevrilişində, Stasi agentləri tərəfindən həyata keçirilən əməliyyat zamanı Xalq Birliyi təşkilatının yüzlərlə üzvü xilas edilərək Almaniya Demokratik Respublikasına verilmişdir.

1986-cı ildə Wolf təqaüdə çıxanda vəzifəsini Werner Grossmanna təhvil verdi.

1989-cu ildə Şərqi Almaniyanın dağılmasından əvvəl Ştazi adı Milli Təhlükəsizlik İdarəsi olaraq dəyişdirildi. Bu dəyişiklikdən sonra Rudi Mittig rəhbərliyə gətirildi.

Qalereya

  • Ştazi qərargahının birinci mərtəbəsi
    Ştazi qərargahının birinci mərtəbəsi
  • Mətbəx
    Mətbəx
  • Katiblik
    Katiblik
  • Nəzarət məntəqəsi
    Nəzarət məntəqəsi
  • İstintaq mərkəzi
    İstintaq mərkəzi

Həmçinin bax

  • Kiberokratiya

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ştazi haqqında məlumat. Ştazi nədir? Ştazi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Saparmurat Niyazov

  • Fevral 27, 2026

    İnformatik

  • Fevral 27, 2026

    Muxtar Aslanov

  • Fevral 27, 2026

    Əbus-Səud Əfəndi

  • Fevral 27, 2026

    İskəndər (Təbriz)

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst