Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kavendiş laboratoriyası — Kembric Universitetinin fizika fakültəsi. Laboratoriya 1874-cü ildə tələbələrin eyni zamanda həm təhsil ala biləcəkləri, həm də univer

Kavendiş laboratoriyası

  • Ana Səhifə
  • Vikipediya
  • Kavendiş laboratoriyası

Kavendiş laboratoriyası — Kembric Universitetinin fizika fakültəsi. Laboratoriya 1874-cü ildə tələbələrin eyni zamanda həm təhsil ala biləcəkləri, həm də universitetin əməkdaşları ilə bir yerdə təcrübə apara biləckləri dünyada ilk elmi-tədris laboratoriyası kimi yaradılmışdır. Əvvəlcə laboratoriya Kembricin mərkəzində, Freye-Skul küçəsində yerləşirdi. XX əsrin 70-ci illərində şəhərin qərb kənarında laboratoriya üçün yeni binalar kompleksi tikilmişdir.

Göl tərəfdən laboratoriyanın cənub hissəsinin görünüşü

2013-cü il üçün laboratoriyanın rəhbəri professor Ceyms Stirlinqdir. Laboratoriyada ənənəvi Kavendiş professoru fəxri adı mövcuddur. Bu adı laboratoriyanın professorlarından biri daşıyır. Vaxtilə bu adı lord Reley, ser C.C. Tomson, lord Rezerford, ser Uilyam Breqq, ser Nevill Mott, ser Brayan Pippard, ser Sem Edvards kimi dünyaca məşhur alimlər daşımışdılar. 2013-cü il üçün Kavendiş professoru ser Riçard Frenddir.

Laboratoriyanın devizi Kavendiş laboratoriyasının ilk müdiri Ceyms Maksvellin dediyi ifadədir: "Mən heç bir zaman insanı bu və ya digər təcrübəni etməkdən çəkindirmirəm; çünki o, təcrübə zamanı axtardığı şeyi tapmasa da başqa bir şey kəşf edə bilər."

Belə bir yanlış fikir geniş yayılmışdır ki, guya Kavendiş laboratoriyası məşhur ingilis fizik və kimyaçısı Henri Kavendiş, 2-ci Devonşir hersoqunun şərəfinə adlandırılıb. Lakin bu, belə deyil. Laboratoriya özünün yaradıcısı, Uilyam Kevndiş, 7-ci Devonşir hersoqunun şərəfinə adlandırılıb. Laboratoriyanın yaradılması zamanı o, Kembric universitetinin kansleri idi və universitetin yanında bu elmi-tədris laboratoriyasının yaradılması üçün böyük məbləğdə ianə etmişdir.

2012-ci ilin məlumatlarına əsasən laboratoriyanın 29 tədqiqatçı-əməkdaşı Nobel mükafatına layiq görülmüşdülər..

Laboratoriyada işləmiş Nobel mükafatı laureatları

  • Lord Reley (fizika, 1904)
  • ser C.C. Tomson (fizika, 1906)
  • lord Rezerford (kimya, 1908)
  • ser Uilyam Breqq (fizika, 1915)
  • Çarlz Qlover Barkla (fizika, 1917)
  • Frensis Aston (kimya, 1922)
  • Çarlz Vilson (fizika, 1927)
  • Artur Kompton (fizika, 1927)
  • Ouen Riçardson (fizika, 1928)
  • Ceyms Çedvik (fizika, 1935)
  • Corc Tomson (fizika, 1937)
  • Eduard Viktor Eplton (fizika, 1947)
  • Patrik Blekett (fizika, 1948)
  • Con Kokroft (fizika, 1951)
  • Ernest Uolton (fizika, 1951)
  • Frensis Krik (fiziologiya və tibb, 1962)
  • Ceyms Uotson (фfiziologiya və tibb, 1962)
  • Maks Peruts (kimya, 1962)
  • Con Kendrü (kimya, 1962)
  • Doroti Krouft-Hockin (kimya, 1964)
  • Brayan Cozefson (fizika, 1973)
  • Martin Rayl (fizika, 1974)
  • Entoni Xyuiş (fizika, 1974)
  • Nevill Mott (fizika, 1977)
  • Filip Anderson (fizika, 1977)
  • Pyotr Leonidoviç Kapitsa (fizika, 1978)
  • Allan Kormak (fiziologiya və tibb, 1979)
  • Aaron Kluq (kimya, 1982)
  • Norman Ramzey (fizika, 1989)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kavendiş laboratoriyası haqqında məlumat. Kavendiş laboratoriyası nədir? Kavendiş laboratoriyası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Brandenburq

  • Fevral 17, 2026

    Əhali sıxlığı

  • Fevral 27, 2026

    Mirmahmud Mirəlioğlu

  • Fevral 27, 2026

    Ağaver (İğdır)

  • Fevral 27, 2026

    Joker (personaj)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst