Behrud (əvvəlki adı: Bəhrud) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Biləv kənd inzibati ərazi dairəsi tərkibindəki Bəhrud kəndi Behrud kəndi adlandırılmışdır.
| Behrud | |
|---|---|
| 39°04′29″ şm. e. 45°51′50″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəsmi dili | |
![]() Behrud | |
Tarixi
Behrud Ordubad rayonunun Biləv inzibati ərazi vahidində kənd. Zəngəzur silsiləsinin ətəyindədir. Behrud çayının sahilində yerləşdiyi üçün həmin çayın adı ilə adlandırılmışdır..
Coğrafiyası və iqlimi
Rayon mərkəzindən 36 km şimal-qərbdə, Ordubad- Bist avtomobil yolunun kənarında, Gilançayın sol sahilində, Zəngəzur silsiləsinin ətəyindədir.
Behrud — Ordubad rayonunda çay. Zəngəzur silsiləsindən axır. Fars dilində behrud "yaxşı çay" deməkdir. Hidronim çayın suyunun içməyə yararlı olduğunu bildirir..
Əhalisi
Əhalisi 545 nəfərdir.
Tanınmış şəxsləri
- Vəli Hüseynov — Fizik; Fizika riyaziyyat elmləri doktoru. Akademik; AMEA-nın müxbir üzvü. Azərbaycan Respublikasının əməkdar müəllimi
- Rüstəm Behrudi — şair.
- Cavad Abdinov — fizik, Fizika-riyaziyyat elmləri doktoru (1976), professor (1982), Azərb. Respublikası Dövlət mükafatı laureatı (1982).
- Əhməd Abdinov — fizik, Fizika-riyaziyyat elmləri doktoru (1978), prof.(1981).
- Nazim Hüseynov — texniki elmlər doktoru, professor, Milli Aviasiya Akademiyasının meteorolojiya kafedrasının müdiri, Azərnaviqasiya şirkətinin eksprezidenti.
- Nurəddin Sadıqov — Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi (1992–1993), Hərbi işlər üzrə dövlət müşaviri (1993–2000), General-mayor.Əsgər Hacıyev
İqtisadiyyatı
Əhalisi bağçılıq, taxılçılıq və heyvandarlıqla məşğuldur.
Mədəniyyəti
Orta məktəbi, kitabxanası, klubu, tibb məntəqəsi var.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Behrud haqqında məlumat. Behrud nədir? Behrud nə deməkdir?
