Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rəng – rəngsiz, ağ, sarı, qırmızımtıl, qara, rəngi çox vaxt qarışıqlardan asılı olub, qeyri-müntəzəm, bəzən zonal xarakter daşıyır; Güclü deformasiyaya uğramış,

Halit

  • Ana Səhifə
  • Vikipediya
  • Halit

Halit (daş duz) NaCl — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.

Halit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
NaCl
Strunz təsnifatı III/A.02
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya kubik sinqoniya
Bərklik 2
Zolaq rəngi ağ
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Xassələri

Rəng – rəngsiz, ağ, sarı, qırmızımtıl, qara, rəngi çox vaxt qarışıqlardan asılı olub, qeyri-müntəzəm, bəzən zonal xarakter daşıyır; Güclü deformasiyaya uğramış, yaxud silvinlə (KCl) sıx assosiasiya təşkil edən halit çox vaxt xal-xal rəngə boyanır. Bu, güman ki, K40-un və adətən onunla bağlı olan Rb87-un radioaktivliyi ilə əlaqədardır; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə (təzə sınıqlarda), yağlı, ipəyi; Şəffaflıq – şəffaf, yaxud yarımşəffaf; Sıxlıq – 2,1-2,2; Sərtlik – 2; Kövrəkdir; Ayrılma – kub {100} üzrə mükəmməl, {110} üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvarı; Başqa xassələr – çox yüksək istilikkeçirmə; zəif elektrikkeçirmə; suda asan həllolma; hidroskopiklik; şor dad; Morfologiya – kristallar: heksaedrik, bəzən oktaedrik, nisbətən az hallarda – sütunvari, tez-tez kristallik «qayıqcıq»lar; kub üzlərində çox vaxt qıfaoxşar pilləli oyuqlar olur; İkiləşmə: {111} üzrə nadir rast gəlir; Mineral aqreqatları: xırda dənəlidən nəhəngdənəliyədək massiv əmələgəlmələr, sıx lifli, ovuntulu kütlələr, bəzən stalaktit və stalaqmitlər, sızmalar, druzalar, nazik təbəqəçiklər.

Mənşəyi və yayılması

Tipik xemogen mineral olub, dəniz və şor göl sularının buxarlanması nəticəsində doymuş məhlullardan çökür. Çox vaxt əhəngdaşlarının,  dolomitlərin və başqa çökmə süxurların içərisində qalın laylar təşkil edir. Duz laylarının böyük dərinliklərdə plastik deformasiyası və onların tez-tez üstdə yatan süxurlara daxil olması ilə duz günbəzlərinin əmələ gəlməsi əlaqədardır. İsti, quru iqlim şəraitində qapalı duzlu hövzələrin dibində özüçökən ovuntulu duz əmələgəlmələrinin kristalları toplanır. Bəzən halit sublimasiya məhsulu kimi vulkan kraterlərinin divarlarında müşahidə edilir. Mineralın nazik təbəqəcikləri başqa duzlarla birlikdə səhra və çöl rayonlarında torpaq səthində şoranlıq əmələ gətirir. Bir çox mineralın vakuollarında halitin mikrokristalları müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: silvin, anhidrit, gips, kalsit, dolomit, gil mineralları və s. Mineralın tapıldığı yerlər: Artyomov (Ukrayna); Veliçka (Polşa); Solvıçeqodski və İletski yataqları, Kamçatka yarımadası, Elton və Baskunçak gölləri (Rusiya); Bad-Reyxenxall, Xaylbronn (Almaniya); Pəncab şt. (Hindistan); Süveyş (Misir); Kanzas, Nyu-Meksiko, Texas, Oklaxoma ştatları (ABŞ) və b. Azərbaycanda Naxçıvan, Sustin, Duzdağ, Nehrəm, Püsyan, Şəkərabad-Qoşadizi (Naxçıvan MR) daş duz, Masazır, Böyükşor (Abşeron yarımadası) özüçökən duz yataqları və bir sıra digər duzsaxlayan sahələr məlumdur.

Tətbiqi

Əsas etibarilə yeyinti sənayesində və natrium və xlorun mənbəyi kimi kimya sənayesinin müxtəlif sahələrində istifadə edilir. Bəzi göllərin (Abşeron yarımadası) duzsaxlayan çöküntüləri müalicə vasitəsi kimi xalq təbabətində işlədilir. Sintez edilmiş şəffaf halit kristalları optik cihazqayırmada və kvant elektronikasında tətbiq edilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Halit haqqında məlumat. Halit nədir? Halit nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Neyrofiziologiya

  • Fevral 26, 2026

    Atilla

  • Fevral 27, 2026

    Mürtəzaqulu Bayat

  • Fevral 27, 2026

    Kanalizasiya

  • Fevral 27, 2026

    Yanszı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst