Tretman – ssenarini başdan-sona mühüm detallara ümumiləşdirib oxuyucuya çatdıran yazı. Tretman sinopsisdən daha uzun, ssenaridən daha qısa olmaqla sinopsisdən sonrakı, ssenaridən əvvəlki mərhələ hesab olunur. O, 40-50 səhifə, bəzən az və ya çox ola bilər. Tretmanda ssenaridən fərqli olaraq sinopsis kimi dialoqlara yer verilmir. Tretman film sənayesində çox önəmli hesab olunur və ideanın satılması yollarından biridir.
Tretmanda qeyd olunmalı məsələlər
- Zaman, məkan və mühitin xüsusiyyətləri
- Personajların daxili və xarici xüsusiyyətləri
Etimologiyası
Tretman fransızcakı traitement sözündəndir. Hərfi mənası proses, müalicə deməkdir.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tretman haqqında məlumat. Tretman nədir? Tretman nə deməkdir?