Sinopsis - təhsil, elm və ya incəsənətdə bütöv bir mövzunun qısa icmalı. 19-cu əsrdə ənənəvi qrammatikanın öyrədilməsi üçün istifadə olunan sinif məşqi idi. Müasir dövrdə sinopsis kitablar, məqalələr, fimlər, televiziya şouları, hətta vdeo oyunları kimi çox müxtəlif məhsullar üçün yazıla bilər. Sinopsisin əsas məqsədi əsərin mövzusu ilə maraqlanan rejissor və prodüserə ssenari haqqında məlumat verməkdir. Sinopsis yazılan ssenarinin əsas təqdimat-satış üsullarından biri kimi çıxış edir.
Sinopsis film ssenarisinin giriş, inkişaf və nəticə hissələrini yığcam formada əks etdirir. Ortalama olaraq 1-3 səhifə həcmində olan sinopsisdə dialoqlar yer almır. Sinopsis əksər hallarda ssenari tam hazır olmadan yazılır və loqlayndan daha iri həcmlidir. Sinopsis vasitəsilə ssenari tam oxunmadan hekayə əsas xətləriylə anlaşılır. Sinopsis indiki zamanda, üçüncü şəxsdə və ssenarinin oxunma tonunda yazılmalıdır. Başlanğıc və sonuncu cümlələrin xüsusilə maraqlı olmasına diqqət yetirmək lazımdır.
Sinopsis yazmaq mərhələləri
Sinopsis yazmamışdan əvvəl aşağıdakı məsələlər dəqiqləşdirilməlidir:
- Əsərin janrı (triller, dram, detektiv, komediya, erorik, fantaziya və s.)
- Əsas personajlar
- Əsas süjet xətti
- Əsas kritik məqamlar
- Kulminasiya
Sinopsisdə aşağıdakı məlumatlar yer alır:
- Sujetin inkişafı
- Əsas "açar" epizodlar
- Baş qəhrəmanlar
- Baş qəhrəmanların düşdüyü dramatik vəziyyətlər
- Onların hərəkəti və bu hərəkətdən sonrakı vəziyyət
- Açılış və kulminasiya
- Süjetin əsas dönüş nöqtələri, əks fikirlər, konfliktin həlli yolları
- Ssenarinin dramatik quruluşu
Həmçinin bax
- Loqlayn
- Tretman
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sinopsis haqqında məlumat. Sinopsis nədir? Sinopsis nə deməkdir?