Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rəng – rəngsiz, qar kimi ağ, nisbətən az – sarımtıl, çəhrayı, yaşılımtıl, göyümtül, açıq-boz, bənövşəyi, qırmızı, nadir hallarda – qara; Mineralın cizgisinin rə

Araqonit

  • Ana Səhifə
  • Vikipediya
  • Araqonit

Araqonit — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Kalsitlə dimorfdur.

Araqonit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
CaCO3
Strunz təsnifatı Vb/A.04
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya rombik[d]
Bərklik 3,75 ± 0
Zolaq rəngi ağ
Sıxlıq 2,93 q/sm³
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Növ müxtəliflikləri

Bariumlu, qurğuşunlu, stronsiumlu ( ~6% SrO), sinkli (~10% ZnO) araqonitlər.

Xassələri

Rəng – rəngsiz, qar kimi ağ, nisbətən az – sarımtıl, çəhrayı, yaşılımtıl, göyümtül, açıq-boz, bənövşəyi, qırmızı, nadir hallarda – qara; Mineralın cizgisinin rəngi – ağ; sarımtıl; Parıltı – şüşə; Şəffaflıq – şəffaf, işıqkeçirən, bəzən tutqun; Sıxlıq – 2,95; Sərtlik – 3,5-4; Ayrılma – {010} üzrə orta, {110} üzrə qeyri-mükəmməl; Sınıqlar – yarımqabıqvarı; Lüminessensiya – açıq-bənövşəyi rəngli zəif, katod şüalarında bəzən narıncı Lüminessensiya; Morfologiya – kristallar: qısaprizmatikdən uzunprizmatikədək, iynəvari-piramidal, baltayaoxşar, nizəşəkilli; İkiləşmə: tək kristallara nisbətən tez-tez rast gəlir, {110} üzrə; hərdənbir psevdoheksaqonal görünüşlü qarşılıqlı nüfuzetmə üçləşmələri, altılaşmalar; bəzən polisintetik İkiləşmə; Mineral aqreqatları: böyrək- və dərzşəkilli, radial-şüalı, çubuqvari, mərcanabənzər– «dəmir çiçəkləri», paralel-lifli kütlələr, kristallik qabıqlar, stalaktitlər, stalaqmitlər, oolitlər, «noxud (kürü) daşları», konkresiyalar; əksər mollüskaların qabıqlarının daxili səthində sədəfi təbəqəciklər; bir sıra mollüskaların qabıqlarının içərisində əmələ gələn mirvari dənələri.

Mənşəyi və yayılması

Araqonit

Əsasən ekzogen şəraitdə biogen və xemogen-çökmə proseslər nəticəsində əmələ gəlir. Evaporitlərdə, gillərdə, çökmə dəmir filizlərində, kükürd yataqlarında, bəzən sulfid yataqlarının oksidləşmə zonalarında və hiperbazitlərin aşınma qabıqlarında rast gəlir. Hidrotermal proseslərdə də əmələ gəlir. Effuziv süxurların badamcıqlarında və çatlarında müşahidə olunur. Termal bulaqların çöküntülərində qeyd edilir. Çox vaxt metamorfik mənşəli karbonat süxurlarında (mərmər və b.) müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: dolomit, gips, selestin, stronsianit, siderit, kalsit, halit, anhidrit, sərbəst kükürd, gil mineralları, seolitlər və b. Mineralın tapıldığı yerlər: Molina (İspaniya); Karlovı-Varı (Çexiya); Bolqarıstan; Rumıniya; Nuqsuak (Qrenlandiya); Siciliya (İtaliya); Xaydarkan (Orta Asiya) və b. Azərbaycanda Naxçıvan MR ərazisində araqonit oniksinin Sirab yatağı və Badamlı təzahürü yerləşir. Adətən kalsit və araqonit oniksi ilə təmsil olunmuş bir sıra təzahürlər Kəlbəcər və Laçın rayonlarında cəmləşmişdir. Araqonit Lerik rayonunda da (Kəlvəz yatağı) qeyd olunur. Onun Daşkəsən dəmir, Göydərə xromit yataqlarındakı və başqa obyektlərdəki tapıntıları mineraloji cəhətdən maraq doğurur. Araqonitin bitki qalıqları üzrə psevdomorfozaları Darrıdağ (Culfa) mərgümüş və Ağqaya civə yataqlarında qeyd edilmişdir.

Tətbiqi

Araqonit oniksi yaxşı dekorativ daşdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Araqonit haqqında məlumat. Araqonit nədir? Araqonit nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Adi göyrüş

  • Fevral 27, 2026

    Karvan

  • Fevral 27, 2026

    Amerikan futbolu

  • Fevral 27, 2026

    Şari çayı

  • Fevral 27, 2026

    Qriqori Rasputin

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst