Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Eksperiment — [lat. experimentum – yoxlama, sınaq, təcrübə] 1) təcrübə, sınaq, yoxlanış; 2) elmi yoxlama, elmi təcrübə; 3)cəmiyyətin ictimai iqtisadi təcrübəsi

Eksperiment

  • Ana Səhifə
  • Vikipediya
  • Eksperiment

Eksperiment — [lat. experimentum – yoxlama, sınaq, təcrübə] 1) təcrübə, sınaq, yoxlanış; 2) elmi yoxlama, elmi təcrübə; 3)cəmiyyətin ictimai iqtisadi təcrübəsi olub, dərk etmənin mənbəyi, hipotez və nəzəriyyənin həqiqilik meyarı; 4) müasir psixologiya elmində əsas tədqiqat üsullarından biri; 5) elmdə nəzəri cəhətdən dərk edilmiş vasitələrlə həyata keçirilən hissi-predmet fəaliyyəti.

Hətta uşaqlar hər bir şeyi öyrənmək üçün elementar təcrübələr həyata keçirir.

Eksperiment (lat. experimentum — təcrübə, sınaq) — süni yaradılan şəraitdə müəyyən hadisələrin tədqiq edilməsi, elmi metod.

İnsanın daxili aləmini müxtəlif situasiya və münasibətlər üzə çıxarır. Məhz, bu halında insanın psixi tarazlıq halı pozulur və o, debilliyin, infantilliyin, dəliliyin hüdudlarında ləngərləməyə başlayır.

İnsanın eksperiment vasitəsilə tədqiqi, məhz belə məqamlarda situasiyanı süni surətdə yaratmaq ("modelləşdirib"), tərəfdaşı bərkə-boşa, çək-çevirə salmaqla onun barədə hansısa nəticə çıxarmaq məsələsini əhatə edir. Eksperiment zamanı eksperimentin nəticəsinə təsir göstərə biləcək bütün digər dəyişənlər və şərtlər aradan qaldırılmalı və ya elə edilməlidir ki, onlar axıra qədər sabit səviyyədə qalsın. Ekspertiza – 1)yoxlamadan keçirmə, yoxlama prosesi; 2)düzgün bir qərara gəlmək üçün hər hansı bir məsələnin mütəxəssislər tərəfindən öyrənilməsi, yoxlanması. Məsələn, elmi ekspertiza, materialları ekspertizaya göndərmək; 3)cinayət işləri və ya mülki işlər üzrə faktiki məlumatların və halların müəyyən edilməsi məqsədilə prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada ekspertlər tərəfindən aparılan tədqiqat. Məsələn, ekspertiza üzvü, ekspertizanın qərarı.

Eksperimental – 1)təcrübi, eksperiment aparmaq yolu ilə yoxlama üsulu; Məsələn, eksperimental tədqiqat üsulu, təcrübə üçün ayrılmış (təyin edilmiş), eksperimental zavod, eksperimental şöbə; 2)hədd, kənar; 3)mürəkkəbliyi və təhlükəliliyinə görə fövqəladə.

Eksperimental tədqiqatlar – elmi araşdırmaların aparılması və ya praktiki təcrübə əsasında əldə olunmuş biliklərə əsaslanan və insanın həyat və sağlamlığının qorunmasına yönələn elmi fəaliyyət.

Ədəbiyyat

  • R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.

Həmçinin bax

  • Test
  • Analiz
  • Riyazi statistika
  • Eksperimental psixologiya

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Eksperiment haqqında məlumat. Eksperiment nədir? Eksperiment nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ken (hərf)

  • Fevral 27, 2026

    İdris Süleymanov

  • Fevral 27, 2026

    Qırmızısarıqlılar üsyanı

  • Fevral 27, 2026

    Melilya

  • Fevral 27, 2026

    Balaban

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst