Yevgeni Gegeçkori — (tam adı: Gegeçkori Yevgeni Petroviç, gürc. ევგენი პეტრეს ძე გეგეჭკორი; 24 aprel 1882 və ya 1 fevral 1881, Martvili, Sameqrelo-Yuxarı Svaneti diyarı – 5 iyun 1954, Paris) — Gürcüstanın istiqlal hərəkatı xadimi, sosial-demokrat.
| Yevgeni Gegeçkori | |
|---|---|
| gürc. ევგენი გეგეჭკორი | |
| |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 24 aprel 1882 və ya 1 fevral 1881 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 5 iyun 1954 (72–73 yaşında) |
| Vəfat yeri | |
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | diplomat, vəkil, siyasətçi, dövlət rəsmisi |
| | |
![]() | |
Həyatı
1881-ci il yanvar ayının 20-də Kutais quberniyasının Senaksi qəzasının Martvili şəhərində anadan olmuşdur. Kutais gimnaziyasında təhsil alıb, 1902-ci ildə oranı bitirdikdən sonra Moskva Universitetinin hüquq fakültəsinə qəbul olub.
Fəaliyyəti
1903-cü ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının üzvlüyünə qəbul edilib. 1905-ci ildə Qərbi Gürcüstanda baş verən inqilabi hadisələrdə iştirak edib. 1907-ci ildə Moskva Universitetini bitirdikdən sonra Kutais dairə məhkəməsində vəkil köməkçisi vəzifəsinə təyinat alıb. Həmin ilin oktyabrında Kutais quberniyasından III Dövlət dumasına deputat seçilib. Həmin vaxtı menşeviklərin tərəfində çıxış edərək sosial-demokrat fraksiyasının liderlərindən biri olub. Fevral inqilabından (1917) sonra Gegeçkori Gürcü sosial-demokrat partiyasının rəhbərlərindən biri oldu. 1917-ci ilin noyabrında Yevgeni Gegeçkori Zaqafqaziya Komissarlığının sədri seçilmişdir. 1918-ci ilin fevralında isə Zaqafqaziya seymi, Gegeçkori başda olmaqla, Zaqafqaziya hökumətini təşkil etmişdir. 1918-ci ilin aprelində yaradılan Ali Müdafiə Şurasına daxil idi. 1918-ci ilin mayından Gürcüstan Respublikasının xarici işlər naziri olmuşdur. 1921-ci ildə Gürcüstanda Sovet hakimiyyəti elan edildikdən onra Fransaya mühacirət etmişdir. 1953–1954-cü illərdə Gürcüstan Demokratik Respublikasının mühacir hökumətinin sədri vəzifəsini tutumuşdur. 5 iyun, 1954-cü il tarix ində Parisdə vəfat edib.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yevgeni Gegeçkori haqqında məlumat. Yevgeni Gegeçkori nədir? Yevgeni Gegeçkori nə deməkdir?

