Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nəqli cümlə, sual və əmr cümlələri adi tonla tələffüz edildiyi kimi, yüksək tonla tələffüz edilərək, hiss-həyəcan ve qorxu dolğunlaşdırıla bilir və bu zaman nid

Nida cümləsi

  • Ana Səhifə
  • Vikipediya
  • Nida cümləsi

Nida cümləsi söylənilən fikrə emosional münasibət bildirən cümlələrə deyilir.

Nəqli cümlə, sual və əmr cümlələri adi tonla tələffüz edildiyi kimi, yüksək tonla tələffüz edilərək, hiss-həyəcan ve qorxu dolğunlaşdırıla bilir və bu zaman nida cümlələri yaranır; məs.: Zaman bizə bir anadır! Biz zamanın övladıyıq! Mən həyatın bu hökmünü ömrüm boyu alqışladım! (S.Vurğun) Bir ayaqları gorda olan bu quru-taqqanaq qocalar bu sehri hardan alırdılar?! (İ.Hüseynov) Qoy göyün ulduzu göyə nur saçsın, Yerin də arzusu yerdə gül açsın! (S.Vurğun)

S.Vurğundan verdiyimiz ilk cümlələr nəqli, ikinci misal sual, sonuncusu əmr cümləsi əsasında yaranmış nida cümlələridir.

Nida cümlələrinin formalaşmasında intonasiyanın rolu əsasdır. İntonasiya vasitəsilə adi nəqli cümlələrdə şadlıq, sevinc, qəzəb, nifrət, təəccüb, heyrət, istehza, təəssüf və s. kimi hisslər ifadə olunur, emosional münasibət cümlənin yüksək tonla tələffüzünə, nida cümləsi kimi formalaşmasına səbəb olur; məs.: Bəsdi! Daha bir kəlmə də danışma! (İ.Hüseynov) Qudalılardan savayı, kim şahid durar belə fırıldağa?! (İ.Hüseynov) Katib deyilsən, protokolsan sən! Qadın deyilsən, buzsan! Gözəl deyilsən, idbarsan! Sönmüş ocaq dedim mən sənə! Elə sönmüsən, külün də qalmayıb! (İ.Hüseynov)

Nida cümlələri çox zaman müxtəlif nidaların iştirakı ilə qurulur. Bu cür cümlələrin məna çaları nidaların məna tutumundan asılı olur; məs.: Ah, əfsus ki, keçdi o gözəl dövranım! (Sabir) Qorxdum, ay aman, yarıldı bağrım!. . (Sabir) Ax, nə yaxşı kişidir qonşumuz Ağcanın əri! (Sabir) Ax, necə kef çəkməli əyyam idi, Onda ki övladi-vətən xam idi! (Sabir) Tazədən bərgəşt edib bir də cavan olsaydım, ah! (Sabir) Əlləşməmiş qurtardıq zəhmətdən, ay can, ay can! (Sabir)

Qeyd etdiyimiz nida cümlələri təəssüf, qorxu, həsəd, kinayə, arzu, şadlıq və s. bildirir.

Xitablar, sözlərin təkrarı, ellipsis, bağlayıcı sözlər -nisbi əvəzliklər, sual əvəzlikləri və s. də cümlənin nida cümləsi kimi formalaşmasına səbəb olur; məs.: Qaytar mənim balamı, qaytar! Sənsən onun baisi, qaytar! (V.Babanlı) Adamları tanımaq nə qədər çətinmiş! Bu şən və şux qızın qəribə taleyi varmış! (V.Babanlı) Bircə bu əzab olmayaydı, Qurban əmi! Mübarizlik, yenilməzlik - hamısı bir yana, mən insan görmək istəyirəm, Qurban əmi! (İ.Hüseynov) Cəbrayıl kişi kimi sədr türmədə! İskəndər kişi kimi sədr də türmədə! Lüt Cəfər də! (İ.Hüseynov) İnan mənə, Abbas əmi, inan! Pul Qudalıların! Ət Qudalıların! Yağ Qudalıların! Yavanlıq Qudalıların! (İ.Hüseynov)

Nida cümlələri də hər cür cümlə tiplərini - sadə və mürəkkəb, cüttərkibli və təktərkibli, bütöv və yarımçıq, müxtəsər və geniş cümlələri əhatə edir. Üzvlənməyən cümlələr də hissi-emosional keyfiyyətdə tələffüz edilərək nida cümləsi kimi formalaşa bilir; məs.: Ay Allah! Yox bir! Afərin! Dəhşət! və s.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nida cümləsi haqqında məlumat. Nida cümləsi nədir? Nida cümləsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Aleksandr (Afrodisialı)

  • Fevral 27, 2026

    İvanovo vilayəti

  • Fevral 10, 2026

    Avropa İttifaqı

  • Fevral 27, 2026

    Dərələyəz

  • Fevral 27, 2026

    Tətbiqi dilçilik

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst