Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zakir Fərəc oğlu Fərəcov (3 fevral 1954, Qazıdərə, Laçın rayonu) — Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı.

Zakir Fərəcov

  • Ana Səhifə
  • Vikipediya
  • Zakir Fərəcov

Zakir Fərəc oğlu Fərəcov (3 fevral 1954, Qazıdərə, Laçın rayonu) — Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı.

Zakir Fərəcov
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı
Vəzifədədir
2 sentyabr 2015-ci ildən
    ƏvvəlkiEldar Əzizov
    Abşeron Rayon İcra Hakimiyyətinin başçısı
    11 avqust 2005 – 2 sentyabr 2015
    ƏvvəlkiMirzə Novruzov
    Sonrakıİradə Gülməmmədova
    Sumqayıt bələdiyyəsinin 1-ci sədri
    12 dekabr 1999 – 24 dekabr 2004
    ƏvvəlkiVəzifə yaradıldı.
    SonrakıƏbülfəz Babayev
    Şəxsi məlumatlar
    Doğum tarixi 3 fevral 1954(1954-02-03) (72 yaş)
    Doğum yeri
    • Qazıdərə, Laçın rayonu, Azərbaycan SSR, SSRİ
    Təhsili
    • Azərbaycan Dövlət İqtisad Universiteti

    Təltifləri "Şöhrət" ordeni — 20122012 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20182018 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20162016 1-ci dərəcəli "Əmək" ordeni — 20242024
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Həyatı

    Zakir Fərəcov 1954-cü ildə fevral ayının 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olmuşdur. 1961–1971-ci illərdə orta ümumtəhsil məktəbində təhsil almışdır. Əmək fəaliyyətini 1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi başlamışdır. 1971-ci ilin yanvar ayında Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyində texnik kimi işə başlamışdır. 1972-ci ilin noyabr ayından 1974-cü ilin noyabr ayınadək Murmansk vilayətinin Severomorsk şəhərində keçmiş Sovet Ordusunda həqiqi hərbi xitmətdə olmuşdur. 1975-ci ildə D. Bünyadzadə adına Xalq Təsərrufatı İnstitutunun "Sənaye İqtisadiyyatı" fakültəsisin axşam şöbəsinə daxil olmuş, 1980-ci ildə həmin institutu bitirmişdir. 1978-ci ildə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı Birliyində şöbə rəisi, 1981-ci ildə baş direktorun müavini, 1988-ci ildə Mənzil Kommunal İstehsalat birliyinə baş direktor təyin olunmuşdur.

    Ailəlidir, 4 qızı, 1 oğlu, 11 nəvəsi var. Nazim Fərəcovun qardaşıdır.

    Siyasi fəaliyyəti

    23 dekabr 1999-cu ildə keçirilən bələdiyyə seçkilərində iştirak etmiş və Sumqayıt bələdiyyəsinin üzvü seçilmişdir. 2000-ci ildə bələdiyyənin keçirilən iclasında sədr seçilmişdir.

    2005–2015-ci illərdə isə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.

    Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixili Sərəncamına əsasən ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.

    Mükafatları

    • Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2012-ci il tarixli 2625 saylı Sərəncamına əsasən Abşeron rayonunun yaradılmasının 50 illiyi münasibətilə və rayonun sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub.
    • Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2016-cı il tarixili Sərəncamına əsasən Sumqayıt şəhərinin sosial və iqtisadi inkişafındakı xidmətlərinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
    • Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2024-cü il tarixili Sərəncamına əsasən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif olunub.
    • Türkiyə Cümhuriyyətinin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən anadan olmasının 70 illiyi, eyni zamanda Türk Dünyası Dövlətçiliyinə və Mədəniyyətinə göstərdiyi böyük xidmətlərə görə İlin Ziyalısı" Fəxri adına layiq görülüb və "Avropa Şərəf Ordeni" ilə təltif edilib.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zakir Fərəcov haqqında məlumat. Zakir Fərəcov nədir? Zakir Fərəcov nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Elektron qabığı

    • Fevral 27, 2026

      8-ci kilometr

    • Fevral 27, 2026

      Avtovağzal metrostansiyası

    • Fevral 27, 2026

      Minas Avetisyan

    • Fevral 24, 2026

      Şamanizm

    Trend Mahnılar
    • Fevral 24, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

    • Fevral 17, 2026

      Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

    • Fevral 17, 2026

      İsmail Zade — Bir Adam (Rəsmi Audio)

    • Fevral 21, 2026

      Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst